Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kəndlilər torpaq sahələrini necə suvarır? Nazirlik su probleminin həllini açıqladı

© Photo : STPPivot Suvarma sistemləri
Pivot Suvarma sistemləri  - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Abunə olmaq
Azərbaycanın adı 2040-cı ildə quraqlıqla üzləşəcək ölkələrin siyahısında 33 ölkə arasında 18-ci yerdədir.
BAKI, 13 yanvar — Sputnik. Ölkəmizdə suvarılan torpaq sahələrinin ərazisi açıqlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanın yerüstü su ehtiyatlarının 30 faizi ölkə ərazisində, 70 faizi isə qonşu ölkələrin ərazisində formalaşır. Su balansına əsasən, yerüstü su hetiyatlarımızın həcmi 36 milyard kubmetrdir. Quraqlıq illərində rəqəm 22-24 milyard kubmetrə qədər azalır.
Onun sözlərinə görə, ölkəmizdə təxminən 1,5 milyon hektar ərazi suvarılan torpaqlardır. Suvarılan torpaqların 77,5 faizini əkin torpaqları, 8,6 faizini bağlar, 13,9 faizini isə biçənək yerləri, örüş sahələri, həyətyanı sahələr təşkil edir:
Vüqar Hüseynovun sözlərinə görə, yağıntıların az olduğu illərdə fermerlər suvarma ilə bağlı ciddi çətinliklərlə üzləşirlər, xüsusilə də əkin yerlərinin suvarılmasında ciddi probemlər yaranır. Bu isə bitkilərə düzgün aqrotexniki qulluq etməyə imkan vermir, nəticədə məhsuldarlıq aşağı düşür.
"Son illər kənd təsərrüfatı istehsalçıları kəskin quraqlıqla müşahidə olunan, qışı mülayim keçən təsərrüfat mövsümlərini yaşayırlar. Aparılan müşahidələrə görə, havanın orta temperaturu son illərdə 0,8-1,8 dərəcə artıb, atmosfer yağıntılarının miqdarı isə orta hesabla 8%-10% azalıb", - Hüseynov deyib.
O əlavə edib ki, ölkəmizdə əkinçilik sahəsinin böyük qisminin, yəni payızlıq əkinlərin vegetasiya dövründə quraqlıq daha kəskin hal alır ki, dəmyə əkinçilik ənənələrinə ciddi fəsad törətməklə yanaşı, daha çox məhsul istehsal etməyə mane olur.
"İqlim dəyişmələri ilə əlaqədar Beynəlxalq Təbii Resurslar İnstitutu 2040-cı ildə quraqlıqla üzləşəcək ölkələrin siyahısını tərtib edib. 33 ölkənin adı keçən siyahıda Azərbaycan 18-ci yerdədir. Mövcud vəziyyət torpaq su resurslarının deqradasiyasına şərait yaradır", - KTN rəsmisi deyib.
O əlavə edib ki, kənd təsərrüfatında müasir suvarma sistemlərindən istifadənin genişləndirilməsi qaçılmazdır:
"Kənd Təsərrüfatı Nazirliyi bunu daim diqqət mərkəzində saxlayır. Bilirsiniz ki, dövlət müasir suvarma sistemlərindən istifadəni stimullaşdırır, artıq təsərrüfatlarda quraşdırılan damcı sulama, digər müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödənilir. Eyni zamanda, fermerlər bu ildən suvarma sistemlərinin quraşdırılmasına görə ödənişləri "Fermer kartı"na köçürülmüş subsidiya məbləği hesabına nağdsız şəkildə ödəyə biləcəklər".
Vüqar Hüseynovun sözlərinə görə, bu sahəyə dövlət dəstəyinin genişlənməsi nəticə etibarilə təsərrüfatlarda müasir suvarma sistemlərinin quraşdırılmasına marağı artırıb.
Xəbər lenti
0