https://sputnik.az/20211227/pasinyan-gozlenilmez-gedisler-ve-o-niye-qarabagdan-tecili-can-qurtarmaga-calisir-437648717.html
Paşinyan, gözlənilməz gedişlər və o, niyə Qarabağdan təcili can qurtarmağa çalışır?
Paşinyan, gözlənilməz gedişlər və o, niyə Qarabağdan təcili can qurtarmağa çalışır?
Sputnik Azərbaycan
Ekspert bu fikirdədir ki, Paşinyan bəzən köhnə siyasətini yeridir – yaxşı polis, pis polis rolunu oynayır. 27.12.2021, Sputnik Azərbaycan
2021-12-27T21:43+0400
2021-12-27T21:43+0400
2021-12-27T21:43+0400
nikol paşinyan
təhlil
ilqar vəlizadə
politoloq ilqar vəlizadə
qarabağ
dağlıq qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0e/426695909_301:0:1305:565_1920x0_80_0_0_c1352b517d461ab79b36bd6c96dab2ac.jpg
BAKI, 27 dekabr — Sputnik. Həftəsonu Ermənistanda siyasi gündəmə bu ölkənin Baş naziri Nikol Paşinyanın Qarabağa dair açıqlamaları damğa vurdu. Belə ki, Paşinyan sələflərinin Qarabağa dair apardığı danışıqların detallarını Ermənistan cəmiyyətinə açıqlayıb. Paşinyan qeyd edib ki, aparılan danışıqlar prosesi ərzində Dağlıq Qarabağda yaşayan azərbaycanlıların hüquqları məsələsi heç vaxt heç bir hökumət və ya danışıqlar aparan şəxs tərəfindən mübahisələndirilməyib.Dağlıq Qarabağ Muxtar Vilayəti danışıqlar prosesində heç vaxt sırf erməni subyekti kimi qəbul edilməyib: "Danışıqların məzmunu sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlıların Dağlıq Qarabağın statusunun müəyyən edilməsində iştirak hüququnu təsbit edir".Paşinyanın sözlərinə görə, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyinə qədər Ermənistan tərəfi buna etiraz etməyib. Ümumiyyətlə, Paşinyanın bu açıqlamaları Ermənistan cəmiyyətində soyuq duş effekti yaradıb. Ekspertlər isə düşünürlər ki, Paşinyan bu açıqlamaları ilə bir daşla iki quş vurmağa çalışır. Belə ki, o bir tərəfdən, Qarabağ klanı da daxil olmaqla öz siyasi rəqiblərini vurur, digər tərəfdən isə Ermənistan cəmiyyətini regionda yeni yaranmış reallığa hazırlayır. Sputnik Azərbaycan məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BTMT) şöbə müdiri, politoloq Fuad Çıraqov və "Cənubi Qafqaz" siyasi klubunun rəhbəri İlqar Vəlizadə ilə həmsöhbət olub.BMTM-in şöbə müdiri Fuad Çıraqov hesab edir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ barədə son açıqlamaları ilə bir növ bu ölkənin cəmiyyətini həqiqətlərə hazırlayır: "Düzdür, Paşinyan bəzən köhnə siyasətini yeridir – yaxşı polis, pis polis rolunu oynayır. Məsələn, Qarabağ separatçılarının başçısı Araik Arutunyan tam olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanın nəzarətində olan adamdır. Məhz Paşinyanın rəhbərliyi ilə Araik separatçılara rəhbər gətirilib.İndi Araikin özünün Paşinyana etiraz etməsi bir az qəribə görünür. Ermənistanın özündə də Paşinyanın dedikləri ilə razılaşmayan qruplar, siyasətçilər var. Ümumi götürsək, yavaş-yavaş Ermənistan cəmiyyətində Qarabağ ətrafında yeni reallığı qəbullanma prosesi gedir. Onu da qeyd etmək olar ki, Paşinyan bu gedişlər, açıqlamaları ilə Qarabağ yükündən azad olmağa və problemi daha çox Rusiya-Azərbaycan münasibətlərinin mövzusu etməyə çalışır".Politoloq İlqar Vəlizadə isə hesab edir ki, Ermənistan rəhbərliyi anlayır ki, regionda siyasi transformasiya prosesi gedir və Paşinyan yeni reallığa uyğun addımlar atmaq niyyətindədir:"Lakin Ermənistan cəmiyyətində hələ də köhnə fikirlər, xülyalar qalmaqdadır. Ona görə də Paşinyan bu açıqlamaları ilə bir növ cəmiyyəti yeni reallığa alışdırır. Ermənistan Baş naziri bir növ tam olmasa da hissə-hissə reallıqları açır. İllərlə davam edən danışıqlarda bu məsələlər yer alıb. Ancaq Ermənistanın sabiq hakimiyyət nümayəndələri bununla bağlı öz xalqını məlumatlandırmayıblar. Paşinyan isə müzakirə olunan məsələləri olduğu kimi çatdırır".Rəsmi Bakının prinsipial mövqeyiCənubi Qafqaz politoloqlar klubunun rəhbəri xatırladıb ki, Azərbaycan tərəfi həmişə Qarabağ üzrə danışıqlarda bildirib ki, bu regionda Azərbaycan əhalisi də yaşayıb və bu əhali də öz doğma yurduna qayıtmalı, onların ermənilərlə birgə yaşayışı təmin olunmalıdır:"Sadəcə olaraq erməni tərəfi bu məsələlərlə bağlı cəmiyyətə açıqlama vermirdi. Vətən müharibəsindən sonra Paşinyan danışıqlar prosesini olduğu kimi göstərməklə öz rəqiblərini vurur, onların yalançı olduğunu göstərir. Digər tərəfdən, Ermənistan Baş naziri istər-istəməz gələcəkdə ermənilərlə azərbaycanlıların bu ərazidə yaşamalı olması reallığını göstərir. Yəni qeyd edir ki, prosesdə azərbaycanlıların maraqlarını nəzərə almaq lazımdır".Həmçinin oxuyun:Paşinyan Qarabağın niyə Azərbaycanın tərkibində olmalı olduğunu izah edibPaşinyandan Azərbaycana Avropa İqtisadi İttifaqı və sülh müqaviləsi ilə bağlı jestNazarbayev Azərbaycanı da görmək istəyirPaşinyan regionda böyük sülhün anonsunu verdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0e/426695909_459:0:1212:565_1920x0_80_0_0_807fa7c3ebe6f0160f6fbdedde5e2660.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
paşinyan niyə qarabağ xaltasından canını qurtarmaq istəyir?
paşinyan niyə qarabağ xaltasından canını qurtarmaq istəyir?
Paşinyan, gözlənilməz gedişlər və o, niyə Qarabağdan təcili can qurtarmağa çalışır?
Ekspert bu fikirdədir ki, Paşinyan bəzən köhnə siyasətini yeridir – yaxşı polis, pis polis rolunu oynayır.
BAKI, 27 dekabr — Sputnik. Həftəsonu Ermənistanda siyasi gündəmə bu ölkənin Baş naziri Nikol Paşinyanın Qarabağa dair açıqlamaları damğa vurdu. Belə ki, Paşinyan sələflərinin Qarabağa dair apardığı danışıqların detallarını Ermənistan cəmiyyətinə açıqlayıb. Paşinyan qeyd edib ki, aparılan danışıqlar prosesi ərzində Dağlıq Qarabağda yaşayan azərbaycanlıların hüquqları məsələsi heç vaxt heç bir hökumət və ya danışıqlar aparan şəxs tərəfindən mübahisələndirilməyib.
Dağlıq Qarabağ Muxtar Vilayəti danışıqlar prosesində heç vaxt sırf erməni subyekti kimi qəbul edilməyib: "Danışıqların məzmunu sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlıların Dağlıq Qarabağın statusunun müəyyən edilməsində iştirak hüququnu təsbit edir".
Paşinyanın sözlərinə görə, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyinə qədər Ermənistan tərəfi buna etiraz etməyib. Ümumiyyətlə, Paşinyanın bu açıqlamaları Ermənistan cəmiyyətində soyuq duş effekti yaradıb. Ekspertlər isə düşünürlər ki, Paşinyan bu açıqlamaları ilə bir daşla iki quş vurmağa çalışır.
Belə ki, o bir tərəfdən, Qarabağ klanı da daxil olmaqla öz siyasi rəqiblərini vurur, digər tərəfdən isə Ermənistan cəmiyyətini regionda yeni yaranmış reallığa hazırlayır. Sputnik Azərbaycan məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BTMT) şöbə müdiri, politoloq Fuad Çıraqov və "Cənubi Qafqaz" siyasi klubunun rəhbəri İlqar Vəlizadə ilə həmsöhbət olub.
BMTM-in şöbə müdiri Fuad Çıraqov hesab edir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ barədə son açıqlamaları ilə bir növ bu ölkənin cəmiyyətini həqiqətlərə hazırlayır: "Düzdür, Paşinyan bəzən köhnə siyasətini yeridir – yaxşı polis, pis polis rolunu oynayır. Məsələn, Qarabağ separatçılarının başçısı Araik Arutunyan tam olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanın nəzarətində olan adamdır. Məhz Paşinyanın rəhbərliyi ilə Araik separatçılara rəhbər gətirilib.
İndi Araikin özünün Paşinyana etiraz etməsi bir az qəribə görünür. Ermənistanın özündə də Paşinyanın dedikləri ilə razılaşmayan qruplar, siyasətçilər var. Ümumi götürsək, yavaş-yavaş Ermənistan cəmiyyətində Qarabağ ətrafında yeni reallığı qəbullanma prosesi gedir. Onu da qeyd etmək olar ki, Paşinyan bu gedişlər, açıqlamaları ilə Qarabağ yükündən azad olmağa və problemi daha çox Rusiya-Azərbaycan münasibətlərinin mövzusu etməyə çalışır".
Politoloq İlqar Vəlizadə isə hesab edir ki, Ermənistan rəhbərliyi anlayır ki, regionda siyasi transformasiya prosesi gedir və Paşinyan yeni reallığa uyğun addımlar atmaq niyyətindədir:
"Lakin Ermənistan cəmiyyətində hələ də köhnə fikirlər, xülyalar qalmaqdadır. Ona görə də Paşinyan bu açıqlamaları ilə bir növ cəmiyyəti yeni reallığa alışdırır. Ermənistan Baş naziri bir növ tam olmasa da hissə-hissə reallıqları açır. İllərlə davam edən danışıqlarda bu məsələlər yer alıb. Ancaq Ermənistanın sabiq hakimiyyət nümayəndələri bununla bağlı öz xalqını məlumatlandırmayıblar. Paşinyan isə müzakirə olunan məsələləri olduğu kimi çatdırır".
Rəsmi Bakının prinsipial mövqeyi
Cənubi Qafqaz politoloqlar klubunun rəhbəri xatırladıb ki, Azərbaycan tərəfi həmişə Qarabağ üzrə danışıqlarda bildirib ki, bu regionda Azərbaycan əhalisi də yaşayıb və bu əhali də öz doğma yurduna qayıtmalı, onların ermənilərlə birgə yaşayışı təmin olunmalıdır:
"Sadəcə olaraq erməni tərəfi bu məsələlərlə bağlı cəmiyyətə açıqlama vermirdi. Vətən müharibəsindən sonra Paşinyan danışıqlar prosesini olduğu kimi göstərməklə öz rəqiblərini vurur, onların yalançı olduğunu göstərir. Digər tərəfdən, Ermənistan Baş naziri istər-istəməz gələcəkdə ermənilərlə azərbaycanlıların bu ərazidə yaşamalı olması reallığını göstərir. Yəni qeyd edir ki, prosesdə azərbaycanlıların maraqlarını nəzərə almaq lazımdır".