SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakı Türkiyə-Ermənistan münasibətlərinin istiləşməsinə necə baxır

© Photo : MFA AzerbaijanMövlud Çavuşoğlu və Ceyhun Bayramov, arxiv şəkli
Mövlud Çavuşoğlu və Ceyhun Bayramov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2021
Abunə olmaq
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair rəsmi Bakının mövqeyini açıqlayıb.
BAKI, 27 dekabr — Sputnik. "Prezident İlham Əliyev də bəyan edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının, sülh müqaviləsinin bağlanmasının tərəfdarıdır".
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu bu gün Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.
C.Bayramov deyib ki, Azərbaycan qardaş Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasını tam dəstəkləyir: "Biz Türkiyənin bütün səviyyələrdə verdiyi mesajı yüksək qiymətləndiririk. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bu sahədə prosesin Azərbaycanla koordinasiya edildiyini qeyd edir.
Biz dövlətlərarası münasibətlərin normallaşmasından danışırıqsa, münasibətlərin normallaşmasının bir fundamenti olmalıdır. Bu da beynəlxalq hüququn norma və prinsipləridir. Biz beynəlxalq hüququn norma və prinsipləri əsasında dövlətlərlə münasibətləri inkişaf etdiririk. Bu sahədə istisna Ermənistan olub. Biz də Ermənistana beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasını təklif edirik".
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü Moskvada keçiriləcək.
"Bu istiqamətdəki fəaliyyətimizdə Azərbaycanla məsləhətləşmələr də önəm daşıyır", - o əlavə edib.
Mövlud Çavuşoğlu qeyd edib ki, bu il Türkiyə bir sıra problemli məsələlərdə normallaşma istiqamətində addımlar atıb: "Ermənistanla normallaşma prosesi üçün nümayəndənin təyin olunduğunu açıqlamışdıq. Ümid edirik ki, Ermənistan tərəfi də beynəlxalq hüquqa uyğun olaraq addımlar atacaq".
Moskva isə öz növbəsində Ankara və Yerevan arasında münasibətlərin normallaşmasına kömək etməyə hazır olduğunu bəyan edib. Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
"Biz belə düşünürük ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması regionda ümumi ab-havanın sağlamlaşdırılmasına, sağlam etimad və dinc qonşuluq atmosferinin formalaşmasına müsbət təsir edə bilər", - Zaxarova brifinqdə söyləyib.
"Rusiya bu prosesə hər cür dəstək verməyə hazırdır", - Zaxarova əlavə edib.
Ermənistanla Türkiyə arasındakı münasibətlər 1993-cü ildən bəri bəzi ön şərtlərlə bağlı yox səviyyəsindədir.
Eləcə də oxuyun:
* Türkiyə Ermənistanla anlaşacaq: görüşün məkanı bəllidir
* Ermənilər Bakıya gəlmək istəyirlər - Azərbaycanın Ermənistana cavabı nə olacaq?
* Qriqoryan Bakı və Ankaraya gəlməyə hazır olduqlarını deyir
* Çavuşoğlu: Moskva və Ankara onlara qurulan "tələ"yə düşmədilər
Xəbər lenti
0