https://sputnik.az/20220113/pensiyalarin-odenilmesi-ile-bagli-sad-xeber-438116344.html
Pensiyaların ödənilməsi ilə bağlı şad xəbər
Pensiyaların ödənilməsi ilə bağlı şad xəbər
Sputnik Azərbaycan
Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək. 13.01.2022, Sputnik Azərbaycan
2022-01-13T11:41+0400
2022-01-13T11:41+0400
2022-01-13T11:47+0400
cəmiyyət
dsmf
əmək və əhalinin sosial müdafiəsi nazirliyi
milli məclis
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796457_0:0:3073:1728_1920x0_80_0_0_0cdb075a0b29c39da33d37dd2cb07956.jpg
BAKI, 13 yanvar — Sputnik. Respublika üzrə bütün pensiyaların ödənəcəyi vaxt məlum olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.Bildirilib ki, pensiyaların yanvarın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.Qeyd edək ki, əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 20 faiz artaraq 240 manat məbləğində müəyyən olunur. Bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik Milli Məclisdə bir oxunuşda qəbul edilib.Əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 264 manat təşkil edib. Bu pensiyaların minimum məbləği 2017-ci ildə 110 manat, 2018-də 116 manat, 2019-da 200 manat müəyyən edilib, 2022-də isə bu rəqəmin 240 manata çatdırılması nəzərdə tutulur. Növbəti ildə yaşa görə pensiyaların cari ildəki 331 manatdan 372 manata, əlilliyə görə pensiyaların 261 manatdan 299 manata, ailə başçısını itirməyə görə pensiyaların 263 manatdan 298 manata çatdırılması gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796457_0:0:2731:2048_1920x0_80_0_0_a30efc008da804ee97829cf8d017a5ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şad xəbər yanvarın 14-nə qədər pensiya almayan qalmayacaq
şad xəbər yanvarın 14-nə qədər pensiya almayan qalmayacaq
Pensiyaların ödənilməsi ilə bağlı şad xəbər
11:41 13.01.2022 (Yenilənib: 11:47 13.01.2022) Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.
BAKI, 13 yanvar — Sputnik. Respublika üzrə bütün pensiyaların ödənəcəyi vaxt məlum olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, pensiyaların yanvarın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.
Qeyd edək ki, əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 20 faiz artaraq 240 manat məbləğində müəyyən olunur. Bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik Milli Məclisdə bir oxunuşda qəbul edilib.
Əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 264 manat təşkil edib. Bu pensiyaların minimum məbləği 2017-ci ildə 110 manat, 2018-də 116 manat, 2019-da 200 manat müəyyən edilib, 2022-də isə bu rəqəmin 240 manata çatdırılması nəzərdə tutulur.
Növbəti ildə yaşa görə pensiyaların cari ildəki 331 manatdan 372 manata, əlilliyə görə pensiyaların 261 manatdan 299 manata, ailə başçısını itirməyə görə pensiyaların 263 manatdan 298 manata çatdırılması gözlənilir.