https://sputnik.az/20220108/tokayev-putine-zeng-vurdu-ktmt-iclas-kecirecek-437981835.html
KTMT iclas keçirəcək: Tokayev xahiş edib
KTMT iclas keçirəcək: Tokayev xahiş edib
Sputnik Azərbaycan
Tokayevin xahişi ilə KTMT sülhməramlıları Qazaxıstana göndərilib. 08.01.2022, Sputnik Azərbaycan
2022-01-08T13:43+0400
2022-01-08T13:43+0400
2022-01-08T13:46+0400
dünya xəbərləri
iclas
rusiya
qazaxıstan
ktmt
putin
kasım-jomart tokayev
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755204_0:0:3111:1750_1920x0_80_0_0_c51905fb38b3a765d6dea7a63de292ad.jpg
BAKI, 8 yanvar - Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışarkən KTMT-nin Təşlükəsizlik Şurasının videokonfransı formatında liderlərin görüşünü təklif edib. Kremlin məlumatına görə, Putin ideyanı dəstəkləyib. Qeyd olunur ki, KTMT TŞ üzvləri iclas zamanı Qazaxıstanda situasiyanın yoluna qoyulması üzrə tədbirləri müzakirə edəcəklər. Yanvarın 8-də Qazaxıstan və Rusiya liderləri arasında telefon danışığı olub. Tokayev Putinə ölkədəki durum barədə məlumat verib və hadisələrin stabilləşməyə doğru getdiyini bildirib. Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.Tokayev bildirib ki, yanvarın 5-dən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Tokayev vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.Eləcə də oxuyun:* Qazaxıstan bu gün: Nazarbayev səssizliyini pozdu* Dövlətə xəyanət: Qazaxıstanda yüksək vəzifəlilər saxlanıldılar* NATO Qazaxıstanda yaranmış vəziyyətdən narahatdır - Stoltenberq* Qazaxıstana dəymiş maddi ziyanın məbləği açıqlandı* Politoloq: Qazaxıstanda sabitlik yaratmaq uzun müddət çətin olacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755204_0:0:2731:2048_1920x0_80_0_0_ad1c2c9185b87ba8376b69c4684c6a7b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tokayev xahiş etdi ktmt iclas keçirəcək
tokayev xahiş etdi ktmt iclas keçirəcək
KTMT iclas keçirəcək: Tokayev xahiş edib
13:43 08.01.2022 (Yenilənib: 13:46 08.01.2022) Tokayevin xahişi ilə KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BAKI, 8 yanvar - Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışarkən KTMT-nin Təşlükəsizlik Şurasının videokonfransı formatında liderlərin görüşünü təklif edib.
Kremlin məlumatına görə, Putin ideyanı dəstəkləyib. Qeyd olunur ki, KTMT TŞ üzvləri iclas zamanı Qazaxıstanda situasiyanın yoluna qoyulması üzrə tədbirləri müzakirə edəcəklər.
Yanvarın 8-də Qazaxıstan və Rusiya liderləri arasında telefon danışığı olub. Tokayev Putinə ölkədəki durum barədə məlumat verib və hadisələrin stabilləşməyə doğru getdiyini bildirib.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, yanvarın 5-dən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.