https://sputnik.az/20211206/koronavirusun-menseyi-ile-bagli-nobel-mukafatcisindan-rey---bunu-soyleyen-cahildir-436996162.html
Koronavirusun mənşəyi ilə bağlı Nobel mükafatçısından rəy - Bunu söyləyən cahildir
Koronavirusun mənşəyi ilə bağlı Nobel mükafatçısından rəy - Bunu söyləyən cahildir
Sputnik Azərbaycan
Aziz Sancar dünyanı cənginə alan virusun insan əli ilə yaradılıb-yaradılmaması ilə bağlı müxtəlif fikirlərə aydınlıq gətirib. 06.12.2021, Sputnik Azərbaycan
2021-12-06T14:50+0400
2021-12-06T14:50+0400
2021-12-06T14:50+0400
nobel mükafatı
elm
çin
laboratoriya
aziz sancar
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/06/436993296_0:160:3072:1888_1920x0_80_0_0_3104ed76268c2b4bce06e5b36f462192.jpg
BAKI, 6 dekabr — Sputnik. "İnsanlar texnologiyadan əlavə, təməl elmi biliklərə sahib olmalıdırlar. Tam müstəqilliyə çatmaq, bəşəriyyətə fayda vermək istəyiriksə, təməl elmi biliklərə önəm verməliyik".Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu dünya şöhrətli tanınmış türk alim Aziz Sancar Azərbaycana bir həftəlik səfərinin təəssüratları ilə bağlı jurnalistlər üçün keçirdiyi konfransda deyib.Alim qeyd edib ki, türk dünyası müharibə ilə yanaşı, elmdə də uğur əldə edərsə, hər zaman qələbə qazanar.O, elmi mövzularda verilən sualları cavablandıraraq, bildirib ki, hazırda bioloji saatın xərçəng xəstəliyində rolunu öyrənirlər: "Lakin hələlik bioloji saatın pozulmasının xərçəngə səbəb olduğunu konkret olaraq deyə bilmərik. Bu mövzuda araşdırmalarımız davam edir".Sancar pandemiya dövründə böyük əziyyətlər çəkdiyini də dilə gətirib. O, dünyanı cənginə alan virusun insan əli ilə yaradılıb-yaradılmaması ilə bağlı müxtəlif fikirlərə də aydınlıq gətirib: "Koronavirusu çinlilər icad etməyiblər. Müxtəlif şayiələr yayırlar, amma bu, düzgün deyil. Bunu söyləyən sadəcə cahildir. Koronavirus təbiətdən gələn bəladır".Xatırladaq ki, noyabrın 29-da Azərbaycana səfər edən Aziz Sancarın ölkəmizə ilk gəlişi 2017-ci ildə olmuşdu.Eləcə də oxuyun:* Aziz Sancar azərbaycanlı tələbələrlə işləməyə yaxşı baxsa da...* Aziz Sancar: "Söz vermişdim ki, Şuşa azad edilsə, orada məsciddə namaz qılacam"* Elm adamlarına imkanlar yaradılmalıdır - Nobel mükafatı laureatı* İlham Əliyev Nobel mükafatı laureatını təltif edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/06/436993296_171:0:2902:2048_1920x0_80_0_0_f0d84ab1c4ef497e643e0484de20cd98.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nobel mükafatı, çin, laboratoriya, aziz sancar, koronavirus
nobel mükafatı, çin, laboratoriya, aziz sancar, koronavirus
Koronavirusun mənşəyi ilə bağlı Nobel mükafatçısından rəy - Bunu söyləyən cahildir
Aziz Sancar dünyanı cənginə alan virusun insan əli ilə yaradılıb-yaradılmaması ilə bağlı müxtəlif fikirlərə aydınlıq gətirib.
BAKI, 6 dekabr — Sputnik. "İnsanlar texnologiyadan əlavə, təməl elmi biliklərə sahib olmalıdırlar. Tam müstəqilliyə çatmaq, bəşəriyyətə fayda vermək istəyiriksə, təməl elmi biliklərə önəm verməliyik".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu dünya şöhrətli tanınmış türk alim
Aziz Sancar Azərbaycana bir həftəlik səfərinin təəssüratları ilə bağlı jurnalistlər üçün keçirdiyi konfransda deyib.
Alim qeyd edib ki, türk dünyası müharibə ilə yanaşı, elmdə də uğur əldə edərsə, hər zaman qələbə qazanar.
O, elmi mövzularda verilən sualları cavablandıraraq, bildirib ki, hazırda bioloji saatın xərçəng xəstəliyində rolunu öyrənirlər: "Lakin hələlik bioloji saatın pozulmasının xərçəngə səbəb olduğunu konkret olaraq deyə bilmərik. Bu mövzuda araşdırmalarımız davam edir".
Sancar pandemiya dövründə böyük əziyyətlər çəkdiyini də dilə gətirib.
"Pandemiya laboratoriyamı iflic etdi. Tələbələrim laboratoriyaya gələ bilmədilər. Həm tələbələrim, həm də özüm depressiyaya girdik. Üç ay öncə universitetlərdə məhdudiyyətlər bir qədər aradan qaldırıldı, lakin hələlik virusun yeni növləri peyda olur. COVID-19-a görə çox əsəbləşirəm, lakin bununla bağlı, gedişat haqda hələlik fikir bildirə bilmirəm".
O, dünyanı cənginə alan virusun insan əli ilə yaradılıb-yaradılmaması ilə bağlı müxtəlif fikirlərə də aydınlıq gətirib: "Koronavirusu çinlilər icad etməyiblər. Müxtəlif şayiələr yayırlar, amma bu, düzgün deyil. Bunu söyləyən sadəcə cahildir. Koronavirus təbiətdən gələn bəladır".
Xatırladaq ki, noyabrın 29-da Azərbaycana səfər edən Aziz Sancarın ölkəmizə ilk gəlişi 2017-ci ildə olmuşdu.