Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bazarda ət baha, yağ baha... hələ ayaqqabı təmiri...

© AP Photo / Rick RycroftTicarət mərkəzi
Ticarət mərkəzi - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Abunə olmaq
Oktyabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,4%, ötən ilin oktyabr ayına nisbətən 108,4% təşkil edib.
BAKI, 12 noyabr — Sputnik. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7%, qeyri-ərzaq məhsulları üzrə 104,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105% təşkil edib.
Bu barədə Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101,6%, ötən ilin oktyabr ayına nisbətən 110% olub. O cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 102,8%, ötən ilin oktyabr ayına nisbətən isə 113,1% təşkil edib.

Bahalaşan qidalar

Ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, mal və qoyun ətinin, təzə balığın, kəsmiyin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, kərə-günəbaxan yağlarının, süfrə marqarininin, üzümün, bananın, armudun, pomidorun, xiyarın, badımcanın, bibərin, kələmin, kartofun, soğanın, sarımsağın, mərcinin, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, təbii balın, çay, qəhvə və kakao tozunun, kola içkisinin, arağın, azalma isə əsasən naringinin, limonun, kivinin, narın, heyvanın, xurmanın, almanın, balqabağın, çuğundurun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyri-ərzaq məhsullarının qiyməti

Oktyabrda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,9%, ötən ilin oktyabr ayına nisbətən 106,7% təşkil edib. Ay ərzində qeyri-ərzaq məhsullarından daha çox artım dəftərxana ləvazimatlarının, xalçaların, zərgərlik məmulatlarının, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, azalma isə planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xidmət də bahalaşıb

Oktyabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,4%, ötən ilin oktyabr ayına nisbətən 108,4% təşkil edib. Ay ərzində əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım paltar, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, azalma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Eləcə də oxuyun:
* Artan rüsumlar avtomobillərin qiymətini nə qədər bahalaşdıracaq? Kino hələ qabaqdadır
* Tikinti şirkətləri də gözləmə mövqeyində: Yeni binalarda qiymətlər bahalaşacaq
* Samir Şərifov qiymət artımının səbəbləri barədə
* Qonaq gələndə əti ona veririk, makaronu özümüz yeyirik. Bəs toyda necə?
* Qiymət artımı bəs deyil: siqaret çəkənlər bahalıq, birlik qaçaqmal dərdində
Xəbər lenti
0