https://sputnik.az/20220108/qazaxistan-bu-gun-nazarbayev-sessizliyini-pozdu-437975617.html
Qazaxıstan bu gün: Nazarbayev səssizliyini pozdu
Qazaxıstan bu gün: Nazarbayev səssizliyini pozdu
Sputnik Azərbaycan
Nazarbayevin mətbuat katibi onun harada olduğu barədə məlumatı da açıqlayıb. 08.01.2022, Sputnik Azərbaycan
2022-01-08T11:46+0400
2022-01-08T11:46+0400
2022-01-08T11:56+0400
dünya xəbərləri
qazaxıstan
nursultan nazarbayev
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437883871_0:0:2959:1665_1920x0_80_0_0_aac4ea0e5489483d4a560b92ae9c3129.jpg
BAKI, 8 yanvar - Sputnik. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev səssizliyini pozub. Təhlükəsizlik Şurasının sabiq sədri Nazarbayev əhalini hazırkı prezident Kasım-Jomart Tokayevin ətrafında birləşməyə çağırıb. Bu barədə Nazarbayevin mətbuat katibi bildirib. Onun sözlərinə görə, Nazarbayev hazırda Nur-Sultandadır. "Xahiş edirik, yalan, spekulyasiya xarakterli məlumatlar yaymayın. Yelbası bir sıra məşvərət xarakterli görüşlər keçirir və Kasım-Jomart Tokayevlə birbaşa əlaqədədir", - mətbuat katibinin Twitter-dəki səhifəsində yazılıb.Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.Həmçinin o, yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.Tokayev bildirib ki, bu gündən (yanvarın 5-dən - red.) Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Prezident vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.Eləcə də oxuyun:* Dövlətə xəyanət: Qazaxıstanda yüksək vəzifəlilər saxlanıldılar* NATO Qazaxıstanda yaranmış vəziyyətdən narahatdır - Stoltenberq* Qazaxıstana dəymiş maddi ziyanın məbləği açıqlandı* Politoloq: Qazaxıstanda sabitlik yaratmaq uzun müddət çətin olacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437883871_180:0:2911:2048_1920x0_80_0_0_30d22fa51095716f27648049878b1be4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazaxıstan bu gün nazarbayev səssizliyini pozdu
qazaxıstan bu gün nazarbayev səssizliyini pozdu
Qazaxıstan bu gün: Nazarbayev səssizliyini pozdu
11:46 08.01.2022 (Yenilənib: 11:56 08.01.2022) Nazarbayevin mətbuat katibi onun harada olduğu barədə məlumatı da açıqlayıb.
BAKI, 8 yanvar - Sputnik. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev səssizliyini pozub. Təhlükəsizlik Şurasının sabiq sədri Nazarbayev əhalini hazırkı prezident Kasım-Jomart Tokayevin ətrafında birləşməyə çağırıb.
Bu barədə Nazarbayevin mətbuat katibi bildirib. Onun sözlərinə görə, Nazarbayev hazırda Nur-Sultandadır.
"Xahiş edirik, yalan, spekulyasiya xarakterli məlumatlar yaymayın. Yelbası bir sıra məşvərət xarakterli görüşlər keçirir və Kasım-Jomart Tokayevlə birbaşa əlaqədədir", - mətbuat katibinin Twitter-dəki səhifəsində yazılıb.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin o, yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən (yanvarın 5-dən - red.) Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Prezident vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.