Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Nazirlər Kabineti COVID sertifikatları ilə bağlı qərarı dəyişdi

© AFP 2024 / LENNART PREISSСвидетельство о вакцинации от коронавируса, фото из архива
Свидетельство о вакцинации от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.12.2021
Abunə olmaq
Nazirlər Kabinetinin qəbul etdiyi qərar 2022-ci il 15 fevral tarixindən qüvvəyə minir.
BAKI, 30 dekabr — Sputnik. Nazirlər Kabineti “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda dəyişiklik edib.
Qaydaya əsasən, hazırda COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə müddətsizdir.
Dəyişikliyə əsasən, COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.
Bu vaxta qədər qüvvədə olan qərara əsasən, etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını 56 gün ərzində aldıqda müddətsiz idi. Ancaq bu müddəadan 56 gün çıxarılır. Beləliklə, etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.
Bu Qərar 2022-ci il 15 fevral tarixindən qüvvəyə minir.

Karantin qaydalarına da dəyişiklik edilib

Eyni zamanda Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edib.
Dəyişikliyə görə, 2022-ci il fevralın 15-dən etibarən yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər.
2022-ci il fevralın 15-dən etibarən bu Qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələri işçilərindən etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək.
Bundan əvvəl yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərdilər.
2022-ci il fevralın 1-dən etibarən bu Qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilirdi.
Bu Qərar da 2022-ci il 15 fevral tarixindən qüvvəyə minir.
Eləcə də oxuyun:
* Operativ Qərargahın brifinqində hansı qərarlar verildi?
Xəbər lenti
0