https://sputnik.az/20220104/koronavirusun-yeni-novu-peyda-oldu---dunya-yeniden-narahatdir-437853219.html
Koronavirusun yeni növü peyda oldu: Omikronun "qardaşı" İHU dünyaya gəlib
Koronavirusun yeni növü peyda oldu: Omikronun "qardaşı" İHU dünyaya gəlib
Sputnik Azərbaycan
Fransaya Kamerundan səyahət edən 12 turistdə koronavirusun bu yeni növü aşkarlanıb. 04.01.2022, Sputnik Azərbaycan
2022-01-04T16:19+0400
2022-01-04T16:19+0400
2022-01-04T16:25+0400
səhiyyə
fransa
çin
koronavirus
covid-19
omikron ştammı
omikron
ümumdünya səhiyyə təşkilatı
astrazeneca
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437624803_0:23:3072:1751_1920x0_80_0_0_c7bd0decd55e7695ec098030b945a0fb.jpg
BAKI, 4 yanvar — Sputnik. İki ildən də artıq bir müddətdir ki, dünyanı cənginə alan koronavirusun yeni növü peyda olub. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, virusun yeni növü Fransada peyda olub. Fransaya Kamerundan səyahət edən 12 turistdə virusun bu növü aşkarlanıb. Bu növü aşkarlayan tibb departamentinin rəhbəri Filip Colcon isə virusun yeni ştammına "İHU" adını verib.Qeyd edək ki, virusun yeni növünün aşkarlandığı Fransada hazırda Omicron ştammı ümumi yoluxmaların 60 faizini təşkil edir.Bundan başqa, qeyd edək ki, virusun yeni növü hələlik başqa bir ölkədə aşkara çıxmayıb.Xatırladaq ki, 2019-cu ilin noyabrında Çində ilk dəfə olaraq COVID-19 aşkarlanıb, qısa müddətdə virus bütün dünyaya yayılıb və artıq iki ildən də çoxdur ki, dünyada pandemiya vəziyyəti davam edir.Koronavirusun ən son yayılan ştammı omikron hesab edilirdi.Omikrondan ilk ölüm halı qeydə alınıbBu arada Cənubi Koreyada koronavirusun “Omikron” ştamından ilk ölüm faktı qeydə alınıb.Paytaxt Seulun 329 km cənubundakı Kvancu şəhərində 2 nəfər koronavirusdan vəfat edib.Yaşı 90-dan yuxarı olan şəxslərin ölümdən sonrakı testləri “Omikron” ştamına dair müsbət nəticə verib.Qeyd edək ki, "Omikron" ştammının sürətli yoluxduruculuq qabiliyyətini nəzərə alan peyvənd istehsalçıları bu ştamma davamlı vaksin hazırlamağa başlayıblar. Koronavirusa qarşı eyni adlı peyvəndi hazırlayan Oksford Universiteti və İngiltərə-İsveç şirkəti olan "AstraZeneca" "Omikron" ştammına qarşı preparat yaratmağa start verib:""Oksford Universiteti ilə birlikdə, ehtiyac olarsa, "Omikron" ştammına qarşı peyvəndin variantını istehsal etmək üçün ilkin addımlar atmağa qərar vermişik".Oksfordun tədqiqat qrupunun rəhbəri Send Duqlas bildirib ki, adenovirus əsasında yaradılmış peyvəndlər prinsipcə istənilən yeni ştamma qarşı daha tez təsir etməsi üçün tətbiq oluna bilər.Alimlərin fikrincə, lazım olduqda 100 gün ərzində peyvənd modifikasiyasını hazırlaya biləcəklər.Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun "Omikron" ştammının 106 ölkədə aşkar olunduğunu bildirib.Həmçinin oxuyun:Yaponiyada ömürlük COVID-19 peyvəndi hazırlanırHamilə qadınlara və uşaqlara buster doza vurula bilər?Nazirlər Kabineti COVID sertifikatları ilə bağlı qərarı dəyişdi Azərbaycan Omikron ştammı ilə mübarizəyə hazırdırmı?SARS-CoV-2 virusu hansı orqanlarda yaşayır və bədəndə nə qədər qalır? Şok araşdırma
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437624803_301:0:3032:2048_1920x0_80_0_0_e544f31c2482cf6aa9b7ac31b65c7bad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
covid-19-un yeni mutasiyası yaranıb dünya şok içindədir
covid-19-un yeni mutasiyası yaranıb dünya şok içindədir
Koronavirusun yeni növü peyda oldu: Omikronun "qardaşı" İHU dünyaya gəlib
16:19 04.01.2022 (Yenilənib: 16:25 04.01.2022) Fransaya Kamerundan səyahət edən 12 turistdə koronavirusun bu yeni növü aşkarlanıb.
BAKI, 4 yanvar — Sputnik. İki ildən də artıq bir müddətdir ki, dünyanı cənginə alan koronavirusun yeni növü peyda olub.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, virusun yeni növü Fransada peyda olub.
Fransaya Kamerundan səyahət edən 12 turistdə virusun bu növü aşkarlanıb. Bu növü aşkarlayan tibb departamentinin rəhbəri Filip Colcon isə virusun yeni ştammına "İHU" adını verib.
Qeyd edək ki, virusun yeni növünün aşkarlandığı Fransada hazırda Omicron ştammı ümumi yoluxmaların 60 faizini təşkil edir.
Bundan başqa, qeyd edək ki, virusun yeni növü hələlik başqa bir ölkədə aşkara çıxmayıb.
Xatırladaq ki, 2019-cu ilin noyabrında Çində ilk dəfə olaraq COVID-19 aşkarlanıb, qısa müddətdə virus bütün dünyaya yayılıb və artıq iki ildən də çoxdur ki, dünyada pandemiya vəziyyəti davam edir.
Koronavirusun ən son yayılan ştammı omikron hesab edilirdi.
Omikrondan ilk ölüm halı qeydə alınıb
Bu arada Cənubi Koreyada koronavirusun “Omikron” ştamından ilk ölüm faktı qeydə alınıb.
Paytaxt Seulun 329 km cənubundakı Kvancu şəhərində 2 nəfər koronavirusdan vəfat edib.
Yaşı 90-dan yuxarı olan şəxslərin ölümdən sonrakı testləri “Omikron” ştamına dair müsbət nəticə verib.
Qeyd edək ki, "Omikron" ştammının sürətli yoluxduruculuq qabiliyyətini nəzərə alan peyvənd istehsalçıları bu ştamma davamlı vaksin hazırlamağa başlayıblar. Koronavirusa qarşı eyni adlı peyvəndi hazırlayan Oksford Universiteti və İngiltərə-İsveç şirkəti olan "AstraZeneca" "Omikron" ştammına qarşı preparat yaratmağa start verib:
""Oksford Universiteti ilə birlikdə, ehtiyac olarsa, "Omikron" ştammına qarşı peyvəndin variantını istehsal etmək üçün ilkin addımlar atmağa qərar vermişik".
Oksfordun tədqiqat qrupunun rəhbəri Send Duqlas bildirib ki, adenovirus əsasında yaradılmış peyvəndlər prinsipcə istənilən yeni ştamma qarşı daha tez təsir etməsi üçün tətbiq oluna bilər.
Alimlərin fikrincə, lazım olduqda 100 gün ərzində peyvənd modifikasiyasını hazırlaya biləcəklər.
Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun "Omikron" ştammının 106 ölkədə aşkar olunduğunu bildirib.