https://sputnik.az/20211006/susa-seherinin-su-techizati-temin-edilib-433946088.html
Şuşa şəhərinin su təchizatı təmin edilib
Şuşa şəhərinin su təchizatı təmin edilib
Sputnik Azərbaycan
Hazırda 1980-ci illərdə çəkilmiş Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 km-lik hissəsinin polad borularla dəyişdirilməsi işləri davam... 06.10.2021, Sputnik Azərbaycan
2021-10-06T19:26+0400
2021-10-06T19:26+0400
2021-10-06T19:26+0400
su
qarabağ
"azərsu" asc
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/06/433945992_0:0:3640:2048_1920x0_80_0_0_c4a167db8edc28f9fa1fa94cb81ef419.jpg
BAKI, 6 oktyabr — Sputnik. "Azərsu" ASC Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının təmin olunması məqsədilə yeni layihə icra edir.Bu barədə Sputnik Azərbaycan-a qurumdan məlumat verilib.Məlumatda deyilir ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi və həyati əhəmiyyətli obyektlərin su təchizatı təmin edilib. Bunun ardınca içməli su təchizatı sistemlərinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.Şuşa şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə layihənin birinci mərhələsi çərçivəsində magistral su kəməri və anbarların tikintisi, həmçinin şəhərdaxili şəbəkənin bir hissəsinin yenidən qurulması nəzərdə tutulur. Hazırda 1980-ci illərdə çəkilmiş Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 km-lik hissəsinin polad borularla dəyişdirilməsi işləri davam etdirilir. Avqust ayında icrasına başlanılmış layihəyə uyğun olaraq qısa müddətdə magistral kəmər üzrə planlaşdırılan işlərin 50%-i yerinə yetirilib. İlk növbədə kəmərin Zəfər yolu və elektrik yarımstansiyasının ərazisindən keçən hissəsi inşa olunub. Hazırda magistral xəttin tikintisi mürəkkəb relyef şəraitində, texnikanın çətin hərəkət etdiyi ərazilərdə, eyni zamanda 2 nöqtədə paralel olaraq aparılır.Qayalıq ərazidə əvvəlcə xüsusi texnikanın sərbəst hərəkəti üçün trassa salınır ki, buradan həm də gələcəkdə istismar yolu kimi istifadə olunacaq. Kəmərin keçəcəyi ərazilərdə xüsusi texnikalardan istifadə olunmaqla qayalıqlar yarılaraq xəndəklər qazılır və tikinti normalarına uyğun olaraq qumla doldurularaq hazır vəziyyətə gətirilir, sonra borular xəndəklərə yerləşdirilərək qaynaq edilir. Texniki tələblərə uyğun olaraq hər bir qaynaq tikişi yoxlanılır, korroziyadan qorumaq üçün qaynaq edilmiş hissələr izolyasiya olunur. Gələcəkdə ərazidə qazıntı aparılacağı təqdirdə kəmərin zədələnmə risklərini nəzərə alaraq bütün marşrut boyu xəbərdaredici lentlər çəkilir.Şuşa şəhərinin dayanıqlı su təminatı üçün layihənin birinci mərhələsində şəhər ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 su anbarı tikiləcək, şəhərdaxili şəbəkənin 6 km-lik hissəsi yenidən qurulacaq. Bu mərhələ üzrə işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.Layihənin növbəti mərhələsində Baş Plana uyğun olaraq şəhərin içməli və tullantı su şəbəkələri tamamilə yenidən qurulacaq, tullantı suların optimal idarəedilməsi və təmizlənib zərərsizləşdirilməsi məqsədilə tullantı sutəmizləyici qurğu inşa ediləcək.Gələcəkdə Şuşa şəhərində əhalinin məskunlaşması və turizmin inkişaf perspektivləri nəzərə alınaraq Zarıslı çayından alternativ su mənbəyi kimi istifadə edilməsi nəzərdən keçirilir. Bununla əlaqədar "Azərsu"yun "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutu tədqiqat və layihə işlərinə başlayıb. İlkin qiymətləndirmələrə əsasən Zarıslı çayının məcrasında suqəbuledici qurğu, su anbarı tikiləcək, quraşdırılacaq nasos stansiyası ilə su Şuşa şəhərinə nəql olunacaq.Xatırladaq ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra ötən il noyabrın 25-də Kiçik Kirs mənbəyindən, dekabrın 20-də isə Zarıslı mənbəyindən şəhərə içməli su verilib. Bununla paralel olaraq şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb və ötən ilin noyabr ayından etibarən şəhərdə fasiləsiz xidmət təşkil edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/06/433945992_455:0:3186:2048_1920x0_80_0_0_28c59bac84f88e2df172472476163c23.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
su, "azərsu" asc
Şuşa şəhərinin su təchizatı təmin edilib
Hazırda 1980-ci illərdə çəkilmiş Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 km-lik hissəsinin polad borularla dəyişdirilməsi işləri davam etdirilir.
BAKI, 6 oktyabr — Sputnik. "Azərsu" ASC Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının təmin olunması məqsədilə yeni layihə icra edir.
Bu barədə Sputnik Azərbaycan-a qurumdan məlumat verilib.
Məlumatda deyilir ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi və həyati əhəmiyyətli obyektlərin su təchizatı təmin edilib. Bunun ardınca içməli su təchizatı sistemlərinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.
Şuşa şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə layihənin birinci mərhələsi çərçivəsində magistral su kəməri və anbarların tikintisi, həmçinin şəhərdaxili şəbəkənin bir hissəsinin yenidən qurulması nəzərdə tutulur. Hazırda 1980-ci illərdə çəkilmiş Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 km-lik hissəsinin polad borularla dəyişdirilməsi işləri davam etdirilir.
Avqust ayında icrasına başlanılmış layihəyə uyğun olaraq qısa müddətdə magistral kəmər üzrə planlaşdırılan işlərin 50%-i yerinə yetirilib. İlk növbədə kəmərin Zəfər yolu və elektrik yarımstansiyasının ərazisindən keçən hissəsi inşa olunub. Hazırda magistral xəttin tikintisi mürəkkəb relyef şəraitində, texnikanın çətin hərəkət etdiyi ərazilərdə, eyni zamanda 2 nöqtədə paralel olaraq aparılır.
Qayalıq ərazidə əvvəlcə xüsusi texnikanın sərbəst hərəkəti üçün trassa salınır ki, buradan həm də gələcəkdə istismar yolu kimi istifadə olunacaq. Kəmərin keçəcəyi ərazilərdə xüsusi texnikalardan istifadə olunmaqla qayalıqlar yarılaraq xəndəklər qazılır və tikinti normalarına uyğun olaraq qumla doldurularaq hazır vəziyyətə gətirilir, sonra borular xəndəklərə yerləşdirilərək qaynaq edilir.
Texniki tələblərə uyğun olaraq hər bir qaynaq tikişi yoxlanılır, korroziyadan qorumaq üçün qaynaq edilmiş hissələr izolyasiya olunur. Gələcəkdə ərazidə qazıntı aparılacağı təqdirdə kəmərin zədələnmə risklərini nəzərə alaraq bütün marşrut boyu xəbərdaredici lentlər çəkilir.
Şuşa şəhərinin dayanıqlı su təminatı üçün layihənin birinci mərhələsində şəhər ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 su anbarı tikiləcək, şəhərdaxili şəbəkənin 6 km-lik hissəsi yenidən qurulacaq. Bu mərhələ üzrə işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Layihənin növbəti mərhələsində Baş Plana uyğun olaraq şəhərin içməli və tullantı su şəbəkələri tamamilə yenidən qurulacaq, tullantı suların optimal idarəedilməsi və təmizlənib zərərsizləşdirilməsi məqsədilə tullantı sutəmizləyici qurğu inşa ediləcək.
Gələcəkdə Şuşa şəhərində əhalinin məskunlaşması və turizmin inkişaf perspektivləri nəzərə alınaraq Zarıslı çayından alternativ su mənbəyi kimi istifadə edilməsi nəzərdən keçirilir. Bununla əlaqədar "Azərsu"yun "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutu tədqiqat və layihə işlərinə başlayıb.
İlkin qiymətləndirmələrə əsasən Zarıslı çayının məcrasında suqəbuledici qurğu, su anbarı tikiləcək, quraşdırılacaq nasos stansiyası ilə su Şuşa şəhərinə nəql olunacaq.
Xatırladaq ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra ötən il noyabrın 25-də Kiçik Kirs mənbəyindən, dekabrın 20-də isə Zarıslı mənbəyindən şəhərə içməli su verilib. Bununla paralel olaraq şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb və ötən ilin noyabr ayından etibarən şəhərdə fasiləsiz xidmət təşkil edilib.