DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynaya uçan təyyarə məcburən Moldovada endirildi: qadağa üçün ilk "qaranquş"

© Sputnik / Vladimir Sergeev / Mediabanka keçidSəmada təyyarə, arxiv şəkli
Səmada təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.02.2022
Abunə olmaq
Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko bildirib ki, ola bilsin ki, bazar ertəsindən Ukrayna üzərindən uçuşlar dayandırılsın.
BAKI, 13 fevral – Sputnik. Ukraynanın SkyUp aviaşirkətinə məxsus təyyarənin bu ölkənin hava məkanına daxil olması qadağan edildiyindən Kişinyov aeroportuna enməli olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, şirkətdən bildirilib ki, Portuqaliyanın Funşal şəhərindən (Madeyra) Borispol aeroportuna uçan təyyarə lizinq verən sahibkarın tələbi ilə Moldovada eniş edib.
Məlumata görə, lizinq verən İrlandiya rezidentidir. Fevralın 12-də o, UR-SQO göyərtə nömrəli təyyarəyə Ukraynanın hava məkanına girməyə qəti qadağa qoyub. Aviaşirkətin bütün səylərinə və Ukraynanın dövlət strukturlarının rezidentə müraciət etməyə hazır olduğunu bəyan etməyinə rəğmən, təyyarənin sahibi o, artıq Kiyevə reysi yerinə yetirən zaman qəti qadağa tələbi göndərib.
Qeyd olunur ki, SkyUp təyyarənin Ukraynaya maksimal yaxın olan ərazidə, Kişinyov aeroportuna enişi ilə bağlı razılıq əldə edib. Hazırda 175 sərnişinin Kiyevə transferi təşkil olunur. Onlar qida ilə təmin olunurlar.
Xatırladaq ki, 35-ə yaxın ölkə iki gündür vətəndaşlarını Ukraynaya getməkdən çəkindirir. Rusiya ilə hərbi münaqişə riskini səbəb göstərənlər isə Kiyevdəki diplomatik missiyalarını məhdudlaşdırırlar.
Bu arada Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko bildirib ki, ola bilsin ki, bazar ertəsindən Ukrayna üzərindən uçuşlar dayandırılsın.
“Güman ki, sabah, Kiyev vaxtı ilə 16:00-dan etibarən Ukraynada hava nəqliyyatı dayandırılsın. Nəhəng Britaniya sığorta şirkətlərindən biri artıq sabah London vaxtı ilə 14:00-dan Ukraynanın hava məkanında olacaq mülki təyyarələrin sığortasının dayandırılacağını bəyan edib. Lizinqdə olan təyyarələrin sahibləri də onlara Ukrayna hava məkanına daxil olmağa qadağa qoyublar”, - deputat Telegram kanalında yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Ukraynanı tərk edənlərin sayı artır
* Səfirlikləri boşaldır, insanları ora getməməyə çağırırlar - Ukraynada nə baş verir?
* Ukrayna tam dağılmayana qədər sakitləşməyəcəklər - Mariya Zaxarova
* Bayden Putinlə telefon danışığından sonra açıqlama verdi
Xəbər lenti
0