https://sputnik.az/20220107/nato-qazaxistanda-yaranmis-veziyyetden-narahatdir---stoltenberq--437967510.html
NATO Qazaxıstanda yaranmış vəziyyətdən narahatdır - Stoltenberq
NATO Qazaxıstanda yaranmış vəziyyətdən narahatdır - Stoltenberq
Sputnik Azərbaycan
KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib.
2022-01-07T21:10+0400
2022-01-07T21:10+0400
2022-01-07T21:48+0400
dünya xəbərləri
nato
qazaxıstan
narahatlıq
https://cdnn1.img.sputnik.az/img/40352/68/403526853_0:0:3500:1969_1920x0_80_0_0_e86c012cdfcca5f414f9c072a5c3f584.jpg
BAKI, 7 yanvar - Sputnik. NATO Qazaxıstanda baş verən hadisələrdən narahatdır və tərəfləri təmkinli olmağa, insan hüquqlarına hörmət etməyə çağırır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq blokun xarici işlər nazirlərinin virtual görüşündən sonra bildirib:"Biz Qazaxıstandakı vəziyyəti diqqətlə izləyirik və baş verənlərdən narahatıq. Təmkin, zorakılığa son və insan hüquqlarına hörmət lazımdır", - deyə o bildirib.Qazaxıstanda gərginlikQeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.Həmçinin, Qazaxıstan prezidenti əhaliyə müraciət edərək Qazaxıstan Təhlükəsizlik Şurasına özünün başçılıq edəcəyini deyib. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəyəcəyini açıqlayıb. Onun KTMT-yə müraciətinə çevik reaksiya verilib.KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib.RİA Novosti-nin məlumatına görə, Qırğızıstan da Qazaxıstana 150 hərbçi, 19 ədəd texnika göndərib.Cümə günü axşam saatlarına olan məlumata görə, Qazaxıstana iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği təxminən 200 milyon dollar təşkil edir. Bu barədə Qazaxıstan mediası "Atameken" Milli Sahibkarlar Palatasına istinadla xəbər yayıb.Həmçinin oxuyun:Politoloq: Qazaxıstanda sabitlik yaratmaq uzun müddət çətin olacaqQazaxıstan vətəndaşlarına 300 pulsuz dəqiqə hədiyyə olunacaqKosaçev: Qazaxıstanda Rusiya Silahlı Qüvvələri deyil, KTMT sülhməramlıları var - Video
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40352/68/403526853_382:0:3493:2333_1920x0_80_0_0_9963822082e9b6f77eb5c5dafdc1467e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato qazaxıstanda yaranmış vəziyyətdən narahatdır - stoltenberq
nato qazaxıstanda yaranmış vəziyyətdən narahatdır - stoltenberq
NATO Qazaxıstanda yaranmış vəziyyətdən narahatdır - Stoltenberq
21:10 07.01.2022 (Yenilənib: 21:48 07.01.2022) Qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
BAKI, 7 yanvar - Sputnik. NATO Qazaxıstanda baş verən hadisələrdən narahatdır və tərəfləri təmkinli olmağa, insan hüquqlarına hörmət etməyə çağırır.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Alyansın baş katibi
Yens Stoltenberq blokun xarici işlər nazirlərinin virtual görüşündən sonra bildirib:
"Biz Qazaxıstandakı vəziyyəti diqqətlə izləyirik və baş verənlərdən narahatıq. Təmkin, zorakılığa son və insan hüquqlarına hörmət lazımdır", - deyə o bildirib.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin, Qazaxıstan prezidenti əhaliyə müraciət edərək Qazaxıstan Təhlükəsizlik Şurasına özünün başçılıq edəcəyini deyib. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəyəcəyini açıqlayıb. Onun KTMT-yə müraciətinə çevik reaksiya verilib.
KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib.
RİA Novosti-nin məlumatına görə, Qırğızıstan da Qazaxıstana 150 hərbçi, 19 ədəd texnika göndərib.
Cümə günü axşam saatlarına olan məlumata görə, Qazaxıstana iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği təxminən 200 milyon dollar təşkil edir. Bu barədə Qazaxıstan mediası "Atameken" Milli Sahibkarlar Palatasına istinadla xəbər yayıb.