Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qarabağda iki yeni su anbarı tikiləcək

© Sputnik / Emin AlisahibSuqovuşan su anbarı, arxiv şəkli
Suqovuşan su anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Abunə olmaq
Hazırda həmin ərazilərdə 9 su anbarı və 14 çay var. Qarabağın zəngin su ehtiyatları Azərbaycan üçün çox vacibdir.
BAKI, 29 dekabr — Sputnik. İşğaldan azad edilən ərazilərdə iki yeni su anbarı inşa ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavini bildirib ki, hazırda həmin ərazilərdə 9 su anbarı və 14 çay var:
"Qarabağın zəngin su ehtiyatları Azərbaycan üçün çox vacibdir. Həmin su ehtiyatları Qarabağın aşağı hissəsinin sudan əziyyət çəkən ərazilərində su təminatını yaxşılaşdıracaq. 11 təbii su hövzəmizin üzərində su stansiyaları quraşdırılır. Həkəri və Bərgüşad çayları üzərində yeni su anbarlarının tikilməsi planlaşdırılır. Həmin su anbarları vasitəsilə Tərtər, Füzuli, Ağdam və digər rayon əraziləri içməli su ilə təmin ediləcək".
© Photo : REPORTVüqar Kərimov, arxiv şəkli
Vüqar Kərimov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Vüqar Kərimov, arxiv şəkli
Qeyd edək ki, Qarabağ ərazisi bərpa olunan enerji resursları ilə zəngindir. Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25%-i, yəni ildə təqribən 2,560 mlrd. kubmetr su ehtiyatları bu ərazidə formalaşır.
Regionun Tərtər, Bazarçay (Bərgüşadçay), Həkəri kimi əsas çayları və digər kiçik çayları böyük su enerji potensialına malikdir. Bunların bir hissəsindən sovet dövründən istifadə olunur, lakin xeyli hissəsindən gələcəkdə istifadə etmək mümkün olacaq.
Həmçinin oxuyun:
Suqovuşan azad edildi, heç su görməyən otuz min hektar ərazi suvarıldı
Şuşa şəhərinin su təchizatı təmin edilib
Suqovuşandakı Kiçik Su Elektrik stansiyalarının açılışı olub
Xəbər lenti
0