Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sosial müavinət və təqaüd alanların sayı açıqlandı

© Sputnik / © Sputnik / Elvin AhmadBankomat, arxiv şəkli
Bankomat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.01.2022
Abunə olmaq
Təqaüdlər üzrə əvvəlki ilə nisbətən 28% çox olmaqla 417 milyon manat ödənilib.
BAKI, 15 yanvar — Sputnik. Ötın il 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Onlardan 466 min nəfəri sosial müavinətlə, 286 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Keçən il əhaliyə sosial müavinətlər üzrə 588 milyon manat, təqaüdlər üzrə əvvəlki ilə nisbətən 28% çox olmaqla 417 milyon manat ödənilib.
Son üç ildə müavinət və təqaüdlərin də elektron təyinatı sistemləri (24 növ e-təyinat sistemi) işə salınıb və ötən dövrdə 220 min, o cümlədən 2021-ci ildə 120 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.
Həmçinin oxuyun:
Pensiyaların ödənilməsi ilə bağlı şad xəbər
Pensiya niyə azdır? Dövlət qurumu artım qaydasını açıqlayır
"Pensiya amnistiyası" - Minimum pensiya kapitalına ehtiyac qalmır
Nura Suri: "Pensiya ilə yaşayan insanlara Allah kömək olsun"
Nazirlik hərbçilərin pensiyalarının azaldılmasına dair iddialara münasibət bildirib
Xəbər lenti
0