Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Fransadan təhlükəli gedişlər - strateji maraqlar, yoxsa erməni sevgisi

© AFP 2024 / LUDOVIC MARINFransa
Fransa - Sputnik Azərbaycan, 1920, 25.12.2021
Abunə olmaq
Millət vəkili: Fransa siyasətçilərinin isə bu addımları beynəlxalq hüquq normalarına və təhlükəsizliyə çox ciddi təhlükə yaratmaqdadır.
BAKI, 25 dekabr — Sputnik. Dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etmişdi. Buna görə Azərbaycan tərəfi Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb və ona etiraz notası təqdim edib.
Müharibədən sonrakı dövrdə Fransa yeni reallıqlar şəraitində strateji maraqlarını əsas tutaraq Azərbaycanla münasibətlərində normallaşdırma cəhdləri göstərdi. Bir neçə gün öncə Fransa prezidenti Emanuel Makron və Rusiya prezidenti Vladimir Putin arasında keçirilmiş telefon danışığında da liderlər Cənubi Qafqazda vəziyyətin stabilləşməsindən məmnunluqlarını ifadə etdilər. Buna baxmayaraq Azərbaycan ərazilərinə Fransada keçiriləcək seçkilərdə prezidentliyə namizədin qanunsuz səfəri bir sıra məsələləri yenidən aktuallaşdırdı.
Sputnik Azərbaycan Azərbaycan ərazilərinə edilmiş bu qanunsuz səfərlərin məqsədi və onların qarşısının alınması üçün atıla biləcək addımlarla bağlı millət vəkili Elşad Mirbəşiroğlunun və politoloq Fərhad Məmmədovun fikirlərini öyrənib.
Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, zaman-zaman Fransa öz daranışlarıyla Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir:

“Hətta vaxtilə Fransanın bəzi regionları ilə Qarabağda qurulmuş separatçı rejim arasında sazişlər bağlanmışdı. Azərbaycanın atdığı addımlar nəticəsində bu sazişlər hüquqi qüvvəsini itirmiş oldu. İndiki situasiyada da Azərbaycan XİN-in adekvat reaksiyası Fransanı düşünməyə vadar edəcək”.

© Photo : Social media page of Elshad MirbashirЭльшад Мирбашир, политолог, фото из архива
Эльшад Мирбашир, политолог, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.12.2021
Эльшад Мирбашир, политолог, фото из архива
Millət vəkili qeyd edib ki, Azərbaycan 44 günlük müharibədə münaqişəyə son qoyub, sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verib:
“Fransa siyasətçilərinin isə bu addımları beynəlxalq hüquq normalarına və təhlükəsizliyə çox ciddi təhlükə yaratmaqdadır. Bu baxımdan Fransa höökuməti qanunsuz səfərlərin qarşısının alınması üçün tədbirlər görməlidir”.
Elşad Mirbəşiroğlu onu da vurğulayıb ki, rəsmi Bakı hər zaman qanunsuz səfərlərin edilməsinə qarşı sərt mövqe sərgiləyib:

“Azərbaycan təhlükəsizliyinə və maraqlarına zidd olan addımların qarşısını almaq iqtidarındadır. Azərbaycan ərazilərinə bundan sonra da qanunsuz səfərlər davam edəcəksə, öz ərazilərinə çıxışı məhdudlaşdırmaq üçün bütün imkanları mövcuddur. Bu istiqamətdə hər hansı dəyişiklik baş verməzsə, Laçın dəhlizində öz nəzarətini təmin etmək hüququndan istifadə edəcək”.

Politoloq Fərhad Məmmədov fikrincə, son bir ildə vacib bir transformasiya baş verib:

“Bu da ondan ibarətdir ki, hər hansı sənəddə, hansısa formatın gündəliyində status mövzusuna yer olmadı. Bu baxımdan Qarabağda yaşayan ermənilərin subyekt kimi mövcudluğuna diqqət çəkmək üçün belə səfərlər edirlər. Səfərin forması da maraqlı idi. Yəni bunu edən dövlət təmsilçisi yox, prezidentliyə namizəd idi. Nəzər almaq lazımdır ki, bu səfəri edən hazırkı Fransa prezidentinə də müxalif mövqedə dayanır”.

© Sputnik / Murad OrujovДиректор Центра стратегических исследований при Президенте Азербайджана Фархад Мамедов
Директор Центра стратегических исследований при Президенте Азербайджана Фархад Мамедов - Sputnik Azərbaycan, 1920, 25.12.2021
Директор Центра стратегических исследований при Президенте Азербайджана Фархад Мамедов
Politoloq hesab edir ki, Ermənistanın rəsmi qurumlarının bu səfərin təşkili ilə gərginliyin artırılmasında rolu var:

“Burada sülhməramlıların da rolunu qeyd etməliyik. Çünki onlar da səfərin reallaşmasına imkan veriblər. Buradan çıxarılan nəticə odur ki, Azərbaycan Laçın dəhlizinə nəzarət mexanizmi tətbiq etməlidir”.

“Azərbaycan təhlükəsizlik üçün qarantiya verir. Bu Rusiya sülhməramlılarının da marağındadır. Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət üçün onların fəaliyyəti tam şəffaf olacaq. Digər tərəfdən həmin ərazilərin demilitarizasiyasına xidmət edəcək. Bu da mümkün təhlükələrin qarşısını almaq üçün çx vacib amildir” – deyə politoloq fikirlərini tamamlayıb.
Həmçinin oxuyun:
Azərbaycan Fransaya etiraz etdi - bəzi şəxslərin adları "qara" siyahıya daxil edildi
Rusiya və Fransa prezidentləri yenə Qarabağı müzakirə etdilər
Xəbər lenti
0