https://sputnik.az/20220112/pensiya-niye-azdir-dovlet-qurumu-artim-qaydasini-aciqlayir-438098588.html
Pensiya niyə azdır? Dövlət qurumu artım qaydasını açıqlayır
Pensiya niyə azdır? Dövlət qurumu artım qaydasını açıqlayır
Sputnik Azərbaycan
Yaxınlarda ƏƏSMN hərbi qulluqçuların pensiyasının azaldılmasına dair iddialara da münasibət bildirmişdi. 12.01.2022, Sputnik Azərbaycan
2022-01-12T18:49+0400
2022-01-12T18:49+0400
2022-01-12T18:49+0400
dövlət
cəmiyyət
pensiya
artım
qurum
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796452_0:0:3232:1819_1920x0_80_0_0_67ac6a74c93030bf1fdb5d1aee0a390e.jpg
BAKI, 12 yanvar — Sputnik. Dövlət Sosial Müdafiə Fondu bəzi pensiyaçıların pensiyasının artmamasının səbəblərini açıqlayıb.Sputnik Azərbaycan xəbər verir ki, Fonddan "Report"a bildirilib ki, ölkədə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artırılaraq 200 manatdan 240 manata çatdırılıb.Bu artım pensiyalarının məbləği 240 manata qədər olan pensiyaçıları əhatə edir, onların pensiyaları isə yanvarın 1-dən 240 manata çatdırılaraq ödənilir.Pensiyaların cari ilin əvvəlindən indeksləşdirilərək artırılması isə ötən ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə dair Dövlət Statistika Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcəyi rəsmi məlumata uyğun aparılacaq.Həmin artım tətbiq olunduqda onun barəsində məlumat veriləcək.Qeyd edək ki, yaxınlarda ƏƏSMN hərbi qulluqçuların pensiyasının azaldılmasına dair iddialara da münasibət bildirmişdi.Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov qeyd etmişdi ki, hərbi qulluqçuların təqaüdlərinin onların təminat xərcliyinin artımı əsasında artırılması qaydasının guya ləğv edilməsi üçün təklif hazırlandığı barədə sosial şəbəkə səhifələrindən birində qeyd edilən məlumat yanlışdır.Eləcə də oxuyun:* "Pensiya amnistiyası" - Minimum pensiya kapitalına ehtiyac qalmır* Nura Suri: "Pensiya ilə yaşayan insanlara Allah kömək olsun"* Nazirlik hərbçilərin pensiyalarının azaldılmasına dair iddialara münasibət bildirib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796452_426:0:3157:2048_1920x0_80_0_0_be4b26824a6ea50ba96f8174a2d5f1b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pensiya niyə azdır? dövlət qurumu artım qaydasını açıqlayır
pensiya niyə azdır? dövlət qurumu artım qaydasını açıqlayır
Pensiya niyə azdır? Dövlət qurumu artım qaydasını açıqlayır
Yaxınlarda ƏƏSMN hərbi qulluqçuların pensiyasının azaldılmasına dair iddialara da münasibət bildirmişdi.
BAKI, 12 yanvar — Sputnik. Dövlət Sosial Müdafiə Fondu bəzi pensiyaçıların pensiyasının artmamasının səbəblərini açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Fonddan "Report"a bildirilib ki, ölkədə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artırılaraq 200 manatdan 240 manata çatdırılıb.
Bu artım pensiyalarının məbləği 240 manata qədər olan pensiyaçıları əhatə edir, onların pensiyaları isə yanvarın 1-dən 240 manata çatdırılaraq ödənilir.
Pensiyaların cari ilin əvvəlindən indeksləşdirilərək artırılması isə ötən ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə dair Dövlət Statistika Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcəyi rəsmi məlumata uyğun aparılacaq.
Həmin artım tətbiq olunduqda onun barəsində məlumat veriləcək.
Qeyd edək ki, yaxınlarda ƏƏSMN hərbi qulluqçuların pensiyasının azaldılmasına dair iddialara da münasibət bildirmişdi.
Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov qeyd etmişdi ki, hərbi qulluqçuların təqaüdlərinin onların təminat xərcliyinin artımı əsasında artırılması qaydasının guya ləğv edilməsi üçün təklif hazırlandığı barədə sosial şəbəkə səhifələrindən birində qeyd edilən məlumat yanlışdır.