https://sputnik.az/20211116/azerbaycanin-2022-2030-cu-illeri-ehate-eden-yeni-inkisaf-strategiyasi-hazirlanib-435228802.html
Azərbaycanın 2022-2030-cu illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanıb
Azərbaycanın 2022-2030-cu illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanıb
Sputnik Azərbaycan
Ölkə qarşısında yeni iqtisadi çağırışlar dayanmaqdadır. Başlıca çağırış neftdən asılılığı sıfıra endirməkdir. 16.11.2021, Sputnik Azərbaycan
2021-11-16T14:48+0400
2021-11-16T14:48+0400
2021-11-16T14:48+0400
strategiya
iqtisadiyyat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/07/425899289_0:0:3067:1725_1920x0_80_0_0_3c9eed931ec4a88389e203acb13ee1d4.jpg
BAKI, 16 noyabr — Sputnik. Hazırda Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni inkişaf mərhələsinə daxil olur. Bu istiqamətdə Azərbaycanın 2022-2030-cu illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanıb.Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.Nazir bildirib ki, karantin rejiminin əhəmiyyətli dərəcədə yumşaldılması və iqtisadi artımın yüksəlməsi şəraitində ÜDM-in artım dinamikasında müsbət meyillər güclənməkdədir: "Qarşımızda iqtisadi artımın daha dayanıqlı hala gətirilməsi, milli iqtisadiyyatın maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi kimi ümdə vəzifələr durur. Bunun üçün müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib".M.Cabbarov əlavə edib ki, büdcədə sosial proqramların həyata keçirilməsi tədbirləri nəzərdə tutulur.Nazir bildirib ki, növbəti ildə 2021-ci ilə nisbətən ölkədə investisiya fəallığının artması gözlənilir: O qeyd edib ki, SOCAR daxil olmaqla, artıq 4 iri dövlət şirkətində maliyyə vəziyyətinin yaxşılaşması müşahidə edilir. Ölkə qarşısında yeni iqtisadi çağırışlar dayanmaqdadır. Başlıca çağırış neftdən asılılığı sıfıra endirməkdir.Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 2134,3 milyon manat və yaxud 8,6 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 170,0 milyon manat və yaxud 0,6 faiz azdır.Dövlət büdcəsinin xərcləri 29879,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1336,0 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3462,7 milyon manat və yaxud 13,1 faiz çoxdur.Eləcə də oxuyun:* Elman Rüstəmov: "Ölkənin ərzaq təhlükəsizliyinin səviyyəsi yüksəldilməlidir"* Maaş, pensiya, müavinət və təqaüdlər artırılacaq* * Gələn ilin büdcə gəliri nə qədər olacaq? Maliyyə nazirimiz nikbindir* Nazirlər Milli Məclisdə - büdcə müzakirələri başlayıb* Ölkələr qızıl toplayır. Onlar bir neçə il sonra nələrin baş verə biləcəyini bilirlər* Gələn il deputatlar nə qədər əməkhaqqı alacaqlar?
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/07/425899289_205:0:2934:2047_1920x0_80_0_0_799701e207a7b2d2a5f8f08170a3c412.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
strategiya, azərbaycan
Azərbaycanın 2022-2030-cu illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanıb
Ölkə qarşısında yeni iqtisadi çağırışlar dayanmaqdadır. Başlıca çağırış neftdən asılılığı sıfıra endirməkdir.
BAKI, 16 noyabr — Sputnik. Hazırda Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni inkişaf mərhələsinə daxil olur. Bu istiqamətdə Azərbaycanın 2022-2030-cu illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat naziri
Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, karantin rejiminin əhəmiyyətli dərəcədə yumşaldılması və iqtisadi artımın yüksəlməsi şəraitində ÜDM-in artım dinamikasında müsbət meyillər güclənməkdədir: "Qarşımızda iqtisadi artımın daha dayanıqlı hala gətirilməsi, milli iqtisadiyyatın maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi kimi ümdə vəzifələr durur. Bunun üçün müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib".
M.Cabbarov əlavə edib ki, büdcədə sosial proqramların həyata keçirilməsi tədbirləri nəzərdə tutulur.
Nazir bildirib ki, növbəti ildə 2021-ci ilə nisbətən ölkədə investisiya fəallığının artması gözlənilir:
“Genişmiqyaslı sosial proqramların həyata keçirilməsi, əmək bazarında şəffaflaşmanın təmin edilməsi şəraitində orta aylıq əməkhaqqının 807 manata çatması gözlənilir. İqtisadi fəaliyyət tamamilə yeni keyfiyyət üzərində formalaşacaq”.
O qeyd edib ki, SOCAR daxil olmaqla, artıq 4 iri dövlət şirkətində maliyyə vəziyyətinin yaxşılaşması müşahidə edilir. Ölkə qarşısında yeni iqtisadi çağırışlar dayanmaqdadır. Başlıca çağırış neftdən asılılığı sıfıra endirməkdir.
Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 2134,3 milyon manat və yaxud 8,6 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 170,0 milyon manat və yaxud 0,6 faiz azdır.
Dövlət büdcəsinin xərcləri 29879,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1336,0 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3462,7 milyon manat və yaxud 13,1 faiz çoxdur.