Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hamilə qadınlara və uşaqlara buster doza vurula bilər?

© AFP 2024 / RAUL ARBOLEDAHamilə qadın, arxiv şəkli
Hamilə qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.12.2021
Abunə olmaq
Həkim-infeksionist bildirib ki, Azərbaycanda da ÜST-ün tövsiyələrinə əsasən qərar verilir.
BAKI, 29 dekabr — Sputnik. Nazirlər Kabinetinin qərarına əsasən gələn il fevral ayının 15-dən etibarən vaksin sertifikatları etibarsız hesab ediləcək. Vətəndaşlara buster doza vaksin vurdurmaq tövsiyə olunur. Əks halda buster doza vaksin olunmayanlar gələn ilin fevral ayının 15-dən qapalı məkanlara daxil ola bilməyəcəklər.
Sputnik Azərbaycan buster doza vaksinin hamilə qadınlara və uşaqlara vurulmasının mümkün olub-olmadığını araşdırıb.
Həkim-infeksionist Vasif Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, araşdırmalara görə, koronavirus əleyhinə vaksinlər hamilə qadınlara və uşaqlara vurula bilər:
"Bu barədə ÜST-ün tövsiyələrinə əsasən qərar verilir. Peyvəndlər, araşdırmalara əsasən, tövsiyə xarakteri daşıyır. Hamilə qadınlara koronavirus əleyhinə vaksin vurulması onların öz istəyinə əsaslanır. Bütün hamilə qadınlara bunu şamil etmək olmaz.
Əgər peyvənd olunmasına bir əngəl yoxdursa, təbii ki, vaksin oluna bilər. Vaksinin bütün hamilə qadınlara vurulması tələbi yoxdur. Azərbaycanda da verilən tövsiyələrə əsasən, hamilə qadınlara da peyvənd vurulması barədə qərar verilib. Ona görə də buster doza vaksin hamilələrə vurulması onların öz istəyinə əsasən mümkündür".
V.Əliyev həmçinin qeyd edib ki, uşaqlara da buster doza peyvənd vurula bilər: "Əgər ölkəmizdə uşaqlara koronavirus əleyhinə vaksinasiya yaşına uğun olaraq hansı uşaq iki doza peyvənd olunubsa, buster doza da vurdura bilər".
Xatırladaq ki, Azərbaycanda yaşı 12 və daha yuxarı olan uşaqlar və yeniyetmələr COVID-19 əleyhinə "Pfizer" vaksini ilə peyvəndlənirlər. Uşaqların vaksinasiyası hər iki valideynin icazəsi ilə həyata keçirilir.
Qeyd edək ki, son günlər dünyada, eləcə də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında artım müşahidə edilir. COVID-19 virusunun "Delta" ştammı ilə müqayisədə belə, daha yoluxdurucu olan AY.4.2 növü bir sıra dünya ölkələrində, habelə qonşu Rusiyada geniş yayılıb.
Mütəxəssislər COVID-19-un yoluxduruculuq və letallıq faizinin daha yüksək olduğu yeni mutasiyaların yaranma ehtimalını nəzərə alaraq vətəndaşların buster (qüvvətləndirici) doza ilə peyvəndlənməsini tövsiyə edir.
Eləcə də oxuyun:
* Nazirlər Kabineti COVID sertifikatları ilə bağlı qərarı dəyişdi
* Azərbaycan Omikron ştammı ilə mübarizəyə hazırdırmı?
* SARS-CoV-2 virusu hansı orqanlarda yaşayır və bədəndə nə qədər qalır? Şok araşdırma
Xəbər lenti
0