https://sputnik.az/20211223/bu-il-en-cox-hansi-sosial-sebekeden-istifade-olunub-437516131.html
Bu il ən çox hansı sosial şəbəkədən istifadə olunub?
Bu il ən çox hansı sosial şəbəkədən istifadə olunub?
Sputnik Azərbaycan
Tətbiqin 2018-ci ildə istifadəyə verilmiş beynəlxalq versiyası “Google” kimi internet nəhəngini belə, geridə qoyub.
2021-12-23T23:26+0400
2021-12-23T23:26+0400
2021-12-23T23:26+0400
sosial şəbəkə
cəmiyyət
istifadə
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427741073_0:102:3071:1829_1920x0_80_0_0_31024d8b284049828c7cf40a73192e2a.jpg
BAKI, 23 dekabr — Sputnik. 2021-ci ildə ən çox istifadə olunan sosial şəbəkə "TikTok" olub, bu tətbiq 2020-ci ili lider kimi başa vurmuş "Google" axtarış saytını belə, geridə qoyub. Bu barədə "Wall Street Journal" "Cloudflare" şirkətinə istinadla məlumat yayıb.Tədqiqatlar göstərib ki, qısa videoçarxların yaradılması və izlənməsini nəzərdə tutan bu virtual platforma ilk dəfə fevral ayından etibarən lider mövqeyinə çıxıb və əsasən avqust ayına kimi bu mövqeyini qoruyub saxlaya bilib. Halbuki 2020-ci ildə "TikTok" siyahıda yeddinci yerdə idi.Bu ilin ikincisi isə "Google" saytı olub, ondan sonra "Facebook" gəlib.Qeyd edək ki, "TikTok" Pekinin "ByteDance" şirkətinə məxsus kiçik videoçarxlar yaratmaq və izləmək üçün servisdir. 2018-ci ildə istifadəyə verilmiş beynəlxalq versiyası Çində kiçik videolar üzrə aparıcı platforma hesab olunur və get-gedə digər ölkələrdə də məşhurlaşaraq ən çox inkişaf edən və yüklənən tətbiqə çevrilir.Həmçinin oxuyun:Azərbaycanlılar daha çox "Whatsapp"da zaman keçirirlər - AraşdırmaDİN kiberşantaja məruz qalmamaq üçün xəbərdarlığını etdi: internetdə bunları etməyinSosial şəbəkələr işə və təhsilə necə təsir edir?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427741073_0:0:2731:2048_1920x0_80_0_0_db04421f593a3055bcac64372a3111aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bu il ən çox hansı sosial şəbəkədən istifadə olunub?
bu il ən çox hansı sosial şəbəkədən istifadə olunub?
Bu il ən çox hansı sosial şəbəkədən istifadə olunub?
Tətbiqin 2018-ci ildə istifadəyə verilmiş beynəlxalq versiyası “Google” kimi internet nəhəngini belə, geridə qoyub.
BAKI, 23 dekabr — Sputnik. 2021-ci ildə ən çox istifadə olunan sosial şəbəkə "TikTok" olub, bu tətbiq 2020-ci ili lider kimi başa vurmuş "Google" axtarış saytını belə, geridə qoyub. Bu barədə "Wall Street Journal" "Cloudflare" şirkətinə istinadla məlumat yayıb.
Tədqiqatlar göstərib ki, qısa videoçarxların yaradılması və izlənməsini nəzərdə tutan bu virtual platforma ilk dəfə fevral ayından etibarən lider mövqeyinə çıxıb və əsasən avqust ayına kimi bu mövqeyini qoruyub saxlaya bilib. Halbuki 2020-ci ildə "TikTok" siyahıda yeddinci yerdə idi.
Bu ilin ikincisi isə "Google" saytı olub, ondan sonra "Facebook" gəlib.
Qeyd edək ki, "TikTok" Pekinin "ByteDance" şirkətinə məxsus kiçik videoçarxlar yaratmaq və izləmək üçün servisdir. 2018-ci ildə istifadəyə verilmiş beynəlxalq versiyası Çində kiçik videolar üzrə aparıcı platforma hesab olunur və get-gedə digər ölkələrdə də məşhurlaşaraq ən çox inkişaf edən və yüklənən tətbiqə çevrilir.