https://sputnik.az/20220212/sefirlikleri-bosaldir-insanlari-ora-getmemeye-cagirirlar---ukraynada-ne-bas-verir-439088054.html
Səfirlikləri boşaldır, insanları ora getməməyə çağırırlar - Ukraynada nə baş verir?
Səfirlikləri boşaldır, insanları ora getməməyə çağırırlar - Ukraynada nə baş verir?
Sputnik Azərbaycan
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Donbassın hərbi yolla qaytarılmasından danışıb. 12.02.2022, Sputnik Azərbaycan
2022-02-12T00:03+0400
2022-02-12T00:03+0400
2022-02-12T00:03+0400
dünya xəbərləri
ukrayna
abş
səfirlik
böyük britaniya
israil
rusiya
https://cdnn1.img.sputnik.az/img/42360/05/423600553_0:200:1921:1280_1920x0_80_0_0_33c18f2dcd89bf2d57fbb90dca3bc8cf.jpg
BAKI, 12 fevral – Sputnik. Bəzi ölkələr Kiyevdəki diplomatik nümayəndəliklərinin fəaliyyətini məhdudlaşdırırlar.Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti – xəbər verir.ABŞ, Britaniya və İsrail niyə gedirlər?ABŞ hökuməti Ukraynadakı bütün vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırıb. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan söyləyib.CNN bu arada xəbər yayıb ki, ABŞ Ukrayna ətrafındakı gərginliyə görə ATƏT-in Minsk qrupuna daxil olan müşahidəçilərini də Ukraynadan çıxarmaq niyyətindədir.Böyük Britaniya Xarici İşlər Nazirliyi də vətəndaşlarını Ukraynaya getməkdən çəkindirib. Ukraynada olanlara isə kommersiya nəqliyyatı əlçatan ikən ölkəni tərk etmək tövsiyə olunub.Britaniya Kiyevdəki səfirliyin əməkdaşlarını çıxarmağı da davam etdirir. “Səfirlik açıqdır, ancaq şəxsi konsul xidməti göstərə bilmir”, - XİN-in məlumatında deyilir.Əlavə edilib ki, Rusiyanın Ukraynada istənilən hərbi əməliyyatı Kiyevdəki Böyük Britaniya səfirliyinin işinə ciddi təsir edəcək: “Böyük Britaniya vətəndaşları həmin təqdirdə gücləndirilmiş konsul dəstəyi və ya təxliyə gözləməsinlər”.İsrail də Kiyevdəki diplomat ailələrini təxliyə edir, həmçinin vətəndaşlarına Ukraynaya getməməyi tövsiyə edir.Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.Ukraynada yaşayan israillilərə isə “heç bir halda qaynar nöqtələrə yaxınlaşmamaq” məsləhət görülüb.Baydenin avropalılarla söhbətiABŞ Prezidenti Co Bayden bu gün Avropa liderləri ilə danışıqlar aparıb. Ağ Evin pulundan verilən məlumat görə, Vaşinqton vaxtı ilə saat 11:02-də başlayan söhbət 1 saat 19 dəqiqə davam edib.Bayden avropalı həmkarları, Avropa İttifaqının liderləri və NATO rəhbərliyi ilə söhbətləşib. Hesab olunur ki, söhbətin əsas mövzusu Ukrayna ətrafındakı gərginlik olub.Kommunike hələ dərc olunmayıb.“Kiyev Donbassı hərbi yolla qaytarmağa hazırlaşmır”Bu arada Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov bildirib ki, Ukrayna hakimiyyəti Donbassı hərbi yolla qaytarmaq niyyətində deyil.“RF indi nağıllar danışır, guya biz hərbi yolla Donetsk və Luqansk vilayətlərini qaytarmaq istəyirik. Biz bunu edə bilmərik, çünki hazırda orada olan mülki əhaliyə görə məsuliyyət daşıyırıq. Əgər indi qoşunlar hücuma keçsə, təsəvvür edin, nə qədər əhali qırıla bilər. Bizim üçün insan həyatı - ən böyük dəyərdir. Donetsk və Luqansk qaytarılacaqmı?.. Qaytarılacaq. Krım qaytarılacaqmı? Qaytarılacaq. Sadəcə, vaxt məsələsidir. Danilov həmçinin deyib ki, hökumət mobil rabitə və interneti kəsmək niyyətində deyil və Rusiya tərəfindən eskalasiyaya yol verilməməsi üçün çalışır.Bəs Avropadakı ABŞ hərbçiləri?Avropada dislokasiya olunan ABŞ hərbçiləri Ukrayna ətrafında eskalasiya olarsa, Rusiya ilə savaşmayacaqlar.Bunu da ABŞ prezidentinin müşaviri Ceyk Sallivan deyib. O əlavə edib ki, ABŞ hərbçiləri NATO üzrə müttəfiqlərini müdafiə edəcəklər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42360/05/423600553_69:0:1776:1280_1920x0_80_0_0_5174318b955de2fe043e54a7d12fe71f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş və daha bir neçə ölkə kiyevdəki adamlarını çıxarır
abş və daha bir neçə ölkə kiyevdəki adamlarını çıxarır
Səfirlikləri boşaldır, insanları ora getməməyə çağırırlar - Ukraynada nə baş verir?
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Donbassın hərbi yolla qaytarılmasından danışıb.
BAKI, 12 fevral – Sputnik. Bəzi ölkələr Kiyevdəki diplomatik nümayəndəliklərinin fəaliyyətini məhdudlaşdırırlar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti – xəbər verir.
ABŞ, Britaniya və İsrail niyə gedirlər?
ABŞ hökuməti Ukraynadakı bütün vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırıb. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan söyləyib.
“Biz Kiyevdəki səfirliyimizdə əməkdaşlarımızın sayını azaltmağa davam edirik. Ukraynada qalan bütün amerikalı vətəndaşları ölkəni dərhal tərk etməyə çağırırıq. Biz gələcəyi deyə bilmərik, amma risk kifayət qədər böyükdür”, - Sallivan brifinqdə deyib.
CNN bu arada xəbər yayıb ki, ABŞ Ukrayna ətrafındakı gərginliyə görə ATƏT-in Minsk qrupuna daxil olan müşahidəçilərini də Ukraynadan çıxarmaq niyyətindədir.
Böyük Britaniya Xarici İşlər Nazirliyi də vətəndaşlarını Ukraynaya getməkdən çəkindirib. Ukraynada olanlara isə kommersiya nəqliyyatı əlçatan ikən ölkəni tərk etmək tövsiyə olunub.
Britaniya Kiyevdəki səfirliyin əməkdaşlarını çıxarmağı da davam etdirir. “Səfirlik açıqdır, ancaq şəxsi konsul xidməti göstərə bilmir”, - XİN-in məlumatında deyilir.
Əlavə edilib ki, Rusiyanın Ukraynada istənilən hərbi əməliyyatı Kiyevdəki Böyük Britaniya səfirliyinin işinə ciddi təsir edəcək: “Böyük Britaniya vətəndaşları həmin təqdirdə gücləndirilmiş konsul dəstəyi və ya təxliyə gözləməsinlər”.
İsrail də Kiyevdəki diplomat ailələrini təxliyə edir, həmçinin vətəndaşlarına Ukraynaya getməməyi tövsiyə edir.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ukraynada yaşayan israillilərə isə “heç bir halda qaynar nöqtələrə yaxınlaşmamaq” məsləhət görülüb.
Baydenin avropalılarla söhbəti
ABŞ Prezidenti Co Bayden bu gün Avropa liderləri ilə danışıqlar aparıb. Ağ Evin pulundan verilən məlumat görə, Vaşinqton vaxtı ilə saat 11:02-də başlayan söhbət 1 saat 19 dəqiqə davam edib.
Bayden avropalı həmkarları, Avropa İttifaqının liderləri və NATO rəhbərliyi ilə söhbətləşib. Hesab olunur ki, söhbətin əsas mövzusu Ukrayna ətrafındakı gərginlik olub.
Kommunike hələ dərc olunmayıb.
“Kiyev Donbassı hərbi yolla qaytarmağa hazırlaşmır”
Bu arada Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov bildirib ki, Ukrayna hakimiyyəti Donbassı hərbi yolla qaytarmaq niyyətində deyil.
“RF indi nağıllar danışır, guya biz hərbi yolla Donetsk və Luqansk vilayətlərini qaytarmaq istəyirik. Biz bunu edə bilmərik, çünki hazırda orada olan mülki əhaliyə görə məsuliyyət daşıyırıq. Əgər indi qoşunlar hücuma keçsə, təsəvvür edin, nə qədər əhali qırıla bilər. Bizim üçün insan həyatı - ən böyük dəyərdir. Donetsk və Luqansk qaytarılacaqmı?.. Qaytarılacaq. Krım qaytarılacaqmı? Qaytarılacaq. Sadəcə, vaxt məsələsidir.
Ukrayna mövcud olandan heç kimə hücum etməmişik, ancaq özümüzün olanı da kimsəyə vermərik. Bizim hərbçilərimiz, kişilər və qadınlar, ölkəmizi qoruyacaqlar. Güc və vəsaitimiz kifayət qədərdir”, - Danilov MTMŞ-in iclasından sonra deyib.
Danilov həmçinin deyib ki, hökumət mobil rabitə və interneti kəsmək niyyətində deyil və Rusiya tərəfindən eskalasiyaya yol verilməməsi üçün çalışır.
Bəs Avropadakı ABŞ hərbçiləri?
Avropada dislokasiya olunan ABŞ hərbçiləri Ukrayna ətrafında eskalasiya olarsa, Rusiya ilə savaşmayacaqlar.
Bunu da ABŞ prezidentinin müşaviri Ceyk Sallivan deyib. O əlavə edib ki, ABŞ hərbçiləri NATO üzrə müttəfiqlərini müdafiə edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.