DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İngiltərədə müxalifət Telegram-a qarşı sanksiyalar tələb edir

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidTelefonun ekranında Telegram tətbiqinin loqosu
Telefonun ekranında Telegram tətbiqinin loqosu - Sputnik Azərbaycan, 1920, 20.10.2021
Abunə olmaq
Conson bildirib ki, hökumət ilin sonuna qədər haqqında danılşılan qanun layihəsini parlamentin müzakirəsinə təqdim etməyə çalışacaq.
BAKI, 20 oktyabr - Sputnik. Böyük Britaniyanın müxalif Leyborist Partiyasının lideri Kir Starmer Telegram-ı "ekstremistlər üçün tətbiq" adlandırıb. RİA Novosti xəbər verir ki, müxalifət lideri ölkənin baş naziri Boris Consondan esktremizmə, zorakılığa və irqi nifrətə çağırışlar edən videoların yerləşdirildiyi onlayn platformalara, o cümlədən də Telegram-a qarşı sərt addımların atılmasını tələb edib.
Sramer həmçinin Facebook və Instagram-ın da "təhlükəli alqoritmlərini" tənqid edərək bildirib ki, Tik Tok platformasında İslam ektremizminə və qəti sağ hərəkatlara çağırışlar edən videolara baxmaq mümkündür.

"Artıq üç ildir ki, hökumət İnternetdə təhlükəsizlik barədə qanun layihəsini təklif edib, lakin sənəd hələ də parlamentə təqdim olunmayıb… Həmin qanunun müdəalarına görə onu pozan platformaların rəhbərləri cinayət məsuliyyətinə cəlb olunmur. Niyə?", - deyə Starmer Consona xitab edərək soruşub.

Britaniyalı baş nazir cavabında bildirib ki, hökumət ilin sonuna qədər haqqında danılşılan qanun layihəsini parlamentin müzakirəsinə təqdim etməyə çalışacaq və sənədin müddəalarını pozanlara qarşı cəzaların sərtləşdirilməsi imkanlarını nəzərdən keçirəcək.
Xəbər lenti
0