Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Əkin sahələri Qarabağdan gələn su İlə suvarılacaq - Foto

© Sputnik / Emin AlisahibAğdamda əkin sahələri
Ağdamda əkin sahələri  - Sputnik Azərbaycan, 1920, 10.01.2022
Abunə olmaq
İndi fermerlər əkin sahələrini vaxtlı-vaxtında suvarmaqla yanaşı həm də yüksək məhsuldarlıq əldə edə biləcəklər.
BAKI, 10 yanvar — Sputnik. Ağdam rayonundakı əkin sahələri işğaldan azad edilən su mənbələri vasitəsilə suvarılacaq. Bunun üçün aidiyyəti qrumlar tərəfindən hazırlıq prosesi gedir. Sputnik Azərbaycan-ın müxbiri Ağdam rayonunda bu sahədə vəziyyətlə tanış olub.
44 günlük Vətən müharibəsinə kimi Ağdamın Azərbaycanın nəzarətində olan ərazilərində əkin sahələrinin suvarılması prossesi uzun vaxt aparırdı. Belə ki, Xaçınçay və Ağdamkənd su anbarları Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğundan suların qarşısı kəsilmişdir. Bu da məhsuldarlığa öz mənfi təsirini göstərirdi. 30 ildir ki, fermer kimi fəaliyyət göstərən müsahibimiz Yaşar Abbasov bildirir ki, işğal müddətində fermerlər öz əkin sahələrini subartezian quyuları vasitəsilə suvarıb.
“Mənfur düşmən 30 ilə yaxın idi ki, torpaqlarımızı işğal altında saxladığından həmin ərazilərdə yerləşən su mənbələrimizdən bizə su gəlmirdi. Nə Xaçın çayı gəlmirdi, nədə ki, Qarqar çayı. Hamısının qabağını kəsmişdilər. Vəziyyətimiz elə də yaxşı deyildi”.
© Sputnik / Emin AlisahibAğdamda əkin sahələri
Ağdamda əkin sahələri  - Sputnik Azərbaycan, 1920, 09.01.2022
Ağdamda əkin sahələri
Hazırda bu problem aradan qaldırılır. Ali baş komandan İlham Əliyevin və Müzəffər Azərbaycan ordusunun şücaəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi və o ərazilərdə olan su mənbələrinin geri alınması artıq fermerlərin də işini asanlaşdırıb.
Fermer Elşən Orucov deyir ki, onun 70 hektara yaxın əkin sahəsi var və illərdir ki, əkinçiliklə məşğul olur.
© Sputnik / Emin AlisahibAğdamda əkin sahələri
Ağdamda əkin sahələri  - Sputnik Azərbaycan, 1920, 09.01.2022
Ağdamda əkin sahələri
“Pambıq əkirik, taxıl əkirik, yonca əkirik. Düzdür, əvvəllər suvarma sularımızda bir az qıtlıq yaşanırdı. 44 günlük Vətən müharibəsi zamanı bizim Ağdam rayonu da işğaldan azad edildi və Ağdamda yerləşən böyük su anbarlarımız - Xaçınçay su anbarı, Ağdamkənd su anbarı düşmənin nəzarətindən çıxdı. İnşəallah bu su anbarları tam istifadəyə veriləndən sonra biz fermerlərin əkin-biçin işləri hamısı asan olacaq. Çünki indiyə kimi əkin sahələrimizi subartezian quyularının hesabına suvarırdıq. Burda növbələr yaranırdı. Nəticədə su qıtlığı yaşanırdı”.
© Sputnik / Emin AlisahibElşən Orucov fermer
Elşən Orucov fermer - Sputnik Azərbaycan, 1920, 09.01.2022
Elşən Orucov fermer
İndi fermerlər əkin sahələrini vaxtlı-vaxtında suvarmaqla yanaşı həm də yüksək məhsuldarlıq əldə edə biləcəklər. Fermer Yaşar Abbasov deyir ki, işğaldan azad edilən ərazilərdə olan su mənbələrindəki suyun tərkibinin meneral maddələrlə zəngin olması əkin prossesində yüksək məhsuldarlığın əldə olunmasına şərait yaradacaq.
“İşğaldan azad edilən ərazilərdən gələn sular, artezian suyundan çox keyfiyyətlidir. Artezian sularının tərkibində duzluluq olduğundan məhsuldarlığı aşağı salır. Ancaq təbii su mənbələrindən gələn suların tərkibi meneral maddələrlə zəngin olduğundan həm məhsul üçün, həmdə torpaq üçün daha faydalıdır”.
© Sputnik / Emin AlisahibYaşar Abbasov fermer
Yaşar Abbasov fermer - Sputnik Azərbaycan, 1920, 09.01.2022
Yaşar Abbasov fermer
Hazırda Ağdam Mexaniki Suvarma İdarəsi 35 min 400 hektar kənd təsərrüfatı bitgilərinin suvarılmasına və eləcə də 75 min nəfər əhalinin içməli və məişət suyuna xidmət edir. İdarənin rəisi Hafiz Əzimzadə bildirir ki, son 30 ilə yaxın bir müddətdə mövcud vəziyyətlə bağlı bir sıra çətinliklərlə üzləşiblər.
“İdarənin adından da göründüyü kimi su mexaniki üsulla çıxarılır. Bu suyun çıxarılması üçün il ərzində 14 milyon kilovat saat elektrik enerjisi sərf edilmiş, 417 milyon kubmetr su çıxarılmışdır. Həmin çıxarılmış sular istehlakçılara həm içməli su üçün, həm də kənd təsərüfatı bitkilərinə vaxtlı-vaxtında verildiyindən Ağdam rayonu ərazisində orta hesabla bütün kənd təsərrüfatı bitkiləri 4.2 dəfə suvarılmışdır”.
© Sputnik / Emin AlisahibHafiz Əzimzadə Ağdam Mexaniki suvarma idarəsinin rəyisi
Hafiz Əzimzadə Ağdam Mexaniki suvarma idarəsinin rəyisi - Sputnik Azərbaycan, 1920, 09.01.2022
Hafiz Əzimzadə Ağdam Mexaniki suvarma idarəsinin rəyisi
Hazırda idarənin balansında 986 subartezian quyusu, 4 nasos stansiya, 4 suyığıcı göl, 192 hidrotexniki qurğu və 365 kilometr suvarma kanalları mövcuddur. Həmin subartezian quyuları 120, 65, 40 kub həcmində su verən subartezian quyularıdır. Müsahibimiz deyir ki, illər öncə həmin subartezian quyularının məhsuldarlığı çox olub. Lakin torpaqlarımız işğal altına düşdüyündən, mənfur düşmənlərimiz torpaqlarımız kimi su mənbələrimizi də işğalda saxladığından sonralar ciddi problemlər üzə çıxıb.
© Sputnik / Emin AlisahibAğdamda əkin sahələri
Ağdamda əkin sahələri  - Sputnik Azərbaycan, 1920, 09.01.2022
Ağdamda əkin sahələri
“İşğaldan azad edilən ərazilərdə olan istər subartezian quyuları, istər suyığıcı göllər, istər böyük su anbarları və digər şəbəkələr hamısı sökülərək, məhv edilmişdir. İdarənin balansında olan Xaçınçay su anbarının həcmi 23 milyon kubmetrdir. Həmin Xaçınçay su anbarı bir dəfəyə 8 min hektar sahəni suvarma gücünə malikdir. Bu da il ərzində 4 dəfə suvaranda 32 min hektar əkin sahəsinin suvarılmasını təşkil edir. Eyni zamanda Qarqar çayından qidalanan Ağdamkənd su anbarı var ki, onun da 4 milyon kub metr həcmi var və 3 min hektar torpağın suvarılmasına xidmət edir. Bu su anbarlarının bərpa olunması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən tədbirlər planına uyğun olaraq, əsaslı işlər aparılır”.
© Sputnik / Emin AlisahibAğdamda əkin sahələri
Ağdamda əkin sahələri  - Sputnik Azərbaycan, 1920, 09.01.2022
Ağdamda əkin sahələri
Müsahibimiz onu da əlavə etdi ki, hazırda sözügedən su mənbələri minlardan təmizlənir. Bu il həmin su mənbələrindən əkin prossesində istifadə olunacağı planlaşdırılır. Qeyd edək ki, hazırda Ağdamda pambıq səpininə hazırlıq prossesi gedir.
Həmçinin oxuyun:
Qarabağda iki yeni su anbarı tikiləcək
Suqovuşan azad edildi, heç su görməyən otuz min hektar ərazi suvarıldı
Şuşa şəhərinin su təchizatı təmin edilib
Suqovuşandakı Kiçik Su Elektrik stansiyalarının açılışı olub
Xəbər lenti
0