DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynanı tərk edənlərin sayı artır

© Sputnik / Стрингер / Mediabanka keçidKiyev
Kiyev - Sputnik Azərbaycan, 1920, 13.02.2022
Abunə olmaq
Fevralın 11-də ABŞ Dövlət katibi bəyan edib ki, Rusiya istənilən an Ukraynaya hərbi müdaxilə edə bilər.
BAKI, 13 fevral - Sputnik. Vətəndaşlarına Ukraynanı tərk etməyi məsləhət görən ölkələrin sayı 35-ə çatıb.
Sputnik Azərbaycan bildirir ki, məlumatı «Пул №3» Teleqram kanalı yayıb.
Bundan öncə deyilirdi ki, təxminən 20 ölkə öz vətəndaşlarına hərbi münaqişə təhlükəsi səbəbi ilə Ukrayna ərazisini tərk etməyi tövsiyə edib. Bunlar sırasında Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Niderland, Norveç, ABŞ, eləcə də Finlandiya, Monteneqro, Estoniya, Cənubi Koreya, Yaponiya, Belçika, Almaniya və Litva göstərilirdi.
Ötən gecə isə bu ölkələrə Küveyt, İraq, İtaliya, İspaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, İsveç, Sloveniya, İordaniya, Fələstin, Mərakeş, Lüksemburq, Baham adaları, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, Bəhreyn, Kipr qoşulub.
Bu arada Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel bildirib ki, Aİ Ukraynadakı diplomatik nümayəndəliklərini bağlamayacaq.
Fevralın 11-də ABŞ Dövlət katibi bəyan edib ki, Rusiya istənilən an, o cümlədən Pekindəki Olimpiya Oyunları zamanı belə, Ukraynaya hərbi müdaxilə edə bilər. ABŞ Prezidenti Co Bayden isə bu tarixi fevralın 16-sı olaraq göstərib.
Bundan sonra ABŞ, Böyük Britaniya və İsrail Kiyevdəki diplomatik missiyalarını məhdudlaşdırmağa qərar veriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Səfirlikləri boşaldır, insanları ora getməməyə çağırırlar - Ukraynada nə baş verir?
* Ukrayna tam dağılmayana qədər sakitləşməyəcəklər - Mariya Zaxarova
* Bayden Putinlə telefon danışığından sonra açıqlama verdi
Xəbər lenti
0