https://sputnik.az/20220212/bayden-putinle-telefon-danisigindan-sonra-aciqlama-verdi-439109989.html
Bayden Putinlə telefon danışığından sonra açıqlama verdi
Bayden Putinlə telefon danışığından sonra açıqlama verdi
Sputnik Azərbaycan
Bayden bildirib ki, ABŞ Rusiya ilə həm qarşılıqlı diplomatik fəaliyyətə, həm də digər ssenarilərə hazırdır.
2022-02-12T22:33+0400
2022-02-12T22:33+0400
2022-02-12T22:45+0400
dünya xəbərləri
co bayden
rusiya prezidenti vladimir putin
vladimir putin
abş
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437665185_0:0:3072:1728_1920x0_80_0_0_044919783b524b6618df8d21c3a54109.jpg
BAKI, 12 fevral - Sputnik. Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden arasında danışıqların təfərrüatları açıqlanıb.Görüş barədə Ağ Ev məlumat yayıb.Məlumata görə, Bayden Putinlə Ukrayna ilə sərhəddə qüvvələrin toplanmasını müzakirə edib.Bayden bildirib ki, ABŞ Rusiya ilə həm qarşılıqlı diplomatik fəaliyyətə, həm də digər ssenarilərə hazırdır.Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, ABŞ Rusiyanın qeyri-adekvat addımlarına qəti və çevik şəkildə cavab verəcək.Qeyd edək ki, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlamışdı. Öz növbəsində NBC telekanalı da Ağ Evə istinadən bu dəqiqələrdə dövlət başçıları arasında telefon danışığının aparıldığını xəbər verib. Report-un xəbərinə görə, liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır.Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, telefon danışığı təşəbbüsü Vaşinqtondan gəlib və Amerika tərəfinin yazılı müraciəti olub.Putin və Bayden sonuncu dəfə ötən ilin sonunda telefonla danışıblar. Bundan əvvəl dekabrın 7-də onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. Rusiya və ABŞ rəhbərləri arasında dövlət liderləri kimi ilk təkbətək görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalından izləyin!Həmçinin oxuyun:Türkiyə Qərbi Ukrayna ilə bağlı bəyanatlarla çaxnaşma yaratmamağa çağırıbUkrayna tam dağılmayana qədər sakitləşməyəcəklər - Mariya ZaxarovaABŞ və Rusiya liderləri arasında növbəti danışıqlar başa çatıbSergey Lavrov Entoni Blinkenlə danışdı: Ukraynaya hücum barədə xəbərlər təxribatdırABŞ və Rusiyanın müdafiə nazirləri nə danışıblar? Pentaqonun sözçüsü açıqladıPutinlə Makron arasında telefon söhbəti 1 saat 40 dəqiqə davam edib
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437665185_341:0:3072:2048_1920x0_80_0_0_7a13f633044919f1ade1d6600e7b68cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bayden rusiyanı hədələdi qəti və çevik cavab veriləcək
bayden rusiyanı hədələdi qəti və çevik cavab veriləcək
Bayden Putinlə telefon danışığından sonra açıqlama verdi
22:33 12.02.2022 (Yenilənib: 22:45 12.02.2022) Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, ABŞ Rusiyanın qeyri-adekvat addımlarına qəti və çevik şəkildə cavab verəcək.
BAKI, 12 fevral - Sputnik. Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden arasında danışıqların təfərrüatları açıqlanıb.
Görüş barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, Bayden Putinlə Ukrayna ilə sərhəddə qüvvələrin toplanmasını müzakirə edib.
Bayden bildirib ki, ABŞ Rusiya ilə həm qarşılıqlı diplomatik fəaliyyətə, həm də digər ssenarilərə hazırdır.
Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, ABŞ Rusiyanın qeyri-adekvat addımlarına qəti və çevik şəkildə cavab verəcək.
Qeyd edək ki, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlamışdı. Öz növbəsində NBC telekanalı da Ağ Evə istinadən bu dəqiqələrdə dövlət başçıları arasında telefon danışığının aparıldığını xəbər verib. Report-un xəbərinə görə, liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, telefon danışığı təşəbbüsü Vaşinqtondan gəlib və Amerika tərəfinin yazılı müraciəti olub.
Putin və Bayden sonuncu dəfə ötən ilin sonunda telefonla danışıblar. Bundan əvvəl dekabrın 7-də onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. Rusiya və ABŞ rəhbərləri arasında dövlət liderləri kimi ilk təkbətək görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.
Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalından izləyin!