https://sputnik.az/20220212/ukrayna-tam-dagilmayana-qeder-sakitlesmeyecekler---mariya-zaxarova-439109049.html
Ukrayna tam dağılmayana qədər sakitləşməyəcəklər - Mariya Zaxarova
Ukrayna tam dağılmayana qədər sakitləşməyəcəklər - Mariya Zaxarova
Sputnik Azərbaycan
Zaxarovanın sözlərinə görə, ABŞ 2 aydır hər gün deyir ki, Ukrayna Rusiya tərəfindən hücuma məruz qalacaq. Ukrayna Prezidenti və bu ölkənin güc blokunun... 12.02.2022, Sputnik Azərbaycan
2022-02-12T21:37+0400
2022-02-12T21:37+0400
2022-02-12T23:22+0400
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
entoni blinken
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811188_0:0:3111:1751_1920x0_80_0_0_bf76932d21864d7a37b33f6229b4c0a7.jpg
BAKI, 12 fevral - Sputnik. ABŞ artıq iki aydır ki, Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı qlobal təxribat kampaniyası həyata keçirərək sağlam düşüncəni və Ukrayna xalqını ələ salır.Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında bildirib.“ABŞ 2 aydır hər gün deyir ki, Ukrayna Rusiya tərəfindən hücuma məruz qalacaq. Ukrayna Prezidenti və bu ölkənin güc blokunun nümayəndələri onlarda belə bir məlumatın olmadığını bildirir”, - deyə Zaxarova bildirib.O vurğulayıb ki, Bloomberg, Der Spiegel istisna olmaqla heç bir Amerika media orqanında belə bir məlumat yoxdur."Amma görünür, maydanların ideoloji ilhamvericiləri Ukrayna tam dağılmayana qədər sakitləşməyəcəklər" - deyə Zaxarova əlavə edib.Xatırladaq ki, fevralın 12-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.Telefon danışığı zamanı Lavrov vurğulayıb ki, ABŞ və müttəfiqlərinin Ukraynaya qarşı “Rusiyanın təcavüzü” ilə bağlı başlatdığı təbliğat kampaniyası təxribat məqsədi daşıyır.Bu, Kiyev hakimiyyətini Minsk razılaşmalarını sabotaj etməyə və “Donbass problemini” güc yolu ilə həll etmək üçün zərərli cəhdlərə sövq edir:“Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, Vaşinqton və Brüsselin Rusiya-Amerika müqaviləsi və NATO ilə bizim tərəfimizdən təqdim etdiyimiz təhlükəsizlik zəmanətləri haqqında saziş layihələrinə reaksiyası bizim üçün əsas, ilk növbədə, alyansın genişlənməməsi və zərbə silah sistemlərinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi ilə bağlı müddəaları gözardı edir.Vurğulanıb ki, ABŞ və NATO-dan daxil olan və həmkarların diqqətinə çatdırılacaq sənədlərlə bağlı qiymətləndirməmizin mərkəzində bu məsələlər dayanacaq”.Sergey Lavrov Avro-Atlantik regionda təhlükəsizliyin bölünməzliyi ilə bağlı ən yüksək səviyyədə götürülmüş öhdəlikləri pozan hərəkətlərin yolverilməzliyini xatırladıb.Lavrov və Blinken Rusiya-ABŞ ikitərəfli münasibətlərinin bəzi aktual məsələlərinə də toxunublar. Xəbəri APA tərcümə edib.Həmçinin oxuyun:ABŞ və Rusiya liderləri arasında növbəti danışıqlar başa çatıbSergey Lavrov Entoni Blinkenlə danışdı: Ukraynaya hücum barədə xəbərlər təxribatdırABŞ və Rusiyanın müdafiə nazirləri nə danışıblar? Pentaqonun sözçüsü açıqladıPutinlə Makron arasında telefon söhbəti 1 saat 40 dəqiqə davam edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811188_209:0:2940:2048_1920x0_80_0_0_ebea7a6b674cac10e6a0185d401044b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, entoni blinken, ukrayna
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, entoni blinken, ukrayna
Ukrayna tam dağılmayana qədər sakitləşməyəcəklər - Mariya Zaxarova
21:37 12.02.2022 (Yenilənib: 23:22 12.02.2022) Zaxarovanın sözlərinə görə, ABŞ 2 aydır hər gün deyir ki, Ukrayna Rusiya tərəfindən hücuma məruz qalacaq. Ukrayna Prezidenti və bu ölkənin güc blokunun nümayəndələri onlarda belə bir məlumatın olmadığını bildirir.
BAKI, 12 fevral - Sputnik. ABŞ artıq iki aydır ki, Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı qlobal təxribat kampaniyası həyata keçirərək sağlam düşüncəni və Ukrayna xalqını ələ salır.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında bildirib.
“ABŞ 2 aydır hər gün deyir ki, Ukrayna Rusiya tərəfindən hücuma məruz qalacaq. Ukrayna Prezidenti və bu ölkənin güc blokunun nümayəndələri onlarda belə bir məlumatın olmadığını bildirir”, - deyə Zaxarova bildirib.
O vurğulayıb ki, Bloomberg, Der Spiegel istisna olmaqla heç bir Amerika media orqanında belə bir məlumat yoxdur.
"Amma görünür, maydanların ideoloji ilhamvericiləri Ukrayna tam dağılmayana qədər sakitləşməyəcəklər" - deyə Zaxarova əlavə edib.
Xatırladaq ki, fevralın 12-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Lavrov vurğulayıb ki, ABŞ və müttəfiqlərinin Ukraynaya qarşı “Rusiyanın təcavüzü” ilə bağlı başlatdığı təbliğat kampaniyası təxribat məqsədi daşıyır.
Bu, Kiyev hakimiyyətini Minsk razılaşmalarını sabotaj etməyə və “Donbass problemini” güc yolu ilə həll etmək üçün zərərli cəhdlərə sövq edir:
“Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, Vaşinqton və Brüsselin Rusiya-Amerika müqaviləsi və NATO ilə bizim tərəfimizdən təqdim etdiyimiz təhlükəsizlik zəmanətləri haqqında saziş layihələrinə reaksiyası bizim üçün əsas, ilk növbədə, alyansın genişlənməməsi və zərbə silah sistemlərinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi ilə bağlı müddəaları gözardı edir.
Vurğulanıb ki, ABŞ və NATO-dan daxil olan və həmkarların diqqətinə çatdırılacaq sənədlərlə bağlı qiymətləndirməmizin mərkəzində bu məsələlər dayanacaq”.
Sergey Lavrov Avro-Atlantik regionda təhlükəsizliyin bölünməzliyi ilə bağlı ən yüksək səviyyədə götürülmüş öhdəlikləri pozan hərəkətlərin yolverilməzliyini xatırladıb.
Lavrov və Blinken Rusiya-ABŞ ikitərəfli münasibətlərinin bəzi aktual məsələlərinə də toxunublar. Xəbəri APA tərcümə edib.