Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Onkoloji xəstələrin dərman problemi - həm qiyməti bahalaşıb, həm də...

© Depositphotos.com / Expsycholog.gmail.comGənc qız övladı ilə birgə pəncərənin yanında, arxiv şəkli
Gənc qız övladı ilə birgə pəncərənin yanında, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Abunə olmaq
Xərçəng xəstəsi bildirib ki, illər əvvəl "Tamoksifen" dərmanını 8 manata alsa da, bir il öncə qiyməti 75 manata qalxıb. Hazırda isə satışda 85 manatdır.
BAKI, 16 noyabr — Sputnik. Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin Komitə iclasında onkoloji xəstələr üçün dərman çatışmazlığı probleminə toxunub. Ə. Əmiraslanov bildirib ki, onkoloji xəstəliklərin müalicəsi üçün Azərbaycana ən müasir aparatlar gətirilib, ancaq dərmanlarla bağlı ölkədə problemlər var: "Dərman olmadan onkoloji xəstələri müalicə etmək çətindir. Ola bilər ki, kimlərsə o dərmanları gətirir, amma bunu görmürük".
Elə onkoloji xəstələr də dərman qıtlığından və müalicələrində istifadə edilən dərmanların bahalaşmasından narazılıq edir. Onkoloji xəstə Şamama Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Tamoksifen" adlı dərman preparatını tapmaqda çətinlik çəkir. Həmsöhbətimiz bildirib ki, illər əvvəl bu dərman preparatını 8 manata alsa da bir il öncə qiyməti 75 manata qalxıb. Hazırda isə satışda 85 manatdır".
Ş. Abbasova pandemiya dövründə onkoloji xəstələr üçün dərman preparatlarının çətin tapıldığını söyləyib. Onun sözlərinə görə, hazırda onkoloji xəstələrin müalicəsi üçün dövlət tərəfindən bir-iki dərman verilsə də, bahalı dərmanları və müalicə xərclərini xəstə özü ödəməli olur.
Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə onkoloji xəstələrin müalicəsi üçün dərman preparatları var və həmin dərmanlar xəstələrin müalicəsində istifadə olunur: "Ola bilər ki, pandemiya səbəbindən uçuşlar gecikdiyi üçün dərmanların gətirilməsi ləngisin. Amma o dərmanların əvəzedicisi var və onlardan istifadə edilir".
A. Kərimi həmçinin qeyd edib ki, bu gün Azərbaycanda onkoloji xəstələrin müalicəsi dünyada tətbiq edildiyi kimi, eyni protokol əsasında aparılır.
Xəbər lenti
0