https://sputnik.az/20220114/facebook-istifadecilerinin-sexsi-melumatlarindan-sui-istifade-edilib-438183988.html
Meta Facebook istifadəçilərinin şəxsi məlumatlarından sui-istifadə edib
Meta Facebook istifadəçilərinin şəxsi məlumatlarından sui-istifadə edib
Sputnik Azərbaycan
Onlar istifadəçilərinin şəxsi məlumatlarını lazımi təzminat ödəmədən ələ keçirirlər.
2022-01-14T21:21+0400
2022-01-14T21:21+0400
2022-01-14T21:28+0400
elm
hi-tech
"facebook" sosial şəbəkəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437664917_0:160:3072:1888_1920x0_80_0_0_a76babe7dca3e1e8bcf4a3b617a8893b.jpg
BAKI, 14 yanvar - Sputnik. Böyük Britaniyada “Meta” şirkətinə qarşı Facebook istifadəçilərinin şəxsi məlumatlarından istifadə olunması ilə bağlı 2,3 milyard funt məbləğində iddia qaldırılıb.İddia sahibi hüquqşünas Lovdal Qormsen bildirib: 2015-ci il 1 oktyabr tarixindən 2019-cu il 31 dekabrınadək dövrün əhatə etdiyi iddiada “Meta”nın 1998-ci il Rəqabət Qanununu pozduğu, Facebook-a pulsuz girişə şərait yaradaraq, istifadəçilərin şəxsi məlumatlarını reklamçılara verməklə külli miqdarda gəlir götürdüyü göstərilir."İddiaçı feysbuk istifadəçilərinə vurumuş ziyanı 2,3 milyard funt məbləğində dəyərləndirib", - “Report” “The Guardian”a istinadən bildirib. Xatırladaq ki, ötən ilin oktyabrında Facebook adını Meta-ya dəyişib.Şirkətin banisi Mark Zukerberq bu barədə deyib: "Əvvəllər klassik tədqiqatları sevirdim, "Meta" sözü isə yunan dilində "sonra" deməkdir. Mənim üçün o, həmişə nəsə yeni bir şey qurmağın rəmzidir".Onun sözlərinə görə, yeni brend şirkətin diqqətini metakainata cəmləyir: orada insan ekranlardan imtina edərək virtual reallıqda mövcudluq hissini yaşayacaq.Həmçinin oxuyun:* Facebook adını dəyişir* Bu il ən çox hansı sosial şəbəkədən istifadə olunub?* İngiltərədə müxalifət Telegram-a qarşı sanksiyalar tələb edir* Yeddi saatlıq problemdən ən çox qazanan hansı platforma oldu?* Nazirlik sosial şəbəkələrdəki nasazlığın səbəbini açıqladı* Facebook, Instagram və WhatsApp-ın çökməsi ilə itirilən milyonlar: ekspertlər hesabladılar* Facebook servisləri niyə çöküb - ilkin mülahizə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437664917_171:0:2902:2048_1920x0_80_0_0_09b0de602c176eb2034db575ca883209.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
facebook istifadəçilərinin bütün məlumatlarını ələ keçirib
facebook istifadəçilərinin bütün məlumatlarını ələ keçirib
Meta Facebook istifadəçilərinin şəxsi məlumatlarından sui-istifadə edib
21:21 14.01.2022 (Yenilənib: 21:28 14.01.2022) İddia sahibi Lovdal Qormsen bildirib ki, onlar istifadəçilərinin şəxsi məlumatlarını lazımi təzminat ödəmədən ələ keçirirlər.
BAKI, 14 yanvar - Sputnik. Böyük Britaniyada “Meta” şirkətinə qarşı Facebook istifadəçilərinin şəxsi məlumatlarından istifadə olunması ilə bağlı 2,3 milyard funt məbləğində iddia qaldırılıb.
İddia sahibi hüquqşünas Lovdal Qormsen bildirib:
“Onlar istifadəçilərinin şəxsi məlumatlarını lazımi təzminat ödəmədən ələ keçirirlər. Məncə, Facebook istifadəçiləri həmin şərtlərə və müddəalara razılıq verərkən bunun nə qədər ədalətsiz olduğunu tam dərk etmirlər”.
2015-ci il 1 oktyabr tarixindən 2019-cu il 31 dekabrınadək dövrün əhatə etdiyi iddiada “Meta”nın 1998-ci il Rəqabət Qanununu pozduğu, Facebook-a pulsuz girişə şərait yaradaraq, istifadəçilərin şəxsi məlumatlarını reklamçılara verməklə külli miqdarda gəlir götürdüyü göstərilir.
"İddiaçı feysbuk istifadəçilərinə vurumuş ziyanı 2,3 milyard funt məbləğində dəyərləndirib", - “Report” “The Guardian”a istinadən bildirib.
Xatırladaq ki, ötən ilin oktyabrında Facebook adını Meta-ya dəyişib.
Şirkətin banisi Mark Zukerberq bu barədə deyib:
"Əvvəllər klassik tədqiqatları sevirdim, "Meta" sözü isə yunan dilində "sonra" deməkdir. Mənim üçün o, həmişə nəsə yeni bir şey qurmağın rəmzidir".
Onun sözlərinə görə, yeni brend şirkətin diqqətini metakainata cəmləyir: orada insan ekranlardan imtina edərək virtual reallıqda mövcudluq hissini yaşayacaq.