Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gələn ilin büdcə gəliri nə qədər olacaq? Maliyyə nazirimiz nikbindir

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Abunə olmaq
Maliyyə naziri Milli Məclisin plenar iclasında çıxış edir. O bildirir ki, müsbət amillər növbəti il üzrə dövlət büdcəsi gəlirlərinin artmasına geniş zəmin yaradır.
BAKI, 16 noyabr — Sputnik. Cari ildən koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, tətbiq edilən sosial izolyasiya tədbirlərinin tədricən azaldılması nəticəsində dünya iqtisadiyyatında canlanma meyilləri müşahidə edilməkdədir. Belə ki, Azərbaycanın ticarət tərəfdaşı olan Avrozonada cari il üzrə 7,0 faiz, 2022-ci ilə üzrə isə 4,9 faiz iqtisadi artım proqnozlaşdırılır ki, bu da gələn ildə də neft qiymətlərinin cari ildə olduğu kimi milli iqtisadiyyat üçün nikbin olacağını deməyə imkan verir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edərkən deyib.
O bildirib ki, qeyd edilən bu müsbət amillər 2022-ci il üzrə dövlət büdcəsinin həm neft-qaz sektoru üzrə, həm də qeyri-neft sektoru üzrə gəlirlərinin proqnozlaşdırılmasında həlledici faktor olmaqla, növbəti il üzrə dövlət büdcəsi gəlirlərinin artmasına geniş zəmin yaradır: "Cari ilin 9 ayı üzrə qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 21,5 faiz, o cümlədən Dövlət Vergi Xidmətinin xətti ilə 11,7 faiz, Dövlət Gömrük Komitəsinin xətti ilə 7,9 faiz, digər qeyri-neft sektoru üzrə daxilolmalar isə 1,9 faiz olub. Növbəti il üzrə dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasında dövlət rüsumu dərəcələrinin son müəyyən edilmə tarixindən sonrakı dövrdə olan faktiki inflyasiya dərəcələrinə uyğunlaşdırılması və dövlət rüsumlarının büdcədənkənar gəlirlərə aid edilən hissəsinin ləğv edilərək tam məbləğdə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə köçürülməsi ilə bağlı qanunvericiliyə, habelə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin təsiri də nəzərə alınıb".
Nazir bildirib ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış növbəti və sonrakı üç il üçün makroiqtisadi göstəricilər, "Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası" əsasında və neft gəlirlərinin 1 barelinin orta ixrac qiymətinin 50 ABŞ dolları olmaqla 2022-ci il dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat nəzərdə tutulur. Bu da ÜDM-in 31,0 faizi həcmində olmaqla, 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 170,0 milyon manat və yaxud 0,6 faiz az, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 2134,3 milyon manat və yaxud 8,6 faiz çoxdur. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 14106,0 milyon manat nəzərdə tutulur ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 879,0 milyon manat və ya 6,6 faiz çox, gözlənilən icrası ilə müqayisədə isə 680,0 milyon manat və ya 4,6 faiz azdır.
"2022-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 54,8 faizi və ya 14690,0 milyon manatı neft sektorunun, 45,2 faizi və ya 12126,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə neft sektorunun gəlirləri (ARDNF-dən transfert daxil olmaqla) 914,0 milyon manat və ya 6,6 faiz, qeyri-neft sektorunun gəlirləri isə 475,0 milyon manat və ya 4,1 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə neft sektorunun gəlirləri 304,0 milyon manat və ya 2,1 faiz çox, qeyri-neft sektorunun gəlirləri 474,0 milyon manat və ya 3,8 faiz az, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə neft sektorunun gəlirləri 687,9 milyon manat və ya 4,9 faiz, qeyri-neft sektorunun gəlirləri isə1446,4 milyon manat və ya 13,5 faiz çoxdur", - deyə o qeyd edib.
Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 2134,3 milyon manat və yaxud 8,6 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 170,0 milyon manat və yaxud 0,6 faiz azdır.
Dövlət büdcəsinin xərcləri 29879,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1336,0 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3462,7 milyon manat və yaxud 13,1 faiz çoxdur.
Eləcə də oxuyun:
* Nazirlər Milli Məclisdə - büdcə müzakirələri başlayıb
* Ölkələr qızıl toplayır. Onlar bir neçə il sonra nələrin baş verə biləcəyini bilirlər
* Gələn il deputatlar nə qədər əməkhaqqı alacaqlar?
* Bakıda 83 manata uşaq qidası - Körpələrin ümidi analarına qalıb
Xəbər lenti
0