Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: Qazaxıstanda sabitlik yaratmaq uzun müddət çətin olacaq

© Sputnik / Максим Богодвид / Mediabanka keçidQazaxıstan əsgəri
Qazaxıstan əsgəri - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Abunə olmaq
Millət vəkili Arzu Nağıyev açıq şəkildə bildirib ki, bu proseslərdə Qazaxıstan prezidenti KTMT-ni üstün tutdu.
BAKI, 7 yanvar — Sputnik. Qazaxıstanda ictimai-siyasi sabitliyin pozulması fonunda dünyanın hər yerindən müxtəlif reaksiyalar gəlməkdədir. Ötən gün Türk Dövlətləri Təşkilatı da Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat yaydı. Bəyanatda bildirilir ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər baş verən son hadisələr fonunda Qazaxıstanda sülh və sabitliyə əhəmiyyət verdiklərini vurğulayır və üzv ölkə Qazaxıstanla güclü həmrəyliyiklərini ifadə edirlər.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə Qazaxıstanda kütləvi etirazların yatırılmasına kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi. Bundan sonra Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) Şurası sülhməramlı qüvvələrinin Qazaxıstana göndərilməsi barədə qərar qəbul edildi.
Sputnik Azərbaycan Qazaxıstanda baş verənlər fonunda Türk Şurası və KTMT uzlaşmasını aydınlaşdırıb.
Mövzu ilə bağlı Sputnik Azərbaycan-ın suallarını millət vəkili Arzu Nağıyev və politoloq Elxan Şahinoğlu cavablandırıb.
Millət vəkili Arzu Nağıyev açıq şəkildə bildirib ki, bu proseslərdə Qazaxıstan prezidenti KTMT-ni üstün tutdu.
© Sputnik / Murad OrujovPolitoloq Arzu Nağıyev
Politoloq Arzu Nağıyev - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Politoloq Arzu Nağıyev
Onun sözlərinə görə, KTMT-nin Qazaxıstanda yerləşməsi artıq faktdır:
"KTMT qüvvələrinin Qazaxıstana yerləşməsinin hüquqi tərəfləri isə sonradan aydınlaşacaq. Burada səbəb kimi ekstremist terror təşkilatların proseslərdə iştirakçı olması göstərilir".
Millət vəkili bildirib ki, Türk Dövlətləri Təşkilatının üzv dövlətləri arasında münasibət yüksək səviyyədədir, ancaq onların hər hansı ortaq hərbi birliyi olmadığı üçün proseslərdə hərbi dəstək göstərə bilmirlər:

"Həm də biz üzv dövlətlərin içində NATO blokuna daxil olan Türkiyənin olduğunu nəzərə almalıyıq. Bu baxımdan bu proseslərdə uzlaşmanın olmaması digər qarşıdurmalara gətirib çıxara bilər".

"Ancaq Təşkilata üzv dövlətlər Qazaxıstana mənəvi dəstəyini ifadə edərək, köməyini təklif etdi. Qazaxıstanın Azərbaycanla da çox möhkəm dostluq və strateji əlaqələri var. Amma eyni zamanda düşünürəm ki, bu situasiyada mənəvi dəstək hərbi dəstəkdən daha üstündür", – deyə millət vəkili vurğulayıb.
Rusiya Türk Dövlətləri Təşkilatına üzv ola bilərmi sualına cavabında isə millət vəkili deyib ki, hazırkı vəziyyətdə bu inandırıcı deyil. O qeyd edib ki, Moskvanın bu təşkilatda mövcudluğu uzaq perspektivdir.
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Kasım-Jomart Tokayevin baş verənlər qarşısında KTMT-yə müraciət etməsi yanlış idi.
© Sputnik / Murad OrujovПолитолог Эльхан Шахиноглу
Политолог Эльхан Шахиноглу - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Политолог Эльхан Шахиноглу
Politoloq hesab edir ki, məsələlər Qazaxıstanın daxili gücü hesabına həll edilməli idi:
"Düzdür KTMT Qazaxıstana böyük bir qüvvə göndərməyib. Ancaq xarici qüvvələrin proseslərə cəlb olunması hadisələrin istiqamətini fərqli məcralara çəkə bilər".
Elxan Şahinoğlu vurğulayıb ki, faktiki olaraq Türk Dövlətləri Təşkilatının proseslərə təsir göstərmək üçün aləti yoxdur:
"Təşkilatın sülhməramlı qüvvələri yoxdur və mən hesab edirəm ki, olsa belə proseslərə qarışması düzgün olmazdı. Bu, Qazaxıstanın daxili işidir. Əgər xaricdən təhlükə olsaydı anlamaq olardı. KTMT qüvvələrinin proseslərdə aktiv iştirakının isə regional qarşıdurmaya gətirib çıxarma ehtimalı var".
"Ona görə də dialoqu genişləndirib mitinq iştirakçıları ilə məsələləri həll etmək lazımdır. Ancaq görünən həm də odur ki, müəyyən radikal elementlər də yürüşlərə qatılıb. Türk Şurası bu proseslər qarşısında mənəvi dəstək verə bilər. Həm də proseslərin istiqamətinin qeyri-müəyyən olduğu şəraitdə ifadə olunan hər hansı dəstək daxili işlərə qarışmaq olar", – deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, hadisələrin gedişatını gözləmək lazımdır:

"Qazaxıstan indi elə bir dönəmə qədəm qoyub ki, burada uzun müddət sabitlik yaratmaq çətin olacaq".

Politoloq da Rusiyanın Türk Şurasına üzv olmasının çox çətin olduğunu qeyd edib. Onun fikrincə, Rusiya və Ukrayna arasında hazırda gərginlik mövcuddur və bu iki ölkənin Türk Şurasına müşahidəçi qəbul edilməsi, Şuranın fəaliyyətinə də sirayət edə bilər:
"Nə qədər ki gərginlik qalır, bu iki ölkəni təşkilata üzv qəbul etmək çətin olacaq".
Həmçinin oxuyun:
Kosaçev: Qazaxıstanda Rusiya Silahlı Qüvvələri deyil, KTMT sülhməramlıları var - Video
Səfirlik Azərbaycan vətəndaşlarının Qazaxıstandan təxliyəsi üçün iş aparır
Qazaxıstan Prezidenti silahlılara xəbərdarlıq edilmədən atəş açılmasına dair əmr verib
KTMT-nin Qazaxıstandakı sülhməramlılarının komandanı karyerasına Gəncədə başlayıb
Xəbər lenti
0