https://sputnik.az/20211005/nazirlik-sosial-sebekelerdeki-nasazligin-sebebini-aciqladi-433894172.html
Nazirlik sosial şəbəkələrdəki nasazlığın səbəbini açıqladı
Nazirlik sosial şəbəkələrdəki nasazlığın səbəbini açıqladı
Sputnik Azərbaycan
Şirkət tərəfindən verilən məlumata görə, hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur. 05.10.2021, Sputnik Azərbaycan
2021-10-05T13:20+0400
2021-10-05T13:20+0400
2021-10-05T13:20+0400
sosial şəbəkə
azərbaycan xəbərləri
mark zukerberq
instagram
whatsapp
https://cdnn1.img.sputnik.az/img/41516/20/415162025_0:212:3559:2214_1920x0_80_0_0_bbaf2e643c5ec790befa0569d9854d15.jpg
BAKI, 5 oktyabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Facebook”, “Instagram” və “WhatsApp”da yaranmış problemin səbəbini açıqlayıb. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, 4 oktyabrda bir neçə saat ərzində “Facebook”, “Instagram” və “WhatsApp” istifadəçiləri adıçəkilən platformalara daxil ola bilməyiblər. “Facebook” şirkəti tərəfindən açıqlanan məlumata əsasən, “Facebook”, “Instagram” və “WhatsApp” xidmətlərinin göstərilməsində dayanmalara konfiqurasiyada səhvən edilən dəyişiklik səbəb olub. Şirkətin data mərkəzləri arasında trafiki təşkil edən əsas şəbəkə qurğularının konfiqurasiyasında edilən dəyişikliklər daxili sistem və şəbəkələrə təsir göstərib və bərpa prosesini çətinləşdirib. Şirkət tərəfindən verilən məlumata görə, hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur. Bu istiqamətdə əlavə hər hansı yenilik olarsa, ictimaiyyəti məlumatlandıracağıq.Xatırladaq ki, “Facebook”, “Instagram”, “WhatsApp” və şirkətə məxsus bir sıra digər tətbiqlər bazar ertəsi günü təxminən yeddi saat ərzində istifadəçilər üçün əlçatmaz olub. “Facebook” üçün bu, tarixinin ən böyük nasazlığı olub. Davam edən hadisələr fonunda sosial şəbəkənin aksiyaları təxminən beş faiz ucuzlaşıb, şirkətin qurucusu Mark Zukerberq isə təxminən yeddi milyard dollar pul itirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41516/20/415162025_56:0:3363:2480_1920x0_80_0_0_c5abf6af509d6c6ad8e2acdd8dda1178.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
sosial şəbəkə, mark zukerberq, instagram, whatsapp
sosial şəbəkə, mark zukerberq, instagram, whatsapp
Nazirlik sosial şəbəkələrdəki nasazlığın səbəbini açıqladı
Şirkət tərəfindən verilən məlumata görə, hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur.
BAKI, 5 oktyabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Facebook”, “Instagram” və “WhatsApp”da yaranmış problemin səbəbini açıqlayıb. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, 4 oktyabrda bir neçə saat ərzində “Facebook”, “Instagram” və “WhatsApp” istifadəçiləri adıçəkilən platformalara daxil ola bilməyiblər.
“Facebook” şirkəti tərəfindən açıqlanan məlumata əsasən, “Facebook”, “Instagram” və “WhatsApp” xidmətlərinin göstərilməsində dayanmalara konfiqurasiyada səhvən edilən dəyişiklik səbəb olub. Şirkətin data mərkəzləri arasında trafiki təşkil edən əsas şəbəkə qurğularının konfiqurasiyasında edilən dəyişikliklər daxili sistem və şəbəkələrə təsir göstərib və bərpa prosesini çətinləşdirib. Şirkət tərəfindən verilən məlumata görə, hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur. Bu istiqamətdə əlavə hər hansı yenilik olarsa, ictimaiyyəti məlumatlandıracağıq.
Xatırladaq ki, “Facebook”, “Instagram”, “WhatsApp” və şirkətə məxsus bir sıra digər tətbiqlər bazar ertəsi günü təxminən yeddi saat ərzində istifadəçilər üçün əlçatmaz olub. “Facebook” üçün bu, tarixinin ən böyük nasazlığı olub. Davam edən hadisələr fonunda sosial şəbəkənin aksiyaları təxminən beş faiz ucuzlaşıb, şirkətin qurucusu Mark Zukerberq isə təxminən yeddi milyard dollar pul itirib.