https://sputnik.az/20220105/omikron-koronavirusun-butun-stammlarini-usteleyib-437859339.html
Omikron koronavirusun bütün ştammlarını üstələyib
Omikron koronavirusun bütün ştammlarını üstələyib
Sputnik Azərbaycan
Epidemioloqlar omikron ştammının yayılma sürətindən narahatlıq ifadə ediblər. Bir ayda yoluxma sayı 10 nəfərdən 4360 nəfərə çatıb.
2022-01-05T07:15+0400
2022-01-05T07:15+0400
2022-01-05T07:15+0400
dünya xəbərləri
avstriya
omikron ştammı
omikron
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437430479_0:308:2961:1974_1920x0_80_0_0_07815ab3f5bc64cc9093ebf144e2e7bc.jpg
BAKI, 5 yanvar - Sputnik. Avstriyada koronavirusa yoluxma hallarının statistikasında “omikron“ ştammı digər variantları üstələyib.Avstriya Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyi bu barədə məlumat yayıb. Qeyd edilir ki, 2021-ci ilin sonuncu həftəsi gündəlik yoluxma hallarının əksəriyyətinin “omikron“ ştammı ilə baş verdiyi və bu ştammın ölkədə dominant varianta çevrildiyi müəyyən edilib. Belə ki, ilin son həftəsində 2915 nəfər “delta“ ştammına, 4360 nəfər isə “omikron“ ştammına yoluxub. Bununla da 2022-ci ilin əvvəlindən etibarən Avstriyada koronavirusa yoluxmaların mütləq əksəriyyəti “omikron“ ştammı ilə baş verir.Epidemioloqlar “omikron“ ştammının yayılma sürətindən narahatlıq ifadə ediblər. Bildirilib ki, Avstriyada “omikron“ ştammına ilk yoluxma halı 47-ci təqvim həftəsində (22-28 noyabr) aşkarlanıb və həmin vaxt yoluxanların sayı 10 nəfər olub. 51-ci təqvim həftəsində (20-26 dekabr) bu göstərici 1905-ə, ilin sonuncu həftəsində isə 4360-a yüksəlib.İndiyədək əldə olunmuş tibbi biliklər əsasında “omikron“ ştammı ilə yoluxanların xəstəliyi ağır keçirmədikləri qeyd edilir və virusun endemik xəstəliyə çevrilməsini sürətləndirəcəyi ehtimal olunur.Həmçinin oxuyun:Koronavirusun yeni növü peyda oldu: Omikronun "qardaşı" İHU dünyaya gəlibYaponiyada ömürlük COVID-19 peyvəndi hazırlanırHamilə qadınlara və uşaqlara buster doza vurula bilər?Nazirlər Kabineti COVID sertifikatları ilə bağlı qərarı dəyişdi Azərbaycan Omikron ştammı ilə mübarizəyə hazırdırmı?SARS-CoV-2 virusu hansı orqanlarda yaşayır və bədəndə nə qədər qalır? Şok araşdırma
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437430479_230:0:2961:2048_1920x0_80_0_0_089431774d42a908f4231c534c414012.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
omikron sürətlə yayılır qarşısını ala bilməmək qorxusu var
omikron sürətlə yayılır qarşısını ala bilməmək qorxusu var
Omikron koronavirusun bütün ştammlarını üstələyib
Epidemioloqlar omikron ştammının yayılma sürətindən narahatlıq ifadə ediblər. Bir ayda yoluxma sayı 10 nəfərdən 4360 nəfərə çatıb.
BAKI, 5 yanvar - Sputnik. Avstriyada koronavirusa yoluxma hallarının statistikasında “omikron“ ştammı digər variantları üstələyib.
Avstriya Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyi bu barədə məlumat yayıb.
Qeyd edilir ki, 2021-ci ilin sonuncu həftəsi gündəlik yoluxma hallarının əksəriyyətinin “omikron“ ştammı ilə baş verdiyi və bu ştammın ölkədə dominant varianta çevrildiyi müəyyən edilib. Belə ki, ilin son həftəsində 2915 nəfər “delta“ ştammına, 4360 nəfər isə “omikron“ ştammına yoluxub. Bununla da 2022-ci ilin əvvəlindən etibarən Avstriyada koronavirusa yoluxmaların mütləq əksəriyyəti “omikron“ ştammı ilə baş verir.
Epidemioloqlar “omikron“ ştammının yayılma sürətindən narahatlıq ifadə ediblər. Bildirilib ki, Avstriyada “omikron“ ştammına ilk yoluxma halı 47-ci təqvim həftəsində (22-28 noyabr) aşkarlanıb və həmin vaxt yoluxanların sayı 10 nəfər olub. 51-ci təqvim həftəsində (20-26 dekabr) bu göstərici 1905-ə, ilin sonuncu həftəsində isə 4360-a yüksəlib.
İndiyədək əldə olunmuş tibbi biliklər əsasında “omikron“ ştammı ilə yoluxanların xəstəliyi ağır keçirmədikləri qeyd edilir və virusun endemik xəstəliyə çevrilməsini sürətləndirəcəyi ehtimal olunur.