İQTİSADİYYAT

Elman Rüstəmov: Ərzaq inflyasiyasına diqqət artırılmalıdır

Hərraclarda təklif edilən valyuta həcmində ilin sonuna qədər artım gözlənilir.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Milli valyutanın məzənnəsi ilin əvvəlindən sabit qalıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
E.Rüstəmov bildirib ki, Azərbaycanda cari ildə pul bazası artıb. Hərraclarda təklif edilən valyuta həcmində ilin sonuna qədər artım gözlənilir.
O qeyd edib ki, bitki yağının, taxıl məhsullarının qiyməti sürətlə yüksəlib. Buna qlobal tələbatın, yanacaq, gübrə və logistika xərclərinin artması təsir edib. İqtisadiyyatda inflyasiya gözləntiləri məqbul səviyyədə lövbərlənib. Biz hesab edirik ki, inflyasiyanın önlənməsi rejiminə keçid inflyasiyanın faiz göstəricilərinə təsir göstərəcək. Gələn il iqtisadiyyatın əsas hədəfi inflyasiyanı hədəf trayektoriyaya qaytarmaq olacaq. Bütövlükdə ərzaq inflyasiyasına diqqət artırılmalıdır.
O bildirib ki, qlobal ticarətdə qırılmalar, pandemiya ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığı yaşanır: “Proqnozlara görə, qlobal əmək bazarı pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq. Qlobal işsizlik səviyyəsinin 2021-ci ilin sonuna kimi isə 206 milyon nəfərə yüksəlməsi gözlənilir".
Eləcə də oxuyun:
* Azərbaycanın 2022-2030-cu illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanıb
* Kiçik kəndli təsərrüfatlarının böyük problemləri: Onları inhisarçılıq məhv edir
* Bazarda ət baha, yağ baha... hələ ayaqqabı təmiri...
* Elman Rüstəmov: "Ölkənin ərzaq təhlükəsizliyinin səviyyəsi yüksəldilməlidir"
* Maaş, pensiya, müavinət və təqaüdlər artırılacaq
* * Gələn ilin büdcə gəliri nə qədər olacaq? Maliyyə nazirimiz nikbindir
* Nazirlər Milli Məclisdə - büdcə müzakirələri başlayıb
* Ölkələr qızıl toplayır. Onlar bir neçə il sonra nələrin baş verə biləcəyini bilirlər