Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN və Azərbaycan səfirliyi Qazaxıstandakı ölkə vətəndaşlarına müraciət etdi

© AP Photo / Vladimir TretyakovQazaxıstanda polis əməkdaşları, arxiv şəkli
Qazaxıstanda polis əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.01.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyi də Qazaxıstanda komendant saatının tətbiqi ilə əlaqədar bu ölkədəki rusiyalılara yemək ehtiyatını görməklə evlərə və otellərə sığınmağı tövsiyə edib.
BAKI, 6 yanvar - Sputnik. Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.
Müraciətdə deyilir:
“Əziz vətəndaşlarımız! Bildiyiniz kimi, cari ilin 19 yanvar tarixinədək bütün Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət elan edilib. Vətəndaşlarımızın rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət görülür”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi də Qazaxıstanda komendant saatının tətbiqi ilə əlaqədar bu ölkədəki rusiyalılara yemək ehtiyatını görməklə evlərə və otellərə sığınmağı tövsiyə edib.
"Qazaxıstanda fövqəladə vəziyyət və komendant saatı (23.00-07.00) mövcuddur. Biz Rusiya vətəndaşlarına bir daha diqqətli olmağı, insanların sıx olduğu yerlərdən uzaq durmağı, otellərə/evlərə sığınmağı, qida və su təchizatını təmin etməyi, hadisələri, xarici nümayəndəliklər və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyindən gələn mesajları izləməyi tövsiyə edirik”, - Rusiya XİN-in Böhran vəziyyəti Mərkəzinin Departamentinin şərhində deyilir.
Qazaxıstanda iğtişaşlar
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin Qazaxıstan Prezidenti bu gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.
Eləcə də oxuyun:
* Qazaxıstanın hər yerində fövqəladə vəziyyət elan edildi: BMT narahatdır
* Tokayev Rusiyaya təxliyə edilir? – Moskvadan açıqlama
* Nazarbayev vəzifədən çıxarıldı: Tokayevin xalqa müraciətinin detalları
* Qazaxıstandakı Azərbaycan vətəndaşları barədə son məlumat
* Qazaxıstanda son vəziyyət: prezident iqamətgahı yanır - VİDEO
* Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar
* Qazaxıstan prezidenti qazın qiymət artımına qarşı çıxan xalqa müraciət edib
Xəbər lenti
0