https://sputnik.az/20220106/ktmt-sulhmeramlilari-artiq-qazaxistandadir-437899439.html
KTMT sülhməramlıları artıq Qazaxıstandadır
KTMT sülhməramlıları artıq Qazaxıstandadır
Sputnik Azərbaycan
KTMT-nın Baş katibliyinin məlumatında isə bildirib ki, KTMT-nın avanqard bölmələri artıq Qazaxıstan ərazisində xidmət göstərməyə başlayıb.
2022-01-06T11:30+0400
2022-01-06T11:30+0400
2022-01-06T12:09+0400
dünya xəbərləri
qazaxıstan
sülhməramlılar
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437900358_0:373:2908:2009_1920x0_80_0_0_0c339956593fd3bef9a0277617dcfb80.jpg
BAKI, 6 yanvar — Sputnik. Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Hərbi-Nəqliyyat Aviasiyasının təyyarələri vasitəsilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Rusiyadan olan heyəti Qazaxıstana göndərilir. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istindən xəbər verir.KTMT-nın Baş katibliyinin məlumatında isə bildirib ki, KTMT-nın avanqard bölmələri artıq Qazaxıstan ərazisində xidmət göstərməyə başlayıb.Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.Həmçinin, Qazaxıstan prezidenti ötən gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.Gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib."Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.Qeyd edək ki, 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxildir.Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib. Yanvarın 5-də gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib. "Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxildir. Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Hərbi-Nəqliyyat Aviasiyasının təyyarələri vasitəsilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Rusiyadan olan heyəti Qazaxıstana göndərilib. Qazaxıstanda KTMT sülhməramlıları dövlət və hərbi obyektləri mühafizə edəcək, yerli hüquq-mühafizə orqanlarına vəziyyətin sabitləşdirilməsində kömək edəcəklər.Həmçinin oxuyun:Qazaxıstandakı hadisələrin səbəbinin araşdırılması üçün istintaq komitəsinin yaradılırQazaxıstanın hər yerində fövqəladə vəziyyət elan edildi: BMT narahatdırTokayev Rusiyaya təxliyə edilir? – Moskvadan açıqlamaNazarbayev vəzifədən çıxarıldı: Tokayevin xalqa müraciətinin detalları
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437900358_53:370:2291:2048_1920x0_80_0_0_bf3c88fc5b7ca8458d387bb1336a4677.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ktmt sülhməramlıları artıq qazaxıstandadır
ktmt sülhməramlıları artıq qazaxıstandadır
KTMT sülhməramlıları artıq Qazaxıstandadır
11:30 06.01.2022 (Yenilənib: 12:09 06.01.2022) Qazaxıstan prezidenti ötən gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
BAKI, 6 yanvar — Sputnik. Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Hərbi-Nəqliyyat Aviasiyasının təyyarələri vasitəsilə
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Rusiyadan olan heyəti Qazaxıstana göndərilir. Bu barədə
Sputnik Azərbaycan "RİA Novosti"-yə istindən xəbər verir.
KTMT-nın Baş katibliyinin məlumatında isə bildirib ki, KTMT-nın avanqard bölmələri artıq Qazaxıstan ərazisində xidmət göstərməyə başlayıb.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin, Qazaxıstan prezidenti ötən gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.
Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib.
"Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.
Qeyd edək ki, 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxildir.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib. Yanvarın 5-də gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.
Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib. "Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.
KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxildir. Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Hərbi-Nəqliyyat Aviasiyasının təyyarələri vasitəsilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Rusiyadan olan heyəti Qazaxıstana göndərilib. Qazaxıstanda KTMT sülhməramlıları dövlət və hərbi obyektləri mühafizə edəcək, yerli hüquq-mühafizə orqanlarına vəziyyətin sabitləşdirilməsində kömək edəcəklər.