DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Moskva və Ankara Qazaxıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

© REUTERS / PAVEL MIKHEYEVQazaxıstan
Qazaxıstan  - Sputnik Azərbaycan, 1920, 06.01.2022
Abunə olmaq
Qazaxıstan prezidenti ötən gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
BAKI, 6 yanvar — Sputnik. Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

"Telefon danışığı zamanı ikitərəfli münasibətlər, Rusiya-NATO Şurasının qarşıdan gələn iclası, Qazaxıstan, Bosniya və Herseqovina və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin, Qazaxıstan prezidenti ötən gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.
Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib.
"Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.
Həmçinin oxuyun:
KTMT sülhməramlıları artıq Qazaxıstandadır
Qazaxıstandakı hadisələrin səbəbinin araşdırılması üçün istintaq komitəsinin yaradılır
Qazaxıstanın hər yerində fövqəladə vəziyyət elan edildi: BMT narahatdır
Tokayev Rusiyaya təxliyə edilir? – Moskvadan açıqlama
Nazarbayev vəzifədən çıxarıldı: Tokayevin xalqa müraciətinin detalları
Xəbər lenti
0