https://sputnik.az/20211230/azerbaycan-omikron-stammi-ile-mubarizeye-hazirdirmi-437641674.html
Azərbaycan Omikron ştammı ilə mübarizəyə hazırdırmı?
Azərbaycan Omikron ştammı ilə mübarizəyə hazırdırmı?
Sputnik Azərbaycan
İnfeksionist "Omikron" ştammında xüsusi müalicə protokolunun olmadığını bildirir.
2021-12-30T09:30+0400
2021-12-30T09:30+0400
2021-12-30T09:30+0400
koronavirus
cəmiyyət
ştamm
omikron
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437624803_0:23:3072:1751_1920x0_80_0_0_c7bd0decd55e7695ec098030b945a0fb.jpg
BAKI, 30 dekabr — Sputnik. Artıq bir neçə gündür ki, dünyanın nüfuzlu qurumları, səhiyyə təşkilatları koronavirusun yeni ştammı olan “Omikron”la bağlı narahatlıq doğuran bəyanatlar səsləndirir.Ötən gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni ştammı “Omikron”un virusun digər variantlarından daha sürətli yayıldığını rəsmən təsdiqləməyə hazırlaşdığını bəyan edib. Bu barədə ÜST-ün rəhbəri doktor Tedros Qebreyesus Cenevrədəki brifinqdə çıxışında bildirib:Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də koronavirusun “Omikron” ştammının sürətlə yayıldığını bəyan edib. O bildirib ki, yanvarın ortalarınadək Avropada “Omikron” ştammı “Delta” ştammını üstələyərək dominantlıq edəcək. Lyayen əlavə edib ki, qitədə kifayət qədər vaksin ehtiyatı var və peyvəndləmə sürəti artırılmalıdır.Bəs görəsən, Azərbaycanda “Omikron”a yoluxmanın qarşısını almaq, bu ştammla mübarizə aparmaq üçün hansı işlər görülür? "Omikron" təhlükəsinə hazırıqmı?TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, hazırda fəaliyyət göstərən xəstəxanalarda kifayət qədər çarpayı sayı mövcuddur:"Delta", yoxsa "Omikron" - hansı daha təhlükəlidir?Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “Omikron”la bağlı dünyanın nüfuzlu təşkilatlarının səsləndirdiyi fikirlər əsaslıdır.F.Sədirovun sözlərinə görə, “Omikron” koronavirusun "Delta" ştammı ilə müqayisədə daha yüngül xəstəlik törədən olsa da, yoluxduruculuq qabiliyyəti yüksəkdir:Vaksin də üç ay qoruyurMərkəzin baş infeksionisti onu da qeyd edib ki, "Omikron" ştammı ilə bağlı dünya səhiyyə qurumlarının əsas tövsiyəsi vaksin olunmaqdır:F.Sədirov hazırda koronavirusun "Omikron" ştammına qarşı hansısa vaksinin daha effektli olduğu barədə qəti fikir söyləməyin çətin olduğunu bildirir. Onun sözlərinə görə, indiyədək ikinci dozadan sonra insanlarda "Omikron" ştammına qarşı qoruyuculuq cəmi 25 faizdir:"Üçüncü dozadan sonra bu rəqəm "Pfizer" vaksinində 70 faizi keçir. Amma əfsuslar olsun ki, vaksin vurulduqdan üç ay sonra qoruyuculuq yenidən 20-25 faizə enir. Ona görə də artıq dünyada buster doza vaksinasiya 6 ay yox, 3 aydan sonra tövsiyə edilir".Əlamətlər eynidirsə, "Omikron"a yoluxduğumuzu necə anlayaq?F.Sədirov deyir ki, bütün ştammlarda olduğu kimi, koronavirusun yeni "Omikron" ştammında da əsas tədbir qorunmanı gücləndirməkdir:İnfeksionist "Omikron" ştammında xüsusi müalicə protokolunun olmadığını bildirir. Onun sözlərinə görə, bütün ştammlara qarşı müalicədə dəstəkləyici tədbirlər eyni aparılır, yeni müalicə metodu yoxdur.F.Sədirov "Omikron" ştammına yoluxma əlamətlərinin də fərqli olduğu fikri ilə razılaşmadığını söyləyir. Həmsöhbətimiz deyir ki, koronavirusun bütün ştammlarında ümumi simptomlar müşahidə olunur:"Hərarət, baş ağrısı, gecə tərləmə, halsızlıq, boğaz ağrısı koronavirusun əsas əlamətləridir. Bu əlamətlərdən hansı varsa, demək olmaz ki, mən mütləq "Omikron" ştammına yoluxmuşam. Bu ancaq laborator müayinə ilə təsdiqlənə bilər" .İndiyədək ölkəmizdə "Omikron" ştammına yoluxma rəsmi təsdiqlənməsə də, F.Sədirov Azərbaycanda bu ştamma yoluxmanın olduğunu da istisna etmir."Omikron"un əsas xüsusiyyəti açıqlandıXatırladaq ki, "Omikron" ştammının yoluxduruculuğu çoxdur, öldürücülük qabiliyyəti isə nisbətən zəifdir.Məlumat üçün bildirək ki, koronavirusun “Omikron” ştammını ilk aşkarlayan mütəxəssis, Cənubi Afrika Tibb Assosiasiyasının prezidenti Anjelika Kutzi yeni variantın təhlükəsi haqqında xəbərdarlıq edib. “Omikron” ştammını aşkarlamaqla bu barədə yuxarı orqanlara məlumat verən və dünyada bununla tanınan həkim COVID-19-un ən mutasiyaya uğramış variantı haqqında danışıb. Kutzi peyvənd olunmayanların bu virusu 100 faiz yayma potensialı olduğunu vurğulayıb. O, elmi olaraq B.1.1.529 kimi tanınan ştammın Hindistanda da geniş yayıla biləcəyini diqqətə çatdırıb."Hazırda istifadə olunan bütün peyvəndlər çoxlu sayda mutasiyaya uğramış variantlara qarşı təsirlidir", - Cənubi Afrika Tibb Assosiasiyasının prezidenti əlavə edib. Mütəxəssis habelə bildirib ki, peyvənd olunmayanların bu xəstəliyə yoluxma riski 100 faizdir. "Əgər peyvənd olunmusunuzsa və ya əvvəllər xəstələnmisinizsə, virusun üçdə birini yaya bilərsiniz", - Anjelika Kutzi vurğulayıb.Yeni ştamm qapımızın ağzındadırXatırladaq ki, koronavirusun yeni ştammı noyabr ayında Cənubi Afrika və Botsvanada aşkar edilib. Yoluxmuşlar güclü yorğunluq hissindən şikayətləniblər, lakin onların dad və qoxu bilmə problemi olmayıb.İndiyədək dünyanın 100-dən çox ölkəsində koronavirus infeksiyasının "Omikron" ştammı aşkarlanıb. "Omikron" ştammı ölkəmizin sərhədlərinə qədər gəlib çatıb. Azərbaycanla qonşu olan Türkiyə, Rusiya, İran, Gürcüstanda koronavirusun yeni ştammı olan "Omikron"a yoluxma halları sürətlə artmaqdadır. Rusiyada bu ştammla yoluxma hallarının 25-i rəsmi olaraq təsdiqlənib.Azərbaycanda isə hələ ki, koronavirus infeksiyasının "Omikron" ştammına yoluxma faktı aşkarlanmayıb. Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib ki, bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalar davam edir:"Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində klaster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb. Yeni ştamm aşkar olunacağı təqdirdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək".Dünya "Omikron"a görə qaydaları sərtləşdirirAzərbaycan "Omikron" ştammı ilə bağlı sərt karantin tədbirlərinə keçməsə də, Baş nazir Əli Əsədov bir müddət öncə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb. Qərarla Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-dək uzadılıb.Azərbaycandan fərqli olaraq bəzi ölkələr artıq "Omikron" ştammı ilə bağlı əcnəbi turistlərin ölkəyə girişinə məhdudiyyətlər tətbiq etməyə başlayıb. Tailand hökuməti COVID-19 virusunun "Omikron" ştammının axınının qarşısını almaq üçün əcnəbi turistlərin karantinsiz ölkəyə daxil olması ilə bağlı qeydiyyat sistemini müvəqqəti dayandırıb.Yeni ştamma davamlı vaksin hazırlanırQeyd edək ki, "Omikron" ştammının sürətli yoluxduruculuq qabiliyyətini nəzərə alan peyvənd istehsalçıları bu ştamma davamlı vaksin hazırlamağa başlayıblar. Koronavirusa qarşı eyni adlı peyvəndi hazırlayan Oksford Universiteti və İngiltərə-İsveç şirkəti olan "AstraZeneca" "Omikron" ştammına qarşı preparat yaratmağa start verib:""Oksford Universiteti ilə birlikdə, ehtiyac olarsa, "Omikron" ştammına qarşı peyvəndin variantını istehsal etmək üçün ilkin addımlar atmağa qərar vermişik".Oksfordun tədqiqat qrupunun rəhbəri Send Duqlas bildirib ki, adenovirus əsasında yaradılmış peyvəndlər prinsipcə istənilən yeni ştamma qarşı daha tez təsir etməsi üçün tətbiq oluna bilər.Alimlərin fikrincə, lazım olduqda 100 gün ərzində peyvənd modifikasiyasını hazırlaya biləcəklər.Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun "Omikron" ştammının 106 ölkədə aşkar olunduğunu bildirib.Həmçinin oxuyun:Omikron ştammının yayılmasını necə ləngitmək olar?"Omikron" ştammına qarşı peyvənd hazırlanırÜST-dən milad bayramı ilə bağlı təklif"Omikron"un bu simptomu özünü gecələr göstərirÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437624803_301:0:3032:2048_1920x0_80_0_0_e544f31c2482cf6aa9b7ac31b65c7bad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan omikron ştammına nə dərəcədə hazırdır?
azərbaycan omikron ştammına nə dərəcədə hazırdır?
Azərbaycan Omikron ştammı ilə mübarizəyə hazırdırmı?
İndiyədək ölkəmizdə "Omikron" ştammına yoluxma rəsmi təsdiqlənməsə də, F.Sədirov Azərbaycanda bu ştamma yoluxmanın olduğunu da istisna etmir.
BAKI, 30 dekabr — Sputnik. Artıq bir neçə gündür ki, dünyanın nüfuzlu qurumları, səhiyyə təşkilatları koronavirusun yeni ştammı olan “Omikron”la bağlı narahatlıq doğuran bəyanatlar səsləndirir.
Ötən gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni ştammı “Omikron”un virusun digər variantlarından daha sürətli yayıldığını rəsmən təsdiqləməyə hazırlaşdığını bəyan edib. Bu barədə ÜST-ün rəhbəri doktor Tedros Qebreyesus Cenevrədəki brifinqdə çıxışında bildirib:
“İndi “Omikron”un “Delta”dan daha sürətlə yayıldığına dair güclü sübutlar var və peyvənd vurdurmuş yaxud da xəstə olan insanların yenidən yoluxma ehtimalı yüksəkdir”.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də koronavirusun “Omikron” ştammının sürətlə yayıldığını bəyan edib. O bildirib ki, yanvarın ortalarınadək Avropada “Omikron” ştammı “Delta” ştammını üstələyərək dominantlıq edəcək. Lyayen əlavə edib ki, qitədə kifayət qədər vaksin ehtiyatı var və peyvəndləmə sürəti artırılmalıdır.
Bəs görəsən, Azərbaycanda “Omikron”a yoluxmanın qarşısını almaq, bu ştammla mübarizə aparmaq üçün hansı işlər görülür? "Omikron" təhlükəsinə hazırıqmı?
TƏBİB-dən
Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, hazırda fəaliyyət göstərən xəstəxanalarda kifayət qədər çarpayı sayı mövcuddur:
"Bundan başqa, ehtiyat pandemiya xəstəxanaları var ki, onlar da ehtiyac olduqda koronavirusla mübarizə prosesinə cəlb oluna bilər. Bununla belə, bildiyiniz kimi, hazırda ölkəmizdə buster doza ilə vaksinasiya sürətli şəkildə davam edir. Ümumilikdə isə ölkədə vaksin ehtiyatı da kifayət qədərdir. Bununla bağlı hər hansı problem yoxdur".
"Delta", yoxsa "Omikron" - hansı daha təhlükəlidir?
Kliniki Tibbi Mərkəzin baş infeksionisti
Fərrux Sədirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “Omikron”la bağlı dünyanın nüfuzlu təşkilatlarının səsləndirdiyi fikirlər əsaslıdır.
F.Sədirovun sözlərinə görə, “Omikron” koronavirusun "Delta" ştammı ilə müqayisədə daha yüngül xəstəlik törədən olsa da, yoluxduruculuq qabiliyyəti yüksəkdir:
"Elmi araşdırmalara görə, “Omikron” "Delta" ştammı ilə müqayisədə 20-25 faiz daha yüngül klinik gedişata səbəb olur. Amma nəzərə alsaq ki, "Delta" ştammı ilə müqayisədə daha yoluxdurucudur, bu zaman xəstə sayının artma ehtimalı böyükdür. "Delta" ştammı, tutaq ki, 10 nəfəri yoluxdurub ondan 7-ni xəstələndirirdisə, "Omirkon" ştammı isə 10 nəfərdən 5-ni xəstələndirsə də, ən azı 20 nəfəri yoluxdurur. Bir virusun yoluxduruculuq qabiliyyəti yüksək olduqda xəstə sayı da o qədər çox olur. Bu baxımdan "Omikron" ştammı təhlükəli sayılır. "Delta" ştammı ilə müqayisədə ağır xəstəlik faizi aşağı olsa da, yoluxduruculuq faizi yüksək olduğundan xəstə sayı da artır".
Mərkəzin baş infeksionisti onu da qeyd edib ki, "Omikron" ştammı ilə bağlı dünya səhiyyə qurumlarının əsas tövsiyəsi vaksin olunmaqdır:
"ÜST də bəyan edib ki, "Omikron" ştammında yoluxduruculuq qabiliyyəti yüksək olduğundan yoluxma zəncirini qırmaq üçün əhali koronavirus əleyhinə vaksin olunmalıdır".
F.Sədirov hazırda koronavirusun "Omikron" ştammına qarşı hansısa vaksinin daha effektli olduğu barədə qəti fikir söyləməyin çətin olduğunu bildirir. Onun sözlərinə görə, indiyədək ikinci dozadan sonra insanlarda "Omikron" ştammına qarşı qoruyuculuq cəmi 25 faizdir:
"Üçüncü dozadan sonra bu rəqəm "Pfizer" vaksinində 70 faizi keçir. Amma əfsuslar olsun ki, vaksin vurulduqdan üç ay sonra qoruyuculuq yenidən 20-25 faizə enir. Ona görə də artıq dünyada buster doza vaksinasiya 6 ay yox, 3 aydan sonra tövsiyə edilir".
Əlamətlər eynidirsə, "Omikron"a yoluxduğumuzu necə anlayaq?
F.Sədirov deyir ki, bütün ştammlarda olduğu kimi, koronavirusun yeni "Omikron" ştammında da əsas tədbir qorunmanı gücləndirməkdir:
"Omikron" ştammından xüsusi qorunma üsulu yoxdur. Bütün ştammlarda qorunma tədbirləri eynidir - sosial məsafə, əllərin gigiyenası və tibbi maskadan istifadə..."
İnfeksionist "Omikron" ştammında xüsusi müalicə protokolunun olmadığını bildirir. Onun sözlərinə görə, bütün ştammlara qarşı müalicədə dəstəkləyici tədbirlər eyni aparılır, yeni müalicə metodu yoxdur.
F.Sədirov "Omikron" ştammına yoluxma əlamətlərinin də fərqli olduğu fikri ilə razılaşmadığını söyləyir. Həmsöhbətimiz deyir ki, koronavirusun bütün ştammlarında ümumi simptomlar müşahidə olunur:
"Hərarət, baş ağrısı, gecə tərləmə, halsızlıq, boğaz ağrısı koronavirusun əsas əlamətləridir. Bu əlamətlərdən hansı varsa, demək olmaz ki, mən mütləq "Omikron" ştammına yoluxmuşam. Bu ancaq laborator müayinə ilə təsdiqlənə bilər" .
İndiyədək ölkəmizdə "Omikron" ştammına yoluxma rəsmi təsdiqlənməsə də, F.Sədirov Azərbaycanda bu ştamma yoluxmanın olduğunu da istisna etmir.
"Omikron"un əsas xüsusiyyəti açıqlandı
Xatırladaq ki, "Omikron" ştammının yoluxduruculuğu çoxdur, öldürücülük qabiliyyəti isə nisbətən zəifdir.
Məlumat üçün bildirək ki, koronavirusun “Omikron” ştammını ilk aşkarlayan mütəxəssis, Cənubi Afrika Tibb Assosiasiyasının prezidenti Anjelika Kutzi yeni variantın təhlükəsi haqqında xəbərdarlıq edib. “Omikron” ştammını aşkarlamaqla bu barədə yuxarı orqanlara məlumat verən və dünyada bununla tanınan həkim COVID-19-un ən mutasiyaya uğramış variantı haqqında danışıb. Kutzi peyvənd olunmayanların bu virusu 100 faiz yayma potensialı olduğunu vurğulayıb. O, elmi olaraq B.1.1.529 kimi tanınan ştammın Hindistanda da geniş yayıla biləcəyini diqqətə çatdırıb.
"Hazırda istifadə olunan bütün peyvəndlər çoxlu sayda mutasiyaya uğramış variantlara qarşı təsirlidir", - Cənubi Afrika Tibb Assosiasiyasının prezidenti əlavə edib. Mütəxəssis habelə bildirib ki, peyvənd olunmayanların bu xəstəliyə yoluxma riski 100 faizdir. "Əgər peyvənd olunmusunuzsa və ya əvvəllər xəstələnmisinizsə, virusun üçdə birini yaya bilərsiniz", - Anjelika Kutzi vurğulayıb.
“Amma peyvənd olunmayanların bu virusu yayma potensialı 100 faizdir”, - o bildirib.
Yeni ştamm qapımızın ağzındadır
Xatırladaq ki, koronavirusun yeni ştammı noyabr ayında Cənubi Afrika və Botsvanada aşkar edilib. Yoluxmuşlar güclü yorğunluq hissindən şikayətləniblər, lakin onların dad və qoxu bilmə problemi olmayıb.
İndiyədək dünyanın 100-dən çox ölkəsində koronavirus infeksiyasının "Omikron" ştammı aşkarlanıb. "Omikron" ştammı ölkəmizin sərhədlərinə qədər gəlib çatıb. Azərbaycanla qonşu olan Türkiyə, Rusiya, İran, Gürcüstanda koronavirusun yeni ştammı olan "Omikron"a yoluxma halları sürətlə artmaqdadır. Rusiyada bu ştammla yoluxma hallarının 25-i rəsmi olaraq təsdiqlənib.
Azərbaycanda isə hələ ki, koronavirus infeksiyasının "Omikron" ştammına yoluxma faktı aşkarlanmayıb. Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib ki, bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalar davam edir:
"Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində klaster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb. Yeni ştamm aşkar olunacağı təqdirdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək".
Dünya "Omikron"a görə qaydaları sərtləşdirir
Azərbaycan "Omikron" ştammı ilə bağlı sərt karantin tədbirlərinə keçməsə də, Baş nazir Əli Əsədov bir müddət öncə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb. Qərarla Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-dək uzadılıb.
Azərbaycandan fərqli olaraq bəzi ölkələr artıq "Omikron" ştammı ilə bağlı əcnəbi turistlərin ölkəyə girişinə məhdudiyyətlər tətbiq etməyə başlayıb. Tailand hökuməti COVID-19 virusunun "Omikron" ştammının axınının qarşısını almaq üçün əcnəbi turistlərin karantinsiz ölkəyə daxil olması ilə bağlı qeydiyyat sistemini müvəqqəti dayandırıb.
Yeni ştamma davamlı vaksin hazırlanır
Qeyd edək ki, "Omikron" ştammının sürətli yoluxduruculuq qabiliyyətini nəzərə alan peyvənd istehsalçıları bu ştamma davamlı vaksin hazırlamağa başlayıblar. Koronavirusa qarşı eyni adlı peyvəndi hazırlayan Oksford Universiteti və İngiltərə-İsveç şirkəti olan "AstraZeneca" "Omikron" ştammına qarşı preparat yaratmağa start verib:
""Oksford Universiteti ilə birlikdə, ehtiyac olarsa, "Omikron" ştammına qarşı peyvəndin variantını istehsal etmək üçün ilkin addımlar atmağa qərar vermişik".
Oksfordun tədqiqat qrupunun rəhbəri Send Duqlas bildirib ki, adenovirus əsasında yaradılmış peyvəndlər prinsipcə istənilən yeni ştamma qarşı daha tez təsir etməsi üçün tətbiq oluna bilər.
Alimlərin fikrincə, lazım olduqda 100 gün ərzində peyvənd modifikasiyasını hazırlaya biləcəklər.
Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun "Omikron" ştammının 106 ölkədə aşkar olunduğunu bildirib.