Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Elman Rüstəmov: "Ölkənin ərzaq təhlükəsizliyinin səviyyəsi yüksəldilməlidir"

© AP Photo / Natacha PisarenkoSupermarketdə qadın, arxiv şəkli
Supermarketdə qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Abunə olmaq
Azərbaycan İnvestisiya Holdinqi tərəfindən keçirilən islahatlar artıq sürətləndirilib
BAKI, 16 noyabr — Sputnik. Ölkənin ərzaq təhlükəsizliyinin səviyyəsi yüksəldilməlidir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
O bildirib ki, bu ekosistemdə ciddi işlərin görülməsinə ehtiyac var: "Əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün burada əsas şərt azad rəqabəti təmin etməkdir. Qiymət artımına təsir edən təbii amillər var. Amma süni qiymət artımı rəqabət rejimində olan problemlərlə bağlıdır. Biz burada azad rəqabəti təmin etməliyik".
Mərkəzi Bankın sədri bildirib ki, növbəti il üçün olan proqnozlar tam şəkildə makroiqtisadi sabitlik sistemində qurulub. Yaxın gələcəkdə bütövlükdə makroiqtisadi sistemin qəbul ediləcək yeni strategiyaya uyğunlaşdırılması gözlənilir.
AMB sədri bildirib ki, Azərbaycan İnvestisiya Holdinqi tərəfindən keçirilən islahatlar artıq sürətləndirilib: "Bu da imkan verəcək ki, bu holdinqə daxil olan şirkətlər büdcəyə üz tutmadan öz tələblərini öz kapital hesabına həll etsinlər".
E.Rüstəmov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında hazırlanmış antiböhran proqramı 2020-ci ildə iqtisadi tənəzzülün qarşısını alıb və 2021-ci ildə iqtisadi artıma səbəb olub. Tikinti sahəsi istisna olmaqla, cari ildə bütün sahələrdə artım müşahidə edilib.
Eləcə də oxuyun:
* Maaş, pensiya, müavinət və təqaüdlər artırılacaq
* * Gələn ilin büdcə gəliri nə qədər olacaq? Maliyyə nazirimiz nikbindir
* Nazirlər Milli Məclisdə - büdcə müzakirələri başlayıb
* Ölkələr qızıl toplayır. Onlar bir neçə il sonra nələrin baş verə biləcəyini bilirlər
* Gələn il deputatlar nə qədər əməkhaqqı alacaqlar?
Xəbər lenti
0