DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Nazarbayev Azərbaycanı da görmək istəyir

© © Sputnik / Mediabanka keçidNursultan Nazarbayev
Nursultan Nazarbayev - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
Zəngəzur dəhlizi açılmasa, nəqliyyat dəhlizləri blokadadan çıxarılmasa, tərəflər bir-birinin ərazi bütövüyünü qəbul etməsə, bunu reallaşdırmaq çətin olacaq.
BAKI, 10 dekabr — Sputnik. Qazaxıstanın keçmiş prezidenti, Avrasiya İqtisadi Birliyinin Ali Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycanın Avrasiya İqtisadi Birliyində müşahidəçi dövlət olmasına dəvət edilməsini mümkün hesab edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, Nursultan Nazarbayev bunu Avrasiya İqtisadi Birliyinin Ali Şurasının videokonfransında çıxış edərkən deyib.
O bildirib ki, uzun illərdən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin qurulmasını alqışlayır:
"Düşünürəm ki, bu hamı üçün belədir. Bu haqda əvvəllər də deyilmişdi ki, Azərbaycanın şurada müşahidəçi kimi iştirak etməsi mümkündür. Artıq Özbəkistan müşahidəçi qismində təmsil olunur. Onlar bundan mənfəət də qazanırlar".
Nazarbayevin fikirlərini Sputnik Azərbaycan-a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, bu təklif yeni realllıqlarla uzlaşır:
"Bununla digər iqtisadi məkanlarda baş tutan inteqrasiya proseslərində iştirak mümkündür. Bu həm də şuraya üzv olanlarla münasibətlərin sıxlaşmasına təkan verə bilər. Nazarbayevin təklifini ağlabatan hesab edirəm. Müşahidəçi statusun səlahiyyətləri geniş deyil, eyni zamanda burada qəbul olunan qərarlarla bağlı hər hansı öhdəlik daşımırıq. Həmçinin şərt qoyulmalıdır ki, Zəngəzur dəhlizi açılmasa, nəqliyyat dəhlizləri blokadadan çıxarılmasa, tərəflər bir-birinin ərazi bütövüyünü qəbul etməsə, bunu reallaşdırmaq çətin olacaq".
Xəbər lenti
0