https://sputnik.az/20220113/resad---goycayda--partlayis-sebebinden-rayon-ehalisi--susuz-qoyub-438133463.html
Göyçayda əhali susuz qalıb
Göyçayda əhali susuz qalıb
Sputnik Azərbaycan
Azərsu ASC-nin nümayəndəsi Bəxtiyar Yəhyayevin sözlərinə görə borunun partlaması nəticəsində 5000 abonent susuz qalıb.
2022-01-13T18:16+0400
2022-01-13T18:16+0400
2022-01-13T18:20+0400
su
hadisə
əhali
partlayış
göyçay
https://cdnn1.img.sputnik.az/img/07e4/08/08/424633835_0:22:1501:866_1920x0_80_0_0_be2b593251d8977ec4b9e058e5c4f9d2.jpg
BAKI, 13 yanvar — Sputnik. Göyçayda Əli Kərim küçəsindən keçən və diametri 400 millimetr olan boru xəttində partlayış baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, su borusunun partlaması nəticəsində Göyçay şəhərinin mərkəzindəki Heydər Əliyev prospektinin aşağı hissəsində yerləşən bütün binalarda və həyət evlərində yaşayan sakinlərə, dövlət və özəl obyektlərə verilən içməli su kəsilib.Azərsu ASC-nin nümayəndəsi Bəxtiyar Yəhyayevin sözlərinə görə borunun partlaması nəticəsində 5000 abonent susuz qalıb.Gecə saatlarında baş verən qəzanın aradan qaldırılması və əhalinin tez bir zamanda içməli su ilə təmin edilməsi üçün hazırda Göyçay Su Kanal İdarəsinin bütün işçiləri və texnikaları hadisə yerində çalışır.Qəza baş verən magistral su kəmərindən qidalanan və 140 kilometr uzunluğu olan şəhər boru şəbəkəsindən suyun pompalar vasitəsilə çəkilərək boşaldılması təmin edilib.Günün ikinci yarısında boruda qaynaq-bərpa işləri görüləcək.Axşam saatlarına qədər təmir işlərinin başa çatdırılması və gecə saatlarında anbardan boru şəbəkəsinə suyun doldurulması prosesi başlanıldıqdan sonra əhali su ilə təmin ediləcək.Həmçinin oxuyun:Kəndlilər torpaq sahələrini necə suvarır? Nazirlik su probleminin həllini açıqladıƏkin sahələri Qarabağdan gələn su İlə suvarılacaq - FotoQarabağda iki yeni su anbarı tikiləcəkSuqovuşan azad edildi, heç su görməyən otuz min hektar ərazi suvarıldıŞuşa şəhərinin su təchizatı təmin edilib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/08/424633835_0:0:1331:998_1920x0_80_0_0_5d5c45f1052c3f479816bab42f8a8020.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
göyçayda əhali susuz qalıb
göyçayda əhali susuz qalıb
Göyçayda əhali susuz qalıb
18:16 13.01.2022 (Yenilənib: 18:20 13.01.2022) Qəza baş verən magistral su kəmərindən qidalanan və 140 kilometr uzunluğu olan şəhər boru şəbəkəsindən suyun pompalar vasitəsilə çəkilərək boşaldılması təmin edilib.
BAKI, 13 yanvar — Sputnik. Göyçayda Əli Kərim küçəsindən keçən və diametri 400 millimetr olan boru xəttində partlayış baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, su borusunun partlaması nəticəsində Göyçay şəhərinin mərkəzindəki Heydər Əliyev prospektinin aşağı hissəsində yerləşən bütün binalarda və həyət evlərində yaşayan sakinlərə, dövlət və özəl obyektlərə verilən içməli su kəsilib.
Azərsu ASC-nin nümayəndəsi Bəxtiyar Yəhyayevin sözlərinə görə borunun partlaması nəticəsində 5000 abonent susuz qalıb.
Gecə saatlarında baş verən qəzanın aradan qaldırılması və əhalinin tez bir zamanda içməli su ilə təmin edilməsi üçün hazırda Göyçay Su Kanal İdarəsinin bütün işçiləri və texnikaları hadisə yerində çalışır.
Qəza baş verən magistral su kəmərindən qidalanan və 140 kilometr uzunluğu olan şəhər boru şəbəkəsindən suyun pompalar vasitəsilə çəkilərək boşaldılması təmin edilib.
Günün ikinci yarısında boruda qaynaq-bərpa işləri görüləcək.Axşam saatlarına qədər təmir işlərinin başa çatdırılması və gecə saatlarında anbardan boru şəbəkəsinə suyun doldurulması prosesi başlanıldıqdan sonra əhali su ilə təmin ediləcək.