https://sputnik.az/20211004/facebook-instagram-ve-whatsapp-cokub-433882168.html
Facebook servisləri niyə çöküb - ilkin mülahizə
Facebook servisləri niyə çöküb - ilkin mülahizə
Sputnik Azərbaycan
İstifadəçilər saytın işləməməsindən, eləcə də serverə qoşulmada problemlərin olmasından şikayətlənirlər. 04.10.2021, Sputnik Azərbaycan
2021-10-04T22:52+0400
2021-10-04T22:52+0400
2021-10-05T11:13+0400
cəmiyyət
internet
sosial şəbəkələr
https://cdnn1.img.sputnik.az/img/42408/09/424080949_0:146:3081:1879_1920x0_80_0_0_4b3e44a396c711fa5957a0e5c47c3206.jpg
BAKI, 4 oktyabr - Sputnik. SafeNet MTT mühəndislik mərkəzinin eksperti İqor Bederov Facebook servislərinin bütün dünyada çökməsinin ilkin səbəbini açıqlayıb. RİA Novosti-yə müsahibəsində Bederov qeyd edib ki, bu, DNS (Domain Name System) - domenlər haqda informasiyanın alınması üçün paylayıcı kompüter sisteminin işindəki nasazlıqla əlaqədardır."Mümkündür ki, bu, DNS-lə bağlı olsun. O, qəşəng görünməyən IP ünvan əvəzinə istifadəçilərin mətn linkinin ünvanını yazması üçün istifadə olunur. Hazırda IP ilə keçid işləyir, domen adı ilə keçid isə yox", - ekspert bildirib.O xatırladıb ki, istənilən problem şirkətin bazar qiymətinə, müştərilərə xidmət göstərməsinə təsir edir. "Ancaq yaxın gələcəkdə bu çöküşdən şirkətin böyük məbləğdə pul itirəcəyi gözlənilmir", - Bederov deyib.--------21:00Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda Facebook, Instagram və WhatsApp istifadəçiləri tətbiqlərin işləmədiyindən şikayətləniblər.Bu barədə populyar internet resurslarının işində problemləri izləyən Downdetector saytında məlumat verilib. Bu barədə ilk məlumat Bakı vaxtı ilə 19:34-də yayılıb.Facebook-un istifadəçiləri saytın işləməməsindən, eləcə də serverə qoşulmaqda problem yaranmasından şikayətlənirlər. Instagram və Whatsapp-da da mesaj göndərmək, serverə qoşulmaq çətinləşib.Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, problemlər qlobal xarakter daşıyır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/09/424080949_46:0:2777:2048_1920x0_80_0_0_453831d0af12a0f69c3733cd8a217c0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
internet, sosial şəbəkələr
internet, sosial şəbəkələr
Facebook servisləri niyə çöküb - ilkin mülahizə
22:52 04.10.2021 (Yenilənib: 11:13 05.10.2021) İstifadəçilər saytın işləməməsindən, eləcə də serverə qoşulmada problemlərin olmasından şikayətlənirlər.
BAKI, 4 oktyabr - Sputnik. SafeNet MTT mühəndislik mərkəzinin eksperti İqor Bederov Facebook servislərinin bütün dünyada çökməsinin ilkin səbəbini açıqlayıb.
RİA Novosti-yə müsahibəsində Bederov qeyd edib ki, bu, DNS (Domain Name System) - domenlər haqda informasiyanın alınması üçün paylayıcı kompüter sisteminin işindəki nasazlıqla əlaqədardır.
"Mümkündür ki, bu, DNS-lə bağlı olsun. O, qəşəng görünməyən IP ünvan əvəzinə istifadəçilərin mətn linkinin ünvanını yazması üçün istifadə olunur. Hazırda IP ilə keçid işləyir, domen adı ilə keçid isə yox", - ekspert bildirib.
O xatırladıb ki, istənilən problem şirkətin bazar qiymətinə, müştərilərə xidmət göstərməsinə təsir edir.
"Ancaq yaxın gələcəkdə bu çöküşdən şirkətin böyük məbləğdə pul itirəcəyi gözlənilmir", - Bederov deyib.
Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda Facebook, Instagram və WhatsApp istifadəçiləri tətbiqlərin işləmədiyindən şikayətləniblər.
Bu barədə populyar internet resurslarının işində problemləri izləyən Downdetector saytında məlumat verilib.
Bu barədə ilk məlumat Bakı vaxtı ilə 19:34-də yayılıb.
Facebook-un istifadəçiləri saytın işləməməsindən, eləcə də serverə qoşulmaqda problem yaranmasından şikayətlənirlər. Instagram və Whatsapp-da da mesaj göndərmək, serverə qoşulmaq çətinləşib.
Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, problemlər qlobal xarakter daşıyır.