SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransanın Avropa İttifaqına sədrliyi Azərbaycan üçün nə vəd edir?

© AFP 2023 / LUDOVIC MARINFransa bayrağı, arxiv şəkli
Fransa bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.01.2022
Abunə olmaq
Hazırda prezident seçkiləri ərəfəsində də Fransa siyasətçiləri Azərbaycana qarşı düşmənçilik mövqelərini kənara qoymurlar.
BAKI, 6 yanvar — Sputnik. 2022-ci il ötən illə müqayisədə Azərbaycan üçün daha yaxşı perspektivlər vəd edir. Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib. Səfirin sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan əlaqələri son bir ildə daha da möhkəmlənib.
Sputnik Azərbaycan bu ildən Avropa İttifaqına sədrlik edən Fransa və Azərbaycan münasibətlərinin perspektivləri ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Siyasi ekspert Aydın Quliyev bildirib ki, Fransa hakimiyyətlərinin Azərbaycanla bağlı siyasətlərinin bu günü və gələcəyi ilə bağlı müsbət proqnoz vermək olmur: "Bu vəziyyətin yaranması da Fransa hakimiyyətlərinin boynundadır. Müstəqilliyimizi qazandıqdan bu yana Fransa Azərbaycanın milli mənafelərinə ikili münasibət sərgiləyib. Azərbaycan isə səmimi olaraq Fransanın həmsədr kimi fəaliyətinə razılıq verdi".
"Azərbaycan enerji ehtiyatlarının işlənməsi üçün Fransa şirkətlərinin investisiya qoymasına və bu prosesdə fəal iştirakına şərait yaratdı. Təəssüf ki, Fransa hökumətləri bundan nəticə çıxarmadılar. Hazırda prezident seçkiləri ərəfəsində də Fransa siyasətçiləri Azərbaycana qarşı düşmənçilik mövqelərini kənara qoymurlar", – deyə siyasi şərhçi qeyd edib.
Onun sözlərinə görə, Fransa siyasətçilərinin Azərbaycan ərazilərinə qanunsuz səfərləri, seçki təbliğatını Cənubi Qafqazda aparmaları olduqca əcaib bir mənzərə formalaşdırır: "Bu, Fransa siyasi elitasının Azərbaycanla bağlı arzuolunmaz siyasət yürütmək niyyətində olduqlarını göstərir. Ona görə də Fransanın Aİ-yə sədrlik edəcəyi dövrdə Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi yanaşacağına şübhə edirəm".
Aydın Quliyev qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan münasibətləri bərbarhüquqlu tərəflər kimi qurulmalıdır: "Azərbaycan İttifaqın müxtəlif ölkələri ilə strateji əməkdaşlıq bəyannamələri imzalayıb. Eyni zamanda vacibdir ki, Aİ-nin Azərbaycanla imzalanacağı gözlənən sazişində Azərbaycanın prinsiplərinə və mənafelərinə uyğun paraflanmasını sona qədər apara bilsin. Fransa Azərbaycan üçün etibarlı tərəfdaş olmadığını dəfələrlə sübuta yetirib".
Politoloq İlyas Hüseynov isə bildirib ki, Fransa-Azərbaycan münasibətlərinə həm də bu ölkənin bu ildən Avropa İttifaqına sədrlik etməsi prizmasından baxa bilərik. Onun sözlərinə görə, Azərbaycan mütəmadi olaraq Fransanın Azərbaycana qarşı ermənipərəst siyasətini müşahidə edib: "Biz Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməni də unutmamışıq. Lakin onu da anlayırıq ki, Fransada keçirilməsi gözlənilən seçkilər də Azərbaycana qarşı atılmış provakativ addımların təməlində dayanır".
Politoloq hesab edir ki, bu il Fransada keçiriləcək prezident seçkisində erməni elektoratın səsi fransız siyasətçiləri üçün çox önəmlidir:
"Amma Azərbaycanın Fransa ilə münasibətləri hər zaman intensiv xətlə inkişaf edib. Rəsmi Bakı da münasibətlərin istiləşməsi üçün bir sıra təşəbbüslər icra edib".
İlyas Hüseynov vurğulayıb ki, Azərbaycan Fransanı Avropanın vacib geosiyasi subyekti kimi nəzərdən keçirir: "Ümid edirik ki, Avropa İttifaqına sədrlik dönəmində Fransa Cənubi Qafqaza münasibətinə yenidən nəzər salacaq. Əks halda, bu, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də mənfi təsir göstərəcək".
Eləcə də oxuyun:
* Azərbaycan, Fransa, Valeri - fransızlar da təəssüf edirlər
* "Erməni layihəsi"nin bağlanmasına fürsət yaranıb - Zahid Oruc
* Xanım Pekres Ermənistana niyə tələsib?
* Fransadan təhlükəli gedişlər - strateji maraqlar, yoxsa erməni sevgisi
Xəbər lenti
0