https://sputnik.az/20211228/erken-merhelede-mede-xercengi-tam-mualice-oluna-biler---ekspert-437675480.html
Erkən mərhələdə mədə xərçəngi tam müalicə oluna bilər - Ekspert
Erkən mərhələdə mədə xərçəngi tam müalicə oluna bilər - Ekspert
Sputnik Azərbaycan
Mədə insanın əsas həzm aparatıdır. Qida ilə orqanizmimizə bir çox mikroblar daxil olur. Məhz mədənin turşuluğu, əridici gücü sayəsində zərərverici mikroblar məhv edilir.
2021-12-28T14:44+0400
2021-12-28T14:44+0400
2021-12-28T15:08+0400
xərçəng
cəmiyyət
həkim
qida
mədə
https://cdnn1.img.sputnik.az/img/42303/51/423035145_0:0:3071:1728_1920x0_80_0_0_202ca3ae3914c1d4c24c3579017c64d4.jpg
BAKI, 28 dekabr — Sputnik. Mədə və həzm sistemi xəstəliklərinə ilin bütün fəsillərində sıx rast gəlinir. Havalar soyuduqca isə bu şikayətlərin artdığını müşahidə edirik. İlk növbədə hava soyuduqca mədənin turşu ifrazı artır. Soyuq hava insan üçün stress faktorlarından biridir. Digər səbəb isə qışda insanların turşu tutmalarından çox istifadə etməsidir. Duzlu qidaların qəbulu mədəyə qıcıqlandırıcı təsir göstərir və bunlar da öz növbəsində reaktiv qastritlərə səbəb olur.Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov deyib. O bildirib ki, mədə xəstəliyindən əziyyət çəkən xroniki qastrit xəstələrinə duzlu turşulardan uzaq durmaq tövsiyə olunur:Mütəxəssis deyir ki, bayramla əlaqəli insanlar hər zaman qidaları qarışdırır ki, bunun da artıq miqdarda qəbulu və alkoqolun istifadəsi bayramdan sonra hər il mədə-bağırsaq şikayəti ilə müraciət edən xəstələrin sayının artmasına səbəb olur:"Kəskin mədə ağrıları, mədə xorası, eroziyalar, öd daşı tutmaları, mədəaltı vəzi iltihabları, alkoqola bağlı mədə zədələnmələri, qaraciyərin zədələnmələri şikayətlərinə daha çox rast gəlirik. Bu səbəbdən vətəndaşların bayram süfrələrində qida qəbuluna diqqət etmələrini tövsiyə edirəm".Mədə xəstəlikləri haqda danışan mütəxəssis deyir ki, mədə insanın əsas həzm aparatıdır. Qida ilə orqanizmimizə bir çox mikroblar daxil olur. Məhz mədənin turşuluğu, əridici gücü sayəsində zərərverici mikroblar məhv edilir:"Qastrit, xoralar və reflüks kimi xəstəliklər ən çox görülən həzm problemlərindəndir. Bu problemlərin yaranmasına həzm sistemini qoruyan maneə qatının bütövlüyünün pozulması səbəb olur. Mədə qatının korlanmasında allergenlər səbəbindən turşu ifrazının artması, konservləşdirilmiş məhsulların və çirkli suların istehlakı, mədədə olan helikobakter pilori mikrobu böyük rol oynayır", - deyə o əlavə edib.Həkim deyir ki, mədə xərçəngi çox ciddi sosial və iqtisadi zərərə səbəb olan bir xəstəlikdir və dünyada çox ciddi artım tendensiyası olan problemdir: "Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin (IARC) proqnozlarına görə, 2020-ci ildən başlayaraq 2040-ci ilə qədər mədə xərçəngi statistikasında çox ciddi artım tendensiyası gözlənilir. Eyni zamanda, bu hesabatda bildirilir ki, məhz kişilərdə qadınlara nisbətən mədə xərçənginin rast gəlmə halında çox ciddi şəkildə fərq olacaq. Buna görə də ÜST mədə xərçənginin erkən araşdırılması, qarşısının alınması və profilaktikası məqsədilə hər bir ölkədə buna dair strategiyanın olmasını tövsiyə edir. Burada əsas məqamlardan biri mədə xəstəliklərinin, xüsusilə də mədə xərçənginin erkən diaqnostikasıdır, çünki bu xəstəlik gec mərhələlərdə aşkar edildiyi zaman xəstənin 5 ilə qədər yaşama ehtimalı 30 faizdən aşağıdır. Yəni, bu çox ciddi letallığı olan bir xəstəlikdir, ona görə də dünyada erkən mərhələdə aşkarlandığı təqdirdə mədə xərçəngi tam müalicə oluna bilər".Mütəxəssis deyir ki, mədə-bağırsaq şikayətləri varsa və bu proses bir aya yaxın davam edirsə, o təqdirdə mütəxəssis həkimə müraciət etmək lazımdır: "Çünki həkim məsləhəti və tövsiyəsi olunmadan dərman qəbulu ilə mədə xəstəlikləri üçün bir zəmin hazırlayırsınız. Mədə-bağırsaq xəstəliklərinin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, onlar qarşısı alınan xəstəliklərdir, yəni profilaktikası ən işlək olan xəstəliklər sırasında məhz mədə-bağırsaq xəstəlikləridir. Mədə-bağırsaq traktının ən ciddi xəstəliyi olan mədə-bağırsaq xərçənginin erkən endoskopik müayinələr (erkən dövrdə aşkarlamaq) əsasında qarşısını almaq mümkündür. Yəni, bir növ endoskopiya və müasir qastroenterologiya insanların həyatının xilas olunması üçün əvəzsiz rola malikdir"."Yekunda onu demək istərdim ki, normal yuxu, sağlam qidalanma və erkən müayinələr sayəsində insanların ömrünü uzatmaq olar və xəstələnmə hallarının qarşısını ciddi şəkildə almaq mümkündür", - deyə o əlavə edib.Həmçinin oxuyun:Bayram bazarlığı: Yeni il süfrəsi neçəyə başa gələcəkYeni il oyuncağının ev yandırdığı dövr - Bayram hazırlığında nələrə diqqət edəkCənub bölgəsinin Yeni il süfrəsinə maraq qatacaq qaşqaldaqlı plov
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42303/51/423035145_0:0:2731:2048_1920x0_80_0_0_ba8be76a5225688faedf0294d5ee75db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
erkən mərhələdə mədə xərçəngi tam müalicə oluna bilər
erkən mərhələdə mədə xərçəngi tam müalicə oluna bilər
Erkən mərhələdə mədə xərçəngi tam müalicə oluna bilər - Ekspert
14:44 28.12.2021 (Yenilənib: 15:08 28.12.2021) Vətəndaşları bayram süfrələrində qida qəbuluna diqqət etmələrini tövsiyə edirəm - Həkim
BAKI, 28 dekabr — Sputnik. Mədə və həzm sistemi xəstəliklərinə ilin bütün fəsillərində sıx rast gəlinir. Havalar soyuduqca isə bu şikayətlərin artdığını müşahidə edirik. İlk növbədə hava soyuduqca mədənin turşu ifrazı artır. Soyuq hava insan üçün stress faktorlarından biridir. Digər səbəb isə qışda insanların turşu tutmalarından çox istifadə etməsidir. Duzlu qidaların qəbulu mədəyə qıcıqlandırıcı təsir göstərir və bunlar da öz növbəsində reaktiv qastritlərə səbəb olur.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti
Emin Məmmədov deyib. O bildirib ki, mədə xəstəliyindən əziyyət çəkən xroniki qastrit xəstələrinə duzlu turşulardan uzaq durmaq tövsiyə olunur:
"Konservləşdirilmiş, duzlu və marinə olunmuş qidalar eyni zamanda öd daşı və öd xəstəliyi olan insanlar üçün də ciddi təhdidedici səbəblər sırasındadır. Bu qidaların qəbulu həmin insanlar üçün ağrıların artmasına və xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər. Eyni zamanda qış fəslində axşam saatlarında yeyilən xəmir yeməklərinin istifadəsinin artması və fiziki aktivliyin azalması da bu problemlərin tez-tez rast gəlinməsinə gətirib çıxarır".
Mütəxəssis deyir ki, bayramla əlaqəli insanlar hər zaman qidaları qarışdırır ki, bunun da artıq miqdarda qəbulu və alkoqolun istifadəsi bayramdan sonra hər il mədə-bağırsaq şikayəti ilə müraciət edən xəstələrin sayının artmasına səbəb olur:
"Kəskin mədə ağrıları, mədə xorası, eroziyalar, öd daşı tutmaları, mədəaltı vəzi iltihabları, alkoqola bağlı mədə zədələnmələri, qaraciyərin zədələnmələri şikayətlərinə daha çox rast gəlirik. Bu səbəbdən vətəndaşların bayram süfrələrində qida qəbuluna diqqət etmələrini tövsiyə edirəm".
Mədə xəstəlikləri haqda danışan mütəxəssis deyir ki, mədə insanın əsas həzm aparatıdır. Qida ilə orqanizmimizə bir çox mikroblar daxil olur. Məhz mədənin turşuluğu, əridici gücü sayəsində zərərverici mikroblar məhv edilir:
"Mədə xəstəliklərinin səbəbləri dedikdə ilk növbədə həyat tərzini vurğulamaq istərdim. Ət məhsullarının istifadəsi ölkəmizdə daha çoxdur. Aparılmış elmi tədqiqatlar göstərir ki, meyvə-tərəvəzlə qidalanan insanlarda mədə-bağırsaq xərçənginin riski ət məhsulları ilə qidalanan insanlara nisbətdə dəfələrlə az olur.
Bir digər faktor istə acqarına alkoqol, tütün, energetik içkilərin qəbulu, yuxu rejiminin pozulmasıdır ki, bu da insanlarda mədənin əsas xəstəliklərinə səbəb olur. Əsasən də reflüks şikayətinin artmasına səbəb olur. Bir digər əsas məsələ də nəzarətsiz dərman qəbuludur. Belə ki, xəstələr həkim nəzarəti olmadan bir çox dərmanları miqdarından çox istifadə edirlər. Məsələn bunlara ən çox ağrıkəsiciləri misal göstərmək olar. Orqanizmdə olan ağrını müvəqqəti saxlamaq üçün hətta həftələrlə qəbul edilən bu dərmanlar çox ağır nəticələr gətirib çıxarda bilir.
Təcrübəmizdə ağrıkəsicilərin yüksək dozada və uzun müddətli qəbulu mədə-bağırsaq qanamalarına səbəb olan pasiyentlərimiz olub. Bu səbəbdən bir daha oxuyucularımıza həkim tövsiyəsi olmadan dərman qəbulundən çəkinmələrini tövsiyə edirəm".
"Qastrit, xoralar və reflüks kimi xəstəliklər ən çox görülən həzm problemlərindəndir. Bu problemlərin yaranmasına həzm sistemini qoruyan maneə qatının bütövlüyünün pozulması səbəb olur. Mədə qatının korlanmasında allergenlər səbəbindən turşu ifrazının artması, konservləşdirilmiş məhsulların və çirkli suların istehlakı, mədədə olan helikobakter pilori mikrobu böyük rol oynayır", - deyə o əlavə edib.
Həkim deyir ki, mədə xərçəngi çox ciddi sosial və iqtisadi zərərə səbəb olan bir xəstəlikdir və dünyada çox ciddi artım tendensiyası olan problemdir: "Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin (IARC) proqnozlarına görə, 2020-ci ildən başlayaraq 2040-ci ilə qədər mədə xərçəngi statistikasında çox ciddi artım tendensiyası gözlənilir.
Eyni zamanda, bu hesabatda bildirilir ki, məhz kişilərdə qadınlara nisbətən mədə xərçənginin rast gəlmə halında çox ciddi şəkildə fərq olacaq. Buna görə də ÜST mədə xərçənginin erkən araşdırılması, qarşısının alınması və profilaktikası məqsədilə hər bir ölkədə buna dair strategiyanın olmasını tövsiyə edir. Burada əsas məqamlardan biri mədə xəstəliklərinin, xüsusilə də mədə xərçənginin erkən diaqnostikasıdır, çünki bu xəstəlik gec mərhələlərdə aşkar edildiyi zaman xəstənin 5 ilə qədər yaşama ehtimalı 30 faizdən aşağıdır. Yəni, bu çox ciddi letallığı olan bir xəstəlikdir, ona görə də dünyada erkən mərhələdə aşkarlandığı təqdirdə mədə xərçəngi tam müalicə oluna bilər".
Mütəxəssis deyir ki, mədə-bağırsaq şikayətləri varsa və bu proses bir aya yaxın davam edirsə, o təqdirdə mütəxəssis həkimə müraciət etmək lazımdır:
"Çünki həkim məsləhəti və tövsiyəsi olunmadan dərman qəbulu ilə mədə xəstəlikləri üçün bir zəmin hazırlayırsınız. Mədə-bağırsaq xəstəliklərinin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, onlar qarşısı alınan xəstəliklərdir, yəni profilaktikası ən işlək olan xəstəliklər sırasında məhz mədə-bağırsaq xəstəlikləridir. Mədə-bağırsaq traktının ən ciddi xəstəliyi olan mədə-bağırsaq xərçənginin erkən endoskopik müayinələr (erkən dövrdə aşkarlamaq) əsasında qarşısını almaq mümkündür. Yəni, bir növ endoskopiya və müasir qastroenterologiya insanların həyatının xilas olunması üçün əvəzsiz rola malikdir".
"Yekunda onu demək istərdim ki, normal yuxu, sağlam qidalanma və erkən müayinələr sayəsində insanların ömrünü uzatmaq olar və xəstələnmə hallarının qarşısını ciddi şəkildə almaq mümkündür", - deyə o əlavə edib.
Yeni il oyuncağının ev yandırdığı dövr - Bayram hazırlığında nələrə diqqət edək