https://sputnik.az/20211220/pasinyan-regionda-boyuk-sulhun-anonsunu-verdi-437416051.html
Paşinyan regionda böyük sülhün anonsunu verdi
Paşinyan regionda böyük sülhün anonsunu verdi
Sputnik Azərbaycan
Nikol Paşinyan İlham Əliyevlə Soçi və Brüsseldə baş tutan görüşlərdən sonra sülh gündəliyində irəliləmək üçün imkan görür.
2021-12-20T17:37+0400
2021-12-20T17:37+0400
2021-12-20T17:37+0400
nikol paşinyan
dünya xəbərləri
ermənistan
prezident ilham əliyev
rusiya prezidenti vladimir putin
milli təhlükəsizlik xidməti
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427931175_0:0:2973:1673_1920x0_80_0_0_972ffdb1696df9bd9b0e32de35959575.jpg
BAKI, 20 dekabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Soçi və Brüsseldə baş tutan görüşlərdən sonra sülh gündəliyində irəliləmək üçün imkan görür. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Baş naziri bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) iclasında çıxışı zamanı bildirib.Paşinyanın sözlərinə görə, regionda yeni vəziyyət formalaşıb və Ermənistan hökuməti bu ölkə və region üçün sülh erasını elan edib. O qeyd edib ki, yeni şərtlərdə Ermənistan MTX-nın qarşısında yeni, daha çətin hədəflər qalır: "Birincisi, siyasi bəyanatlar heç də onların həyata keçirilməsi anlamına gəlmir, ikincisi, əgər bu istiqamətdə addımlamaq mümkün olsa belə, riskləri idarəetmə daha da çətinləşəcək. Hər halda Ermənistan hökuməti ondan asılı olan hər şeyi edəcək".Brüssel görüşüƏliyev, Paşinyan və Avropa İttifaqının sədri Şarl Mişelin üçtərəfli görüşü dekabrın 14-də Belçikanın paytaxtında baş tutub. Qafqaz ölkələrinin liderləri Brüsselə Şərq Tərəfdaşlığı sammitində iştirak etmək üçün gediblər.Üç liderin Soçi görüşüNoyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.Bəyanatda deyilir:"Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2021-ci il noyabrın 26-da Soçi şəhərində görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tamamilə dayandırılması haqqında 2020-ci il 9 noyabr tarixli Bəyanatın, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişini müzakirə etdik.Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik. 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik.Regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini qeyd etdik.Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik.2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladıq.Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək".Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427931175_92:0:2823:2048_1920x0_80_0_0_f03f993db1802b5ffa940d8b9ecbd87b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
paşinyan azərbaycanla münasibətləri düzəltməyə başlayıb
paşinyan azərbaycanla münasibətləri düzəltməyə başlayıb
Paşinyan regionda böyük sülhün anonsunu verdi
Paşinyanın sözlərinə görə, regionda yeni vəziyyət formalaşıb və Ermənistan hökuməti bu ölkə və region üçün sülh erasını elan edib.
BAKI, 20 dekabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Soçi və Brüsseldə baş tutan görüşlərdən sonra sülh gündəliyində irəliləmək üçün imkan görür. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Baş naziri bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) iclasında çıxışı zamanı bildirib.
Paşinyanın sözlərinə görə, regionda yeni vəziyyət formalaşıb və Ermənistan hökuməti bu ölkə və region üçün sülh erasını elan edib. O qeyd edib ki, yeni şərtlərdə Ermənistan MTX-nın qarşısında yeni, daha çətin hədəflər qalır: "Birincisi, siyasi bəyanatlar heç də onların həyata keçirilməsi anlamına gəlmir, ikincisi, əgər bu istiqamətdə addımlamaq mümkün olsa belə, riskləri idarəetmə daha da çətinləşəcək. Hər halda Ermənistan hökuməti ondan asılı olan hər şeyi edəcək".
Əliyev, Paşinyan və Avropa İttifaqının sədri Şarl Mişelin üçtərəfli görüşü dekabrın 14-də Belçikanın paytaxtında baş tutub. Qafqaz ölkələrinin liderləri Brüsselə Şərq Tərəfdaşlığı sammitində iştirak etmək üçün gediblər.
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.
"Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2021-ci il noyabrın 26-da Soçi şəhərində görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tamamilə dayandırılması haqqında 2020-ci il 9 noyabr tarixli Bəyanatın, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişini müzakirə etdik.
Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik. 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik.
Regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini qeyd etdik.
Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik.
2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladıq.
Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək".
Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü keçirilib.