DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstana dəymiş maddi ziyanın məbləği açıqlandı

© REUTERS / PAVEL MIKHEYEVQazaxıstanda yanmış mikroavtobus
Qazaxıstanda yanmış mikroavtobus - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Abunə olmaq
On rayonda 848 sahibkarlıq subyekti və 1021 obyekt, o cümlədən Almatıda 789 subyekt və 950 obyekt zərər görüb.
BAKI, 7 yanvar — Sputnik. Cümə günü axşam saatlarına olan məlumata görə, Qazaxıstana iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği təxminən 200 milyon dollar təşkil edir. Bu barədə Qazaxıstan mediası "Atameken" Milli Sahibkarlar Palatasına istinadla xəbər yayıb.

"Yanvarın 7-də saat 21.00-a (Bakıvaxtı ilə 19.00) Qazaxıstan Respublikasının on rayonunda 848 sahibkarlıq subyekti və 1021 obyekt, o cümlədən Almatıda 789 subyekt və 950 obyekt zərər görüb", - deyə məlumatda bildirilir.

"Atameken"in məlumatına görə, dəymiş ziyanın ümumi məbləği təxminən 87,2 milyard tenge (təxminən 200 milyon dollar) təşkil edir ki, bunun da 85,8 milyardı Almatıya aiddiir.
Qazaxıstanda gərginlik
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin, Qazaxıstan prezidenti əhaliyə müraciət edərək Qazaxıstan Təhlükəsizlik Şurasına özünün başçılıq edəcəyini deyib. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəyəcəyini açıqlayıb. Onun KTMT-yə müraciətinə çevik reaksiya verilib.
KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib.
RİA Novosti-nin məlumatına görə, Qırğızıstan da Qazaxıstana 150 hərbçi, 19 ədəd texnika göndərib.
Həmçinin oxuyun:
Politoloq: Qazaxıstanda sabitlik yaratmaq uzun müddət çətin olacaq
Qazaxıstan vətəndaşlarına 300 pulsuz dəqiqə hədiyyə olunacaq
Kosaçev: Qazaxıstanda Rusiya Silahlı Qüvvələri deyil, KTMT sülhməramlıları var - Video
Səfirlik Azərbaycan vətəndaşlarının Qazaxıstandan təxliyəsi üçün iş aparır
Qazaxıstan Prezidenti silahlılara xəbərdarlıq edilmədən atəş açılmasına dair əmr verib
Xəbər lenti
0