Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Pensyalara nə qədər pul xərclənir? Nazirlik açıqladı

© Sputnik / Elvin AhmadƏlində manat olan yaşlı qadın, arxiv şəkli
Əlində manat olan yaşlı qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.01.2022
Abunə olmaq
Ötən dövrdə 48,3 min, o cümlədən 2021-ci ildə 22,6 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
BAKI, 16 yanvar — Sputnik. Keçən il pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, pensiyalarda artım dinamikası 2021-ci ildə də davam edib.
Keçən il pensiyaların orta aylıq məbləği 9% artaraq 331 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8% artaraq 358 manata çatıb.
Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il də sosial ödənişlərin, o cümlədən pensiyaların hər ay müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənişi təmin edilib.
Ümumilikdə, 2021-ci ildə pensiya təminatı üzrə əvvəlki ilə nisbətən 118 mln. manat çox olmaqla 4 milyard 592 mln. manat vəsait ödənilib.
2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Ötən dövrdə 48,3 min, o cümlədən 2021-ci ildə 22,6 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Həmçinin oxuyun:
Sosial müavinət və təqaüd alanların sayı açıqlandı
Pensiyaların ödənilməsi ilə bağlı şad xəbər
Pensiya niyə azdır? Dövlət qurumu artım qaydasını açıqlayır
"Pensiya amnistiyası" - Minimum pensiya kapitalına ehtiyac qalmır
Nazirlik hərbçilərin pensiyalarının azaldılmasına dair iddialara münasibət bildirib
Xəbər lenti
0