https://sputnik.az/20211230/ermeni-layihesinin-baglanmasina-furset-yaranib---zahid-oruc-437754156.html
"Erməni layihəsi"nin bağlanmasına fürsət yaranıb - Zahid Oruc
"Erməni layihəsi"nin bağlanmasına fürsət yaranıb - Zahid Oruc
Sputnik Azərbaycan
Deputat deyib ki, Azərbaycan dövlətinin sərt müqaviməti bütün ssenariləri pozub. 30.12.2021, Sputnik Azərbaycan
2021-12-30T17:24+0400
2021-12-30T17:24+0400
2021-12-30T17:24+0400
deputat
siyasət
erməni
türkiyə
milli məclis
ermənistan
sürix
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40520/66/405206664_0:0:2000:1125_1920x0_80_0_0_3cb5ad5a6efda80a94cbdc0871487b27.jpg
BAKI, 30 dekabr — Sputnik. “Türkiyə dövləti Amerikadakı keçmiş səfiri, təcrübəli diplomat Sərdar Kılıcı Ermənistan üzrə xüsusi nümayəndəsi təyin edib. Ardınca İrəvan da danışıqlar üzrə öz təmsilçisini rəsmən açıqlayıb. Verilən tarixi qərarların Vətən müharibəsinin birbaşa nəticəsi olduğu hamıya bəllidir, deməli, region təkcə siyasi, iqtisadi və təhlükəsizlik baxımından deyil, eləcə də Türkiyəyə qarşı daim silaha çevrilən “erməni layihəsi”nin bağlanmasına fürsət açır”.Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.O deyib ki, hərbi Zəfərimiz tarixi düşmənçiliyə son qoya, ermənilərlə türk dünyası arasında yeni eranın başlanmasına səbəb ola bilər: “Türkiyə-Ermənistan açılımı düz 12 il qabaq başlamışdı. O illər bilavasitə məxfi danışıqlarda iştirak edən Ermənistanın sabiq naziri Edvard Nalbandyan ötən həftə böyük məqalə ilə çıxış edib. O gizlətmir ki, Sürix protokolları Türkiyəni Azərbaycandan ayırmağa, bölgədə işğalı qoruyub saxlamağa xidmət edirdi və planın müəllifləri Amerika, Fransa, İsveçrə və Avropa Birliyi hətta Rusiyanı da ram etmişdilər. Lakin Azərbaycan dövlətinin sərt müqaviməti bütün ssenariləri pozdu. O vaxt dövlət katibi xanım Klinton prezident İlham Əliyevi sərhədlərin açılmasına razılıq verməyə çağırmışdı, lakin dövlət başçısı bütün risklərə və təzyiqlərə baxmayaraq, görüşdən imtina etdi. Bununla da iki qardaş ölkə arasında parçalanmaya xidmət edən avantüra baş tutmadı. Əgər plan gerçəkləşsəydi, Ermənistan Azərbaycanı Qarabağ məsələsində təkləyəcək, sərhədlərin açılması ilə iqtisadi izolyasiyadan çıxacaq, güclənəcək və ölkəmizi beynəlxalq qüvvələrin təzyiqi ilə torpaqlardan imtinaya məcbur edəcəkdi. Nalbandyan etiraf edir ki, Ankaranı Bakıdan qopara bilsəydilər, 2020-ci ildə 44 günlük müharibə, bəlkə də baş verməzdi, Qarabağın taleyi indi fərqli olardı. Deməli, bizi Qələbəyə gətirən yol həm də Sürix prosesi və digər diplomatik tələlərə zərbə vurulmasından keçir”.Millət vəkili deyib ki, indiki açılım prosesi paralel gedir, Vətən müharibəsinin nəticələrinin “Böyük sülh sazişi”nə daxil edilməsi üçün Əliyev və Ərdoğan arasında vahid siyasət yürüdülür: "Ovaxtkı “normallaşma” isə bizim iradəmizə zidd idi və regionu ələ keçirmək ideyasına xidmət edirdi. İndi İrəvanın Türkiyə və Azərbaycanla barışı onun son xilas şansıdır. Bakı ilə ədalətli sülh müqaviləsi həm də Ermənistana öz gerbindən Ağrı dağını çıxarmağa, genosid və ərazi iddialarını bir kənara qoymağa məcbur edir. Əlbəttə, hamı yaxşı başa düşür ki, sülh razılaşması tarixən düşmənçilikdən qazananlara, o cümlədən dünya erməniliyinə, onların siyasi biznesinə zərbə vurur. Lakin alternativ yol əbədi müharibədir. Ona görə də Sürix sənədlərinin adını dəyişdirib onu “Əliyev protokolları” kimi İrəvanda ratifikasiya etmək, sonra Zəngəzur mahalında üç dövlət başçısının görüşünü təşkil etmək də olar”.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40520/66/405206664_293:0:2000:1280_1920x0_80_0_0_bc18b84ab20380dbc8d4e96af67c8f2b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
türkiyə ermənistan sərhəd münasibət sürix protokol layihə erməni müharibə azərbaycan
türkiyə ermənistan sərhəd münasibət sürix protokol layihə erməni müharibə azərbaycan
"Erməni layihəsi"nin bağlanmasına fürsət yaranıb - Zahid Oruc
Deputat deyib ki, Azərbaycan dövlətinin sərt müqaviməti bütün ssenariləri pozub.
BAKI, 30 dekabr — Sputnik. “Türkiyə dövləti Amerikadakı keçmiş səfiri, təcrübəli diplomat Sərdar Kılıcı Ermənistan üzrə xüsusi nümayəndəsi təyin edib. Ardınca İrəvan da danışıqlar üzrə öz təmsilçisini rəsmən açıqlayıb. Verilən tarixi qərarların Vətən müharibəsinin birbaşa nəticəsi olduğu hamıya bəllidir, deməli, region təkcə siyasi, iqtisadi və təhlükəsizlik baxımından deyil, eləcə də Türkiyəyə qarşı daim silaha çevrilən “erməni layihəsi”nin bağlanmasına fürsət açır”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O deyib ki, hərbi Zəfərimiz tarixi düşmənçiliyə son qoya, ermənilərlə türk dünyası arasında yeni eranın başlanmasına səbəb ola bilər: “Türkiyə-Ermənistan açılımı düz 12 il qabaq başlamışdı. O illər bilavasitə məxfi danışıqlarda iştirak edən Ermənistanın sabiq naziri Edvard Nalbandyan ötən həftə böyük məqalə ilə çıxış edib. O gizlətmir ki, Sürix protokolları Türkiyəni Azərbaycandan ayırmağa, bölgədə işğalı qoruyub saxlamağa xidmət edirdi və planın müəllifləri Amerika, Fransa, İsveçrə və Avropa Birliyi hətta Rusiyanı da ram etmişdilər.
Lakin Azərbaycan dövlətinin sərt müqaviməti bütün ssenariləri pozdu. O vaxt dövlət katibi xanım Klinton prezident İlham Əliyevi sərhədlərin açılmasına razılıq verməyə çağırmışdı, lakin dövlət başçısı bütün risklərə və təzyiqlərə baxmayaraq, görüşdən imtina etdi. Bununla da iki qardaş ölkə arasında parçalanmaya xidmət edən avantüra baş tutmadı.
Əgər plan gerçəkləşsəydi, Ermənistan Azərbaycanı Qarabağ məsələsində təkləyəcək, sərhədlərin açılması ilə iqtisadi izolyasiyadan çıxacaq, güclənəcək və ölkəmizi beynəlxalq qüvvələrin təzyiqi ilə torpaqlardan imtinaya məcbur edəcəkdi. Nalbandyan etiraf edir ki, Ankaranı Bakıdan qopara bilsəydilər, 2020-ci ildə 44 günlük müharibə, bəlkə də baş verməzdi, Qarabağın taleyi indi fərqli olardı. Deməli, bizi Qələbəyə gətirən yol həm də Sürix prosesi və digər diplomatik tələlərə zərbə vurulmasından keçir”.
Millət vəkili deyib ki, indiki açılım prosesi paralel gedir, Vətən müharibəsinin nəticələrinin “Böyük sülh sazişi”nə daxil edilməsi üçün Əliyev və Ərdoğan arasında vahid siyasət yürüdülür: "Ovaxtkı “normallaşma” isə bizim iradəmizə zidd idi və regionu ələ keçirmək ideyasına xidmət edirdi. İndi İrəvanın Türkiyə və Azərbaycanla barışı onun son xilas şansıdır.
Bakı ilə ədalətli sülh müqaviləsi həm də Ermənistana öz gerbindən Ağrı dağını çıxarmağa, genosid və ərazi iddialarını bir kənara qoymağa məcbur edir. Əlbəttə, hamı yaxşı başa düşür ki, sülh razılaşması tarixən düşmənçilikdən qazananlara, o cümlədən dünya erməniliyinə, onların siyasi biznesinə zərbə vurur. Lakin alternativ yol əbədi müharibədir. Ona görə də Sürix sənədlərinin adını dəyişdirib onu “Əliyev protokolları” kimi İrəvanda ratifikasiya etmək, sonra Zəngəzur mahalında üç dövlət başçısının görüşünü təşkil etmək də olar”.