SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan Qarabağın niyə Azərbaycanın tərkibində olmalı olduğunu izah edib

© © Photolure via REUTERSErmənistanın baş naziri Nikol Paşinyan, arxiv şəkli
Ermənistanın baş naziri Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.12.2021
Abunə olmaq
Paşinyan deyib ki, 2018-ci ildə o baş nazir olana qədər mövcud olanlar, danışıqlardakı reallıqlar Qarabağın Azərbaycanın tərkibində olmamasını həm nəzəri, həm də praktiki baxımdan mümkünsüz edib.
BAKI, 26 dekabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı redaksiyasına dair ona ünvanlanan tənqidlərə münasibət bildirərkən deyib ki, 2018-ci ilə qədər aparılan danışıqların məzmunu Qarabağı Azərbaycanın tərkibində olmamaq imkanından məhrum edib və o, buna qarşı mübarizə aparıb.
RİA Novosti-nin yazdığına görə, dekabrın 24-də mətbuat konfransı zamanı Ermənistanın Baş naziri bildirib ki, 2016-cı ildə həmsədrlər 2011-ci ildən bəri ilk dəfə olaraq Dağlıq Qarabağın müvəqqəti status alması təklifini özündə əks etdirməyən üç təklif paketi təqdim ediblər.
Həmçinin, onun sözlərinə görə, problemin həlli ilə bağlı parametrlər BMT Təhlükəsizlik Şurasına verilib.
Paşinyan qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qərarını proqnozlaşdırmaq olar, çünki 1993-cü ildə Təhlükəsizlik Şurası “Azərbaycanın Dağlıq Qarabağ bölgəsi haqqında” qətnamə qəbul edib. Bununla da Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb.
Bundan əlavə, Paşinyan bəyan edib ki, bütün danışıqlar prosesi ərzində Dağlıq Qarabağda yaşayan azərbaycanlıların hüquqları məsələsi heç vaxt heç bir hökumət və ya danışıqlar aparan şəxs tərəfindən mübahisələndirilməyib. Dağlıq Qarabağ Muxtar Vilayəti danışıqlar prosesində heç vaxt sırf erməni subyekti kimi qəbul edilməyib.
Paşinyan bazar günü öz Facebook səhifəsində yazıb ki, danışıqların məzmunu sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlıların Dağlıq Qarabağın statusunun müəyyən edilməsində iştirak hüququnu təsbit edir.
Ona görə də, əgər danışıqların məzmununa uyğun olaraq, onlar (azərbaycanlılar-red.) Dağlıq Qarabağın sakinləri idilərsə, o zaman orada yaşamalı idilər.
Paşinyanın sözlərinə görə, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyinə qədər Ermənistan tərəfi buna etiraz etməyib.
Paşinyan hesab edir ki, Qarabağın statusunun müəyyənləşdirilməsi ilə bağlı referendum 100 ildən sonra da keçirilə bilər və bu halda Qarabağda demoqrafik mənzərənin dəyişməsi proqnozlaşdırılandır.
Paşinyanın sözlərinə görə, danışıqlardakı bu və bir sıra digər mühüm problemləri nəzərə alaraq, Milli Yığıncağın (Ermənistan parlamentin – red.) tribunasında təkidlə bildirib ki, 2018-ci ildə o baş nazir olana qədər mövcud olanlar, danışıqlardakı reallıqlar Qarabağın Azərbaycanın tərkibində olmamasını həm nəzəri, həm də praktiki baxımdan mümkünsüz edir.
“Mən baş nazir olanda bunu qəbul etmədim, əksinə, buna qarşı mübarizə apardım. Müharibənin başlamasının (münaqişənin 2020-ci ilin payızında kəskinləşməsinin) səbəbi də budur” - Paşinyan deyib.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.
Müharibə həmin il noyabrın 10 Ermənistanın Baş naziri Nikol Paşinyanın təslim olduqlarını etiraf etməsi və tam atəşkəs barədə üçtərəfli bəyanatın imzalanması ilə başa çatıb.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Üç ölkə liderinin 11 yanvar bəyanatı
Xatırladaq ki, bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.
Həmçinin oxuyun:
Paşinyandan Azərbaycana Avropa İqtisadi İttifaqı və sülh müqaviləsi ilə bağlı jest
Nazarbayev Azərbaycanı da görmək istəyir
Paşinyan regionda böyük sülhün anonsunu verdi
Xəbər lenti
0