https://sputnik.az/20211228/pasinyanin-cixislari-ile-bagli-tam-optimist-olmaq-olmaz---sefiyev-437674867.html
Paşinyanın çıxışları ilə bağlı tam optimist olmaq olmaz - Şəfiyev
Paşinyanın çıxışları ilə bağlı tam optimist olmaq olmaz - Şəfiyev
Sputnik Azərbaycan
Fərid Şəfiyev qeyd edib ki, bu mövzuda da Şuşada beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur ki, burada beynəlxalq ekspertlərin iştirakı da gözlənilir.
2021-12-28T14:15+0400
2021-12-28T14:15+0400
2021-12-28T14:17+0400
nikol paşinyan
azərbaycan xəbərləri
çıxış
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427931175_0:0:2973:1673_1920x0_80_0_0_972ffdb1696df9bd9b0e32de35959575.jpg
BAKI, 28 dekabr — Sputnik. Azərbaycan artıq öz gücü və təsirinə görə dünyada orta gücə çevrilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev 2021-ci ildə Mərkəzin fəaliyyətinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.Fərid Şəfiyev bildirib ki, qarşıdakı ildə BMTM-nin əsas prioritetlərindən biri post-münaqişə ilə bağlı tezislərin beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.Onun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafı, əldə etdiyi nailiyyətlər, beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri ölkənin daha fərqli status almasına imkan verir. "Azərbaycan artıq orta gücə (middle power) çevrilib".Fərid Şəfiyev qeyd edib ki, bu mövzuda da Şuşada beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur ki, burada beynəlxalq ekspertlərin iştirakı da gözlənilir.Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan arasında əlaqələr barədə danışan Fərid Şəfiyev deyib ki, 2021-ci ildə əlaqələrin normallaşması üçün addımların atılması istiqamətində müsbət dinamika müşahidə olunur. "Liderlərin Soçi və Brüssel görüşləri xüsusi ilə qeyd olunmalıdır. Bu günlərdə də Ermənistan hökumətindən müsbət mesajlar qeydə alınır. Ermənistan rəhbərliyi, Baş nazir Nikol Paşinyan və onun komandası anlayır ki ölkənin perspektivləri məhduddur, yeganə yol isə qonşu ölkələrlə, Azərbaycan və Türkiyə ilə münasibətin normallaşmasıdır".Fərid Şəfiyev deyib ki, N.Paşinyanın seçkidə qalib gəlməsi o demək deyil ki, Ermənistan cəmiyyəti Azərbaycanla sülhə tam hazırdır, lakin onlar anlayırlar ki, prosesin belə davam etməsi onlar üçün də yaxşı deyil.BMTM sədri qeyd edib ki, "Ermənistan cəmiyyətində hər zaman sürprizlər olur. Paşinyan hakimiyyətə gələndə müəyyən müsbət mesajlar versə də, daha sonra biz onun ritorikasının dəyişməsinə şahid olduq. Ona görə də Paşinyanın Qarabağa dair çıxışları ilə bağlı tam optimist olmaq olmaz".Həmçinin oxuyun:Paşinyan, gözlənilməz gedişlər və o, niyə Qarabağdan təcili can qurtarmağa çalışır?Paşinyan Qarabağın niyə Azərbaycanın tərkibində olmalı olduğunu izah edibPaşinyandan Azərbaycana Avropa İqtisadi İttifaqı və sülh müqaviləsi ilə bağlı jestNazarbayev Azərbaycanı da görmək istəyirPaşinyan regionda böyük sülhün anonsunu verdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427931175_92:0:2823:2048_1920x0_80_0_0_f03f993db1802b5ffa940d8b9ecbd87b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
paşinyanın çıxışları ilə bağlı tam optimist olmaq olmaz - şəfiyev
paşinyanın çıxışları ilə bağlı tam optimist olmaq olmaz - şəfiyev
Paşinyanın çıxışları ilə bağlı tam optimist olmaq olmaz - Şəfiyev
14:15 28.12.2021 (Yenilənib: 14:17 28.12.2021) Azərbaycanın iqtisadi inkişafı, əldə etdiyi nailiyyətlər, beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri ölkənin daha fərqli status almasına imkan verir.
BAKI, 28 dekabr — Sputnik. Azərbaycan artıq öz gücü və təsirinə görə dünyada orta gücə çevrilib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri
Fərid Şəfiyev 2021-ci ildə Mərkəzin fəaliyyətinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Fərid Şəfiyev bildirib ki, qarşıdakı ildə BMTM-nin əsas prioritetlərindən biri post-münaqişə ilə bağlı tezislərin beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.
Onun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafı, əldə etdiyi nailiyyətlər, beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri ölkənin daha fərqli status almasına imkan verir. "Azərbaycan artıq orta gücə (middle power) çevrilib".
Fərid Şəfiyev qeyd edib ki, bu mövzuda da Şuşada beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur ki, burada beynəlxalq ekspertlərin iştirakı da gözlənilir.
Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan arasında əlaqələr barədə danışan Fərid Şəfiyev deyib ki, 2021-ci ildə əlaqələrin normallaşması üçün addımların atılması istiqamətində müsbət dinamika müşahidə olunur. "Liderlərin Soçi və Brüssel görüşləri xüsusi ilə qeyd olunmalıdır. Bu günlərdə də Ermənistan hökumətindən müsbət mesajlar qeydə alınır. Ermənistan rəhbərliyi, Baş nazir Nikol Paşinyan və onun komandası anlayır ki ölkənin perspektivləri məhduddur, yeganə yol isə qonşu ölkələrlə, Azərbaycan və Türkiyə ilə münasibətin normallaşmasıdır".
Fərid Şəfiyev deyib ki, N.Paşinyanın seçkidə qalib gəlməsi o demək deyil ki, Ermənistan cəmiyyəti Azərbaycanla sülhə tam hazırdır, lakin onlar anlayırlar ki, prosesin belə davam etməsi onlar üçün də yaxşı deyil.
BMTM sədri qeyd edib ki, "Ermənistan cəmiyyətində hər zaman sürprizlər olur. Paşinyan hakimiyyətə gələndə müəyyən müsbət mesajlar versə də, daha sonra biz onun ritorikasının dəyişməsinə şahid olduq. Ona görə də Paşinyanın Qarabağa dair çıxışları ilə bağlı tam optimist olmaq olmaz".