https://sputnik.az/20220109/aziz-sancarin-telebesi-ozumu-hele-yolun-baslangicinda-hiss-edirem-437851057.html
Aziz Sancarın tələbəsi: Özümü hələ yolun başlanğıcında hiss edirəm
Aziz Sancarın tələbəsi: Özümü hələ yolun başlanğıcında hiss edirəm
Sputnik Azərbaycan
Tütün məhsullarının tərkibindəki genetoksik maddələr bilavasitə DNT-nin zədələnməsinə və xərçəngin yaranmasına səbəb olur.
2022-01-09T13:00+0400
2022-01-09T13:00+0400
2022-01-09T13:00+0400
alim
cəmiyyət
xəstəlik
ərzaq
xərçəng
qida
aziz sancar
dnt
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1d/437711046_0:0:2048:1152_1920x0_80_0_0_84c0a2be77c3312bff59677ef56821e8.jpg
BAKI, 9 yanvar — Sputnik. Bir neçə həftə öncə dünyaca məşhur türk alim Aziz Sancar Azərbaycana səfər etdi. Alimin media mənsublarının müxtəlif suallarını cavablandırdığı görüş Aziz Sancarın azərbaycanlı tələbəsi və laborantı olan Xaqani Eynullazadə haqda səsləndirdiyi fikirlərlə də yadda qaldı. O çıxışında bildirib ki, bəzən bir elmi məqalələnin hazırlanması 10 ilə yaxın zaman alsa da, Xaqani Eynullazadə iki il ərzində iki böyük elmi məqaləni təqdim edib.Sputnik Azərbaycan ölkəmizdən çox uzaqda yaşayan Xaqani Eynullzadə ilə həmsöhbət olub.- Xaqani Eynullzadə... Artıq bir neçə həftədir ki, bu ad Azərbaycanda məşhurlaşıb. Dünyaca məşhur alimin dilindən azərbaycanlı tələbəsi haqda sözlər eşitmək qürurverici idi. Sizi daha yaxından tanımaq istəyirik.- 1991-ci ildə Cəlilabad rayonunda anadan olmuşam. Orta təhsilimi Cəlilabad rayon 7 saylı orta məktəbdə almışam. Məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Tibbi Biologiya fakültəsində təhsil almışam. Daha sonra, Azərbaycan Təhsil Nazirliyinin "2007-2015 Xaricdə Təhsil" təqaüd programı çərçivəsində Şotlandiyanın Qlazqo Universitetində Tibbi Genetika üzrə magistratura təhsili alıb, xaricdə təhsilimi bitiridikdən sonra Vətənə qayıtdım. Azərbaycan Milli Elmlər Akademiyasının, Genetik Ehtiyatlar İnstitutunda elmi işçi kimi çalışmağa başladım və xaricdə eyni ixtisas üzrə təhsil almış bir neçə gənclə birlikdə Azərbaycanda ilk İnsan Genetikası tədqiqat laboratoriyasının qurulmağında iştirak etdim. 2018-2019-cu illərdə Nobel Mükafatı laureatı, professor Aziz Sancarın laboratoriyasında elmi işçi kimi tədqiqatlarda iştirak etdim. Hazırda isə Viskonzin Universitetində doktorantura təhsili alıram.- Maraqlıdır, dünya şöhrətli alimlə necə əlaqə qura bildiz?- Genetik Ehtiyatlar İnstitutunda çalışarkən Aziz Sancara e-mail göndərərək onun laboratoriyasında çalışmaq istədiyimi bildirdim. O da bu istəyimi müsbət cavablandırdı. Bir müddət e-mail vasitəsi ilə söhbət etdikdən sonra özünün təyin etdiyi bir şəxslə müsahibə xarakterli bir görüşümüz oldu. Görüşdən sonra artıq məni öz laboratoriyasında işləməyə dəvət etdi.Aziz Sancarın laboratoriyasında elmi tədqiqatlar iki əsas mövzu üzərində aparılır: DNT təmiri və bioloji ritm. Xatırladım ki, alim Aziz Sancar ultrabənövşəyi şüaların təsiri nəticəsində hüceyrənin DNT-sində yaranan zədələri aradan qaldıran mürəkkəb bioloji prosesin bütün mərhələrini və bu prosesdə iştirak edən proteinləri dəqiqliklə öyrəndiyinə görə 2015-ci ildə Nobel mükafatına layiq görülüb. Nobel mükafatından əvvəl də görkəmli alim apardığı elmi işlərlə əlaqədar olaraq onlarla fərqli mükafata layiq görülüb.2018-2019-cu illərdə, professor Aziz Sancarın laboratoriyasında çalışdığım müddətdə iki fərqli elmi tədqiqat layihəsində iştirak etdim. Üzərində çalışdığım əsas layihə DNT-təmir prosesi ilə bağlı idi. Proyektin məqsədi xüsusi proteinlərin DNT-də baş vermiş müxtəlif tipli zədələrin təmirində necə iştirak etdiyini öyrənmək idi. Bunun üçün, son dövrlərdə biologiya elmindəki ən böyük kəşflərdən biri olan və molekulyar dəqiqliklə DNT-də istənilən dəyişikliyi etməyə icazə verən "Crispr-Cas9" texnologiyasıdan istifadə edərək fəaliyyətini öyrənmək istədiyimiz proteinləri kodlaşdıran genləri susdurduqdan sonra hüceyrədə baş verən DNT təmir prosesinin bütün genom üzrə fəaliyyətini öyrənir və fərqli proteinlərin iştirakı olmaqıdqa təmir prosesinin necə dəyişdiyini müqayisə edirdik. Bu tədqiqatdan aldığımız nəticələri hələ dərc etdirməmişik.- İstəyərdim bioloji saat haqda bir qədər ətraflı məlumat verəsiniz- Professor, alim Aziz Sancarın laboratoriyası bioloji saatla (circadian clock) bağlı da önəmli kəşflərə imza atıb. Bioloji saat dedikdə orqanizmdə bioloji proseslərin dövrü olaraq müəyyən bir ritmlə baş verməsi nəzərdə tutulur. İnsanın bioloji saatına bir sıra xarici və daxili amillər təsir edir. Əsas xarici amillər işıq və qidalanma hesab olunur. Ona görə də günün vaxtından və qidalanma tərzindən asılı olaraq genlərin fəaliyyəti də fərqli olur. Professor Aziz Sancarın laboratoriyası bioloji saatı idarə edən molekulyar mexanizmləri və DNT təmir prosesi ilə bu mexanizmlərin qarşılıqı əlaqəsini öyrənməklə məşğuldur. Bu istiqamətdə aparılan tədqiqatların əsas məqsədlərindən biri də xərçəng hüceyrələrində təmir prosesinin necə baş verdiyini, bu prosesə bioloji saatın fəaliyyətinin necə təsir etdiyini öyrənmək və bundan istifadə edərək xərçəngin müalicəsini yaxşılaşdırmaqdan ibarətdir. Mən professor Aziz Sancarın laboratoriyasında olduğum müddətdə həm də bu istiqamətdə aparılan tədqiqatlarda iştirak etmişdim. Bu tədqiqatlardan aldığımız nəticələrin bir hissəsi artıq Amerika Milli Elmlər Akademiyasının elmi jurnalında (Proceedings of the National Academy of Sciences) dərc edilib. Həmmüəllifi olduğum bir elmi məqalə artıq dərc edilib. Digər məqaləni isə işlərin gedişindən asılı olaraq, yaxın zamanda dərc etməyi planlaşdırırıq.- Aziz Sancar sizə nə qazandırdı?- Professor Aziz Sancarla birlikdə çalışmaq mənə həm professional, həm də şəxsi həyatımda çox böyük nailiyyətlər qazandırıb. Öz sahəsində Nobel mükafatı almış şəxsin elmi tədqiqat qrupunda çalışmağımın professional inkişafıma böyük töhfəsi oldu. Əvvələr fərqli laboratoriyalarda müəyyən tədqiqatlarda iştirak etsəm də, bu mənim tədqiqat prosesidə ilk dəfə olaraq uzun müddətli iştirakım idi. Ən əsası da böyük bir elmi işin əsas aparıcısı idim. Bu müddət ərzində genom redaktə, yeni nəsil "sekvensləmə" kimi müasir bioloji metodlarla işləmək fürsətim oldu və faydalı təcrübələr qazandım. Bütün bunlar elmi tədqiqatçı kimi formalaşmağımda çox vacib rol oynayıb. Professor Aziz Sancarla işlədiyim dövrdə bütün qazandığım təcrübələr və özünün şəxsən mənim haqqımda yazdığı tövsiyə məktubu sayəsində, hazırda doktorantura təhsili aldığım Amerikanın ən yaxşı tədqiqat mərkəzlərindən biri sayılan Wisconsin Universitetinə qəbul oldum. Bütün bunlardan əlavə Professor Aziz Sancarla şəxsən ünsiyyətdə olmaq həyatımda müsbət mənada dərin iz buraxıb. Onun nə qədər böyük alim olduğunu şərh etməyə ehtiyac yoxdur, amma onu şəxsən tanımaq həm də onun nə qədər uca şəxsiyyət olduğunu görməyimə səbəb oldu. Bütün elmi naliyyətlərinə baxmayaraq necə təvazökar insan olduğunu, laboratoriyasına dünən qoşulmuş tələbədən yanında 30 ildir çalışan digər professorlara qədər hər kəsə qarşı diqqətli olduğunu və çox hörmət etdiyini, çox məşğul olsa da hər dəfə otağına daxil olub sual verəndə diqqətlə dinlədiyini və sualını ətraflı cavablandırdığını, hər fürsətdə yardımını və sevgisini əsirgəmədiyini görmək insanın şəxsi keyfiyyətlərinin artmasına səbəb olur. Belə bir alim və şəxsiyyətlə xatirələrim olduğuna görə özümü çox xoşbəxt hiss edirəm.- Nailiyyətləriniz haqda ətraflı danışmağınızı istərdik.- Hazırda çalışdığm laboratoriyalar Molekulyar Biologiya və Genetika sahəsinin daha müasir problemlərini həll etməyə çalışır. Həyata keçirdiyimiz elmi işlərin əsas məqsədi hüceyrə statusunun qorunması, hüceyrələrin normal inkişaf prosesi və ya xəstəliklər zamanı başqa hüceyrə tiplərinə çevrilməsi kimi prosesləri həyata keçirən və onlarla hətta yüzlərlə genin qarşılıqı əlaqəsindən ortaya çıxan gen şəbəkələrinin öyrənilməsidir. Bunun üçün eksperimental biologiyanın müasir metodları ilə yanaşı həm də hesablama biologiyasının "Machine Learning"ə əsaslanan metodlarından istifadə edirik. Bu istiqamətdə müəyyən nəticələr əldə etmişik və tədqiqatlarımız bir neçə istiqamətdə davam edir.Doktorantura təhsilimə başlamazdan əvvəl də Azərbaycan, Türkiyə və Amerikada fərqli laboraroriyalarda müxtəlif elmi işlərin aparılmasında iştirak etmişəm. Amma hələ özümü bu yolun başlanğıcında hiss edirəm və elmə nəsə töhfə verdiyimi iddia etmək üçün erkən olduğunu düşünürəm.- İnsan anatomiyası, genetikasını araşdırmaqla bitirmək olmaz. Maraqlıdır, biz nələri bilmirik, nələri səhv bilirik?- Genetika elmi son dövrlərin ən sürətlə inkişaf edən elmlərindən biridir. Bu elmin inkişaf mərhələlərinə baxdıqda ən önəmli mərhələlərdən birinin 1990-2003 illər arası həyata keçirilən İnsan Genomu Layihəsinin olduğunu demək olar. Bu layihənin əsas hədəfi ilk dəfə olaraq insanın bütün genomunu sekvensləmək, yəni insan DNT-sindəki genetik kod kimi bilinən nukleotidlərin düzülmə ardıcıllığını öyrənməkdən ibarət idi. Bu dövrlərdə alimlər düşünürdülər ki, artıq DNT zəncirindəki bütün nukleotid ardıcıllığını öyrəndikdən sonra hüceyrədəki bütün bioloji proseslər aydın olacaq və bütün xəstəliklərin müalicəsi tapılacaq. Halbuki, bu baş vermədi. İnsan DNT-sinin ardıcıllığının öyrənilməsi genetika elmində böyük sıçrayışa səbəb oldu. Alimlər yeni genləri, onların funksiyasını kəşf etməyə və xəstəliklərlə genlər arasındakı əlaqələri öyrənməyə başladılar. Amma elmin daha da inkişaf etməsi və bu sahədə edilən sonrakı kəşflər onu göstərdi ki, hüceyrə daxilində bioloji informasiya təkcə DNT-dəki nukleotidlərin ardıcılığı şəklində yox, həm də başqa bir neçə fərqli formada kodlanır və hər hansı bioloji prosesin idarə edilməsi və ya xəstəliyin əmələ gəlməsi düşünüldüyündən daha da mürəkkəb prosesdir.Aparılan tədqiqatlar göstərdi ki genlərin bioloji proseslərdəki rolu onların nukleotid ardıcılığından əlavə həm də onların nə qədər aktiv fəaliyyətə olub olmamağından da asılıdlır. Genlərin fəaliyyəti isə, DNT-nin hansı hissəsində yerləşməsi, DNT-nin xromosom şəklində necə paketlənməsi, başqa genlərin fəaliyyəti, DNT-ni fəaliyyətinə nəzarətinə edən hansı əlavə molekulların genin ətrafında movcud olması və daha bir sıra faktorlardan asılıdır. Adi gözlə görünməsi mümkün olmayan, mikroskopik ölçüdəki hüceyrənin bütün fəaliyyəti hər saniyə aktivliyi dinamik şəkildə tənzimlənən on minlərlə genin fəaliyyəti nəticəsində ortaya çıxan yüz minlərlə proteinin bir-biri ilə spesifik əlaqələr quraraq cox mərhələli prosesləri dəqiqliklə idarə etməsinin nəticəsdir. Bütün bunlar bioloji proseslərin əslində nə qədər mürəkkəb olduğunu göstərir. Buna görə də son dövrlərdən molekulyar biologiya elmini sürətli inkişaf etməsinə və bu sahədə genomu redaktə, tək hüceyrə səviyyəsində sekvensləmə, süni intellektin bioloji dataların analizinə tətbiqi kimi yeni texnologiyaların ortaya çıxmasına baxmayaraq biologiya elmi hələ də çox az öyrənilmiş elm sahələrindən sayılır.- Sağlamlıq üçün nələrə diqqət etməliyik?- Genetik dəyişiklər bir çox xəstəliklərə bilavasitə səbəb ola və ya meyillilik yarada bilər. Ayrı-ayrı xəstəliklərin yaranmasında fərqli gen qrupları iştirak edə bilər. Bu mövzuya umumi yanaşdıqda isə xərçəng, "neyrodegenerative" və s kimi geniş yayılmış bir sıra xəstəliklərin yaranması genomun stabilliyinin pozulması ilə əlaqələndirilir. Genom dedikdə orqanizmin bütün DNT materialı, stabilliyin pozulması dedikdə isə mutasiyalar nəticəsində DNT-nin nukleotid ardıcıllığının pozulması nəzərdə tutulur. Mutasiyaların əmələ gəlməsinə bir sıra faktorlar səbəb ola bilər ki, bunlar xarici və daxili faktorlara bölünür. Daxili faktorlar bioloji proseslərin nəticəsidir. Məsələn, hüceryələr çoxalan zaman, yeni yaranan hüceyrələrə genetik materialın ötürülməsi üçün ana hüceyrənin DNT-sindən yeni DNT molekulu sintez edilir. Bu proses həyata keçirən enzimlər çoxdəqiq olsa da (təxminən hər bir milyarda nukleotiddə bir xəta), bəzən xətaya yol verir və hüceyrə həyatı boyu dəfələrlə bölünməyə məruz qaldığına görə DNT molekulunda mutasiyalar tədricən artır. Daxili faktorlara başqa bir misal kimi, metabolik proseslər zamanı əmələ gələn və DNT-ni zədələyən molekulları göstərmək olar. Məsələn, hüceyrədə gedən biokimyəvi proseslərin yan məhsulları olan reaktiv oksigen radikalları DNT moluklunun zədələnməsinə və mutasiyaların meydana gəlməsinə səbə olur. Mutasiyalara səbəb olan xarici faktorlar isə bilavasitə bizim həyat tərzimizlə əlaqəlidir. Günədlik həyatda istifadə edilən bir sıra məhsulların tərkibində genotoksik, yəni bilavasitə DNT-ni zədələyən maddələr mövcuddur. Məsələn tütün və spirtli içkilər bunlara ən bariz nümunə olar bilər. Tütün məhsullarının tərkibindəki genetoksik maddələr bilavasitə DNT-nin zədələnməsinə və xərçəngin yaranmasına səbəb olur. Bu məhsullardan istifadə etmək ağciyər xərçənginin yaranmasında bir nömrəli risk faktoru hesab edilir və digər xərçəng növlərinə də səbəb olduğu bilinir. Spirtli məhsulların orqanizmdə metabolizmi zamanı əmələ gələn asetaldehid DNT molekulunda bir sıra zədələnmələrə səbəb olduğu artıq elmə çoxdan məlumdur. Bunlardan əlavə istifadə etdiyimiz bəzi qida məhsullarının da tərkibində belə maddələrə rast gəlmək olar.- Qida məhsullarının istifadə müddətini artırmaq üçün müəyyən maddələrin onun tərkibinə əlavəsi necə, xərçəng riskini artırırmı?- Qida məhsullarının istifadə müddətini artırmaq, dadını və ya görüntüsünü dəyişmək üçün istehsal zamanı istifadə edilən bəzi kimyəvi maddələrin xərçəngə səbəb olduğu artıq məlumdur. Bunlardan əlavə, istifadə edilən bəzi şəxsi təmizlik vasitələrinin və kosmetik məshulların da tərkibində xərçəngə səbəb olan maddələrə rast gəlmək mümkündür. Bütün bunlardan tamamilə qorunmaq mümkün olmasa da, zərərli vərdişlərdən uzaq durmaqla və tərkibində xərçəngə səbəb olan qida və digər məhsullardan istifadəni mümkün olduğu qədər azaltmaqla DNT-ni zədələyən maddələrdən yayına bilərik.Həmçinin oxuyun:Onkoloji xəstələrin dərman problemi - həm qiyməti bahalaşıb, həm də...Azərbaycanda onkoloji xəstələrin sayı niyə artır?Koronavirusun mənşəyi ilə bağlı Nobel mükafatçısından rəy - Bunu söyləyən cahildirElm adamlarına imkanlar yaradılmalıdır - Nobel mükafatı laureatıErkən mərhələdə mədə xərçəngi tam müalicə oluna bilər - EkspertXərçəng xəstəliyinə qarşı "super məhsulun" adı açıqlanıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1d/437711046_256:0:1792:1152_1920x0_80_0_0_8fef85007172e168159b5ea262e62d56.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aziz sancarın azərbaycanlı tələbəsi: özümü hələ yolun başlanğıcında hiss edirəm
aziz sancarın azərbaycanlı tələbəsi: özümü hələ yolun başlanğıcında hiss edirəm
Aziz Sancarın tələbəsi: Özümü hələ yolun başlanğıcında hiss edirəm
Xaqani Eynullazadə: Günədlik həyatda istifadə edilən bir sıra məhsulların tərkibində genotoksik, yəni bilavasitə DNT-ni zədələyən maddələr mövcuddur.
BAKI, 9 yanvar — Sputnik. Bir neçə həftə öncə dünyaca məşhur türk alim Aziz Sancar Azərbaycana səfər etdi. Alimin media mənsublarının müxtəlif suallarını cavablandırdığı görüş Aziz Sancarın azərbaycanlı tələbəsi və laborantı olan Xaqani Eynullazadə haqda səsləndirdiyi fikirlərlə də yadda qaldı. O çıxışında bildirib ki, bəzən bir elmi məqalələnin hazırlanması 10 ilə yaxın zaman alsa da, Xaqani Eynullazadə iki il ərzində iki böyük elmi məqaləni təqdim edib.
Sputnik Azərbaycan ölkəmizdən çox uzaqda yaşayan Xaqani Eynullzadə ilə həmsöhbət olub.
- Xaqani Eynullzadə... Artıq bir neçə həftədir ki, bu ad Azərbaycanda məşhurlaşıb. Dünyaca məşhur alimin dilindən azərbaycanlı tələbəsi haqda sözlər eşitmək qürurverici idi. Sizi daha yaxından tanımaq istəyirik.
- 1991-ci ildə Cəlilabad rayonunda anadan olmuşam. Orta təhsilimi Cəlilabad rayon 7 saylı orta məktəbdə almışam. Məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Tibbi Biologiya fakültəsində təhsil almışam. Daha sonra, Azərbaycan Təhsil Nazirliyinin "2007-2015 Xaricdə Təhsil" təqaüd programı çərçivəsində Şotlandiyanın Qlazqo Universitetində Tibbi Genetika üzrə magistratura təhsili alıb, xaricdə təhsilimi bitiridikdən sonra Vətənə qayıtdım. Azərbaycan Milli Elmlər Akademiyasının, Genetik Ehtiyatlar İnstitutunda elmi işçi kimi çalışmağa başladım və xaricdə eyni ixtisas üzrə təhsil almış bir neçə gənclə birlikdə Azərbaycanda ilk İnsan Genetikası tədqiqat laboratoriyasının qurulmağında iştirak etdim. 2018-2019-cu illərdə Nobel Mükafatı laureatı, professor Aziz Sancarın laboratoriyasında elmi işçi kimi tədqiqatlarda iştirak etdim. Hazırda isə Viskonzin Universitetində doktorantura təhsili alıram.
- Maraqlıdır, dünya şöhrətli alimlə necə əlaqə qura bildiz?
- Genetik Ehtiyatlar İnstitutunda çalışarkən Aziz Sancara e-mail göndərərək onun laboratoriyasında çalışmaq istədiyimi bildirdim. O da bu istəyimi müsbət cavablandırdı. Bir müddət e-mail vasitəsi ilə söhbət etdikdən sonra özünün təyin etdiyi bir şəxslə müsahibə xarakterli bir görüşümüz oldu. Görüşdən sonra artıq məni öz laboratoriyasında işləməyə dəvət etdi.
Aziz Sancarın laboratoriyasında elmi tədqiqatlar iki əsas mövzu üzərində aparılır: DNT təmiri və bioloji ritm. Xatırladım ki, alim Aziz Sancar ultrabənövşəyi şüaların təsiri nəticəsində hüceyrənin DNT-sində yaranan zədələri aradan qaldıran mürəkkəb bioloji prosesin bütün mərhələrini və bu prosesdə iştirak edən proteinləri dəqiqliklə öyrəndiyinə görə 2015-ci ildə Nobel mükafatına layiq görülüb. Nobel mükafatından əvvəl də görkəmli alim apardığı elmi işlərlə əlaqədar olaraq onlarla fərqli mükafata layiq görülüb.
2018-2019-cu illərdə, professor Aziz Sancarın laboratoriyasında çalışdığım müddətdə iki fərqli elmi tədqiqat layihəsində iştirak etdim. Üzərində çalışdığım əsas layihə DNT-təmir prosesi ilə bağlı idi. Proyektin məqsədi xüsusi proteinlərin DNT-də baş vermiş müxtəlif tipli zədələrin təmirində necə iştirak etdiyini öyrənmək idi. Bunun üçün, son dövrlərdə biologiya elmindəki ən böyük kəşflərdən biri olan və molekulyar dəqiqliklə DNT-də istənilən dəyişikliyi etməyə icazə verən "Crispr-Cas9" texnologiyasıdan istifadə edərək fəaliyyətini öyrənmək istədiyimiz proteinləri kodlaşdıran genləri susdurduqdan sonra hüceyrədə baş verən DNT təmir prosesinin bütün genom üzrə fəaliyyətini öyrənir və fərqli proteinlərin iştirakı olmaqıdqa təmir prosesinin necə dəyişdiyini müqayisə edirdik. Bu tədqiqatdan aldığımız nəticələri hələ dərc etdirməmişik.
- İstəyərdim bioloji saat haqda bir qədər ətraflı məlumat verəsiniz
- Professor, alim Aziz Sancarın laboratoriyası bioloji saatla (circadian clock) bağlı da önəmli kəşflərə imza atıb. Bioloji saat dedikdə orqanizmdə bioloji proseslərin dövrü olaraq müəyyən bir ritmlə baş verməsi nəzərdə tutulur. İnsanın bioloji saatına bir sıra xarici və daxili amillər təsir edir. Əsas xarici amillər işıq və qidalanma hesab olunur. Ona görə də günün vaxtından və qidalanma tərzindən asılı olaraq genlərin fəaliyyəti də fərqli olur. Professor Aziz Sancarın laboratoriyası bioloji saatı idarə edən molekulyar mexanizmləri və DNT təmir prosesi ilə bu mexanizmlərin qarşılıqı əlaqəsini öyrənməklə məşğuldur. Bu istiqamətdə aparılan tədqiqatların əsas məqsədlərindən biri də xərçəng hüceyrələrində təmir prosesinin necə baş verdiyini, bu prosesə bioloji saatın fəaliyyətinin necə təsir etdiyini öyrənmək və bundan istifadə edərək xərçəngin müalicəsini yaxşılaşdırmaqdan ibarətdir. Mən professor Aziz Sancarın laboratoriyasında olduğum müddətdə həm də bu istiqamətdə aparılan tədqiqatlarda iştirak etmişdim. Bu tədqiqatlardan aldığımız nəticələrin bir hissəsi artıq Amerika Milli Elmlər Akademiyasının elmi jurnalında (Proceedings of the National Academy of Sciences) dərc edilib. Həmmüəllifi olduğum bir elmi məqalə artıq dərc edilib. Digər məqaləni isə işlərin gedişindən asılı olaraq, yaxın zamanda dərc etməyi planlaşdırırıq.
- Aziz Sancar sizə nə qazandırdı?
- Professor Aziz Sancarla birlikdə çalışmaq mənə həm professional, həm də şəxsi həyatımda çox böyük nailiyyətlər qazandırıb. Öz sahəsində Nobel mükafatı almış şəxsin elmi tədqiqat qrupunda çalışmağımın professional inkişafıma böyük töhfəsi oldu. Əvvələr fərqli laboratoriyalarda müəyyən tədqiqatlarda iştirak etsəm də, bu mənim tədqiqat prosesidə ilk dəfə olaraq uzun müddətli iştirakım idi. Ən əsası da böyük bir elmi işin əsas aparıcısı idim. Bu müddət ərzində genom redaktə, yeni nəsil "sekvensləmə" kimi müasir bioloji metodlarla işləmək fürsətim oldu və faydalı təcrübələr qazandım. Bütün bunlar elmi tədqiqatçı kimi formalaşmağımda çox vacib rol oynayıb. Professor Aziz Sancarla işlədiyim dövrdə bütün qazandığım təcrübələr və özünün şəxsən mənim haqqımda yazdığı tövsiyə məktubu sayəsində, hazırda doktorantura təhsili aldığım Amerikanın ən yaxşı tədqiqat mərkəzlərindən biri sayılan Wisconsin Universitetinə qəbul oldum. Bütün bunlardan əlavə Professor Aziz Sancarla şəxsən ünsiyyətdə olmaq həyatımda müsbət mənada dərin iz buraxıb. Onun nə qədər böyük alim olduğunu şərh etməyə ehtiyac yoxdur, amma onu şəxsən tanımaq həm də onun nə qədər uca şəxsiyyət olduğunu görməyimə səbəb oldu. Bütün elmi naliyyətlərinə baxmayaraq necə təvazökar insan olduğunu, laboratoriyasına dünən qoşulmuş tələbədən yanında 30 ildir çalışan digər professorlara qədər hər kəsə qarşı diqqətli olduğunu və çox hörmət etdiyini, çox məşğul olsa da hər dəfə otağına daxil olub sual verəndə diqqətlə dinlədiyini və sualını ətraflı cavablandırdığını, hər fürsətdə yardımını və sevgisini əsirgəmədiyini görmək insanın şəxsi keyfiyyətlərinin artmasına səbəb olur. Belə bir alim və şəxsiyyətlə xatirələrim olduğuna görə özümü çox xoşbəxt hiss edirəm.
- Nailiyyətləriniz haqda ətraflı danışmağınızı istərdik.
- Hazırda çalışdığm laboratoriyalar Molekulyar Biologiya və Genetika sahəsinin daha müasir problemlərini həll etməyə çalışır. Həyata keçirdiyimiz elmi işlərin əsas məqsədi hüceyrə statusunun qorunması, hüceyrələrin normal inkişaf prosesi və ya xəstəliklər zamanı başqa hüceyrə tiplərinə çevrilməsi kimi prosesləri həyata keçirən və onlarla hətta yüzlərlə genin qarşılıqı əlaqəsindən ortaya çıxan gen şəbəkələrinin öyrənilməsidir. Bunun üçün eksperimental biologiyanın müasir metodları ilə yanaşı həm də hesablama biologiyasının "Machine Learning"ə əsaslanan metodlarından istifadə edirik. Bu istiqamətdə müəyyən nəticələr əldə etmişik və tədqiqatlarımız bir neçə istiqamətdə davam edir.
Doktorantura təhsilimə başlamazdan əvvəl də Azərbaycan, Türkiyə və Amerikada fərqli laboraroriyalarda müxtəlif elmi işlərin aparılmasında iştirak etmişəm. Amma hələ özümü bu yolun başlanğıcında hiss edirəm və elmə nəsə töhfə verdiyimi iddia etmək üçün erkən olduğunu düşünürəm.
- İnsan anatomiyası, genetikasını araşdırmaqla bitirmək olmaz. Maraqlıdır, biz nələri bilmirik, nələri səhv bilirik?
- Genetika elmi son dövrlərin ən sürətlə inkişaf edən elmlərindən biridir. Bu elmin inkişaf mərhələlərinə baxdıqda ən önəmli mərhələlərdən birinin 1990-2003 illər arası həyata keçirilən İnsan Genomu Layihəsinin olduğunu demək olar. Bu layihənin əsas hədəfi ilk dəfə olaraq insanın bütün genomunu sekvensləmək, yəni insan DNT-sindəki genetik kod kimi bilinən nukleotidlərin düzülmə ardıcıllığını öyrənməkdən ibarət idi. Bu dövrlərdə alimlər düşünürdülər ki, artıq DNT zəncirindəki bütün nukleotid ardıcıllığını öyrəndikdən sonra hüceyrədəki bütün bioloji proseslər aydın olacaq və bütün xəstəliklərin müalicəsi tapılacaq. Halbuki, bu baş vermədi. İnsan DNT-sinin ardıcıllığının öyrənilməsi genetika elmində böyük sıçrayışa səbəb oldu. Alimlər yeni genləri, onların funksiyasını kəşf etməyə və xəstəliklərlə genlər arasındakı əlaqələri öyrənməyə başladılar. Amma elmin daha da inkişaf etməsi və bu sahədə edilən sonrakı kəşflər onu göstərdi ki, hüceyrə daxilində bioloji informasiya təkcə DNT-dəki nukleotidlərin ardıcılığı şəklində yox, həm də başqa bir neçə fərqli formada kodlanır və hər hansı bioloji prosesin idarə edilməsi və ya xəstəliyin əmələ gəlməsi düşünüldüyündən daha da mürəkkəb prosesdir.
Aparılan tədqiqatlar göstərdi ki genlərin bioloji proseslərdəki rolu onların nukleotid ardıcılığından əlavə həm də onların nə qədər aktiv fəaliyyətə olub olmamağından da asılıdlır. Genlərin fəaliyyəti isə, DNT-nin hansı hissəsində yerləşməsi, DNT-nin xromosom şəklində necə paketlənməsi, başqa genlərin fəaliyyəti, DNT-ni fəaliyyətinə nəzarətinə edən hansı əlavə molekulların genin ətrafında movcud olması və daha bir sıra faktorlardan asılıdır. Adi gözlə görünməsi mümkün olmayan, mikroskopik ölçüdəki hüceyrənin bütün fəaliyyəti hər saniyə aktivliyi dinamik şəkildə tənzimlənən on minlərlə genin fəaliyyəti nəticəsində ortaya çıxan yüz minlərlə proteinin bir-biri ilə spesifik əlaqələr quraraq cox mərhələli prosesləri dəqiqliklə idarə etməsinin nəticəsdir. Bütün bunlar bioloji proseslərin əslində nə qədər mürəkkəb olduğunu göstərir. Buna görə də son dövrlərdən molekulyar biologiya elmini sürətli inkişaf etməsinə və bu sahədə genomu redaktə, tək hüceyrə səviyyəsində sekvensləmə, süni intellektin bioloji dataların analizinə tətbiqi kimi yeni texnologiyaların ortaya çıxmasına baxmayaraq biologiya elmi hələ də çox az öyrənilmiş elm sahələrindən sayılır.
- Sağlamlıq üçün nələrə diqqət etməliyik?
- Genetik dəyişiklər bir çox xəstəliklərə bilavasitə səbəb ola və ya meyillilik yarada bilər. Ayrı-ayrı xəstəliklərin yaranmasında fərqli gen qrupları iştirak edə bilər. Bu mövzuya umumi yanaşdıqda isə xərçəng, "neyrodegenerative" və s kimi geniş yayılmış bir sıra xəstəliklərin yaranması genomun stabilliyinin pozulması ilə əlaqələndirilir. Genom dedikdə orqanizmin bütün DNT materialı, stabilliyin pozulması dedikdə isə mutasiyalar nəticəsində DNT-nin nukleotid ardıcıllığının pozulması nəzərdə tutulur. Mutasiyaların əmələ gəlməsinə bir sıra faktorlar səbəb ola bilər ki, bunlar xarici və daxili faktorlara bölünür. Daxili faktorlar bioloji proseslərin nəticəsidir. Məsələn, hüceryələr çoxalan zaman, yeni yaranan hüceyrələrə genetik materialın ötürülməsi üçün ana hüceyrənin DNT-sindən yeni DNT molekulu sintez edilir. Bu proses həyata keçirən enzimlər çoxdəqiq olsa da (təxminən hər bir milyarda nukleotiddə bir xəta), bəzən xətaya yol verir və hüceyrə həyatı boyu dəfələrlə bölünməyə məruz qaldığına görə DNT molekulunda mutasiyalar tədricən artır. Daxili faktorlara başqa bir misal kimi, metabolik proseslər zamanı əmələ gələn və DNT-ni zədələyən molekulları göstərmək olar. Məsələn, hüceyrədə gedən biokimyəvi proseslərin yan məhsulları olan reaktiv oksigen radikalları DNT moluklunun zədələnməsinə və mutasiyaların meydana gəlməsinə səbə olur. Mutasiyalara səbəb olan xarici faktorlar isə bilavasitə bizim həyat tərzimizlə əlaqəlidir. Günədlik həyatda istifadə edilən bir sıra məhsulların tərkibində genotoksik, yəni bilavasitə DNT-ni zədələyən maddələr mövcuddur. Məsələn tütün və spirtli içkilər bunlara ən bariz nümunə olar bilər. Tütün məhsullarının tərkibindəki genetoksik maddələr bilavasitə DNT-nin zədələnməsinə və xərçəngin yaranmasına səbəb olur. Bu məhsullardan istifadə etmək ağciyər xərçənginin yaranmasında bir nömrəli risk faktoru hesab edilir və digər xərçəng növlərinə də səbəb olduğu bilinir. Spirtli məhsulların orqanizmdə metabolizmi zamanı əmələ gələn asetaldehid DNT molekulunda bir sıra zədələnmələrə səbəb olduğu artıq elmə çoxdan məlumdur. Bunlardan əlavə istifadə etdiyimiz bəzi qida məhsullarının da tərkibində belə maddələrə rast gəlmək olar.
- Qida məhsullarının istifadə müddətini artırmaq üçün müəyyən maddələrin onun tərkibinə əlavəsi necə, xərçəng riskini artırırmı?
- Qida məhsullarının istifadə müddətini artırmaq, dadını və ya görüntüsünü dəyişmək üçün istehsal zamanı istifadə edilən bəzi kimyəvi maddələrin xərçəngə səbəb olduğu artıq məlumdur. Bunlardan əlavə, istifadə edilən bəzi şəxsi təmizlik vasitələrinin və kosmetik məshulların da tərkibində xərçəngə səbəb olan maddələrə rast gəlmək mümkündür. Bütün bunlardan tamamilə qorunmaq mümkün olmasa da, zərərli vərdişlərdən uzaq durmaqla və tərkibində xərçəngə səbəb olan qida və digər məhsullardan istifadəni mümkün olduğu qədər azaltmaqla DNT-ni zədələyən maddələrdən yayına bilərik.